Vollosoviç adası
Vollosoviç adası — Şimal Torpağı arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir.
Vollosoviç adası | |
---|---|
rus. Остров Воллосовича | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 19 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
80°05′31″ şm. e. 98°00′36″ ş. u. | |
Ölkələr |
|
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
Yerləşməsi
Oktyabr İnqilabı adasından 700 metr şərqdə, Matuseviç fiordundan 3,5 km şimal-qərbdə yerləşir.
Təsviri
Şimaldan cənuba 1,7 km məsafəfə uzanır. Eni 900 metr təşkil edir. Mütləq seçiləcək yüksəkliyi olmasada ən hündür yeri 19 metr təşkil edir. Ən hündür hissə adanın şimalına yaxın yerləşir. Burada geodeziya məntəqəsi yerləşir. Ada arktik səhrslar zonasında yerləşir. Şərqi qumla örtülüdür.
Ada Arktika araşdıtmaçısı və geoloq Konstantin Adamoviç Vollosoviçin şərəfinə adlandırılmışdır[1].
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.