Volqayanı Federal Dairəsi

Volqa Federal DairəsiRusiya Federasiyası federal dairələrindən biri. Volqa çayının orta və aşağı axınları boyundakı əraziləri əhatə edir. Tərkibinə Kalmıkiya və Tatarıstan respublikaları, Həştərxan, Volqoqrad, Penza, Samara, Saratov, Ulyanovsk vilayətləri daxildir. Sahəs 536,4 min km²-dir.

Volqayanı Federal Dairəsi
Приво́лжский федера́льный о́круг

56°20′ şm. e. 44°00′ ş. u.


Ölkə
İnzibati mərkəz Nijni Novqorod
Tarixi və coğrafiyası
Yaradılıb 13 may 2000
Sahəsi
  • 1.788.900 km²
Əhalisi
Əhalisi
  • 29.542.696 nəf. (2018)
Rəsmi sayt
Volqayanı Federal Dairəsi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İqtisadiyyatı

Əsas təbii ehtiyatları neft, təbii qaz, Volqa və Kama çaylarının su enerjisidir. Neftçıxarma və neft emalı, xüsusilə neft-kimya üstünlük təşkil edir. Maşınqayırmanın müxtəlif sahələri inkişaf etmişdir. Ümumrusiya əhəmiyyətli tikinti materialları istehsalı mövcuddur. Kənd təsərrüfatında buğda, yağlı bitkilər, bostan bitkiləri, həmçinin ət istehsalı əsas yer tutur. İqtisadi əlaqələrində dəmiryol, avtomobil və hava nəqliyyatı ilə yanaşı su yollarının (Volqa) xüsusi əhəmiyyəti vardır.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.