Volter Gilbert
Volter Gilbert(ing. Walter Gilbert; doğ. 21 mart 1932, Boston, ABŞ) — amerika fiziki, biokimyaçısı.
Volter Gilbert | |
---|---|
ing. Walter Gilbert | |
![]() | |
Doğum tarixi | 21 mart 1932[1][2][…] (91 yaş) |
Doğum yeri |
|
Elm sahələri | biokimya, fizika |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili | |
Elmi rəhbəri | Əbdus Salam |
Üzvlüyü | |
![]() |
Həyatı
Amerika biokimyaçısı Volter Hilbert 1932-ci ilin martın 21-də Bostonda anadan olmuşdur. 1953-cü ildə Harvard universitetini bitirmişdir. 1953-1957-ci illərdə İngiltərədə Kembric universitetində işləmişdir (1957-ci ildə müdafiə edərək fəlsəfə doktoru olmuşdur). 1957-ci ildə Harvard universitetində işləyir (1968-ci ildən professor).
Volter Gilbertin elmi işləri biokimyaya və molekulyar biologiyaya aiddir. Laktoz geninin (operon) aktivliyini idarə edən birinci tənzimləyici zülalın ayrılması, zülalların və DNT-nin spesifik qarşılıqlı təsir mexanizminin öyrənilməsi, bir sıra DNT-lərin birinci quruluşlarının müəyyən edilməsi, insulin sələfi genin klonlaşması və bu zülalın bakterial hüceyrədə sintezi üzrə əsas tədqiqatları həyata keçirmişdir. A. Mekşem ilə birlikdə 1973-cü ildə dezoksiribonukleazanın köməyi ilə bağırsaq çöpləri DNT-sini parçalamış və müəyyən sahəni (lak-operator) ayırmışdır. Bu, ikizəncirli fraqment olub əsasların 25 komplementar cütlərindən ibarətdir.
Volter Gilbert 1977-ci ildə A. Mekşem ilə birlikdə DNT-nin birli strukturunun açılmasının uğurlu üsullarından birini təklif etmişdir.
Volter Gilbert 1980-ci ildə “Nuklein turşularının birinci quruluşunun müəyyən edilməsi sahəsində tədqiqatlara görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.
İstinadlar
- Walter Gilbert // Encyclopædia Britannica (ing.).
- Walter Gilbert // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
- Mathematics Genealogy Project (ing.). 1997.
- NNDB (ing.). 2002.