Voltat dağları

Voltat[1] (alm. Wohlthat) — Antarktidanın Kraliça Mod Torpağında, Orvin dağ massivindən şərqdə yerləşən dağ silsiləsi. Voltat adı Yeni Şvabiyaya təşkil olunan ekpedisiyanın təşkilatçısı Helmut Voltatın şərəfinə adlandırılmışdır. 1960-cı ildən Sovet Antarktik ekspedisiyası tərəfindən araşdırılmışdır. Voltat və Mülin-Qofman dağlarının araşdırılması bir çox məsələlərə aydınlıq gətirməyə imkan vermişdir. Bu ekspedisiya zamanı Bıstrov qayası (71°47′ c. e. 12°34′ ş. u.) 1961-ci ildə xəritəyə salınmışdır. 2003-cü ildı "Antarktida — Rusiya 2003" ekpedisiya çərçivəsində bir necə adsız zirvələr fəth edilmiş və yeni coğrafi adlar meydana gəmişdir: Jukov piki (71°36′ c. e. 12°38′ ş. u.), Boris və Qleb piki (71°27′ c. e. 12°28′ ş. u.), Vladimir piki və Qeser piki. Boris və Qleb zirvələrinə iki metrlik provaslav xaçı qoyulmuşdur.

Voltat dağları
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2970 m
Uzunluğu 242 km
Eni 236 km
Sahəsi 25 673 km²
Süxurları metamorfik
Yerləşməsi
71°35′ c. e. 12°20′ ş. u.
Ölkə  Antarktida
Voltat dağları xəritədə
Voltat dağları
Voltat dağları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

  1. "Peakbagger.com". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-18.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.