Volfqanq Amadey Motsartın heykəli (Bakı)
Volfqanq Amadeus Motsartın heykəli — XVIII əsrdə Avstriyada yaşamış bəstəkar Volfqanq Amadeus Motsartın 2011-ci ildə Bakı şəhərində qoyulmuş heykəli. Heykəl 12 oktyabr 2011-ci ildə Bakı şəhərində qoyulub. Abidənin açılışında Azərbaycan prezidenti İlham Əliyev və Avstriya prezidenti Haynts Fişer iştirak edib. Heykəlin müəllifi Xalq rəssamı, heykəltaraş Natiq Əliyev və Əməkdar incəsənət xadimi, memar-rəssam Çingiz Fərzəliyevdir. Abidənin ətrafı abadlaşdırılıb, 2 min 300 kvadratmetr ərazidə bağ salınıb.[1][2][3]
Volfqanq Amadeus Motsartın heykəli | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı |
Heykəltaraş | Natiq Əliyev |
Memar | Çingiz Fərzəliyev |
Tikilib | 12 oktyabr 2011 |
Həmçinin bax
İstinadlar
- "Speech by Ilham Aliyev at the ceremony to unveil a statue of brilliant composer Wolfgang Mozart" (ing. ). president.az. 12 oktyabr 2011. 29 may 2019 tarixində arxivləşdirilib.
- "Azerbaijan, Austria Presidents inaugurate monument to Mozart" (ing. ). trend.az. 13 oktyabr 2011. 29 may 2019 tarixində arxivləşdirilib.
- "Azərbaycan-Avstriya mədəni əməkdaşlığı genişlənir". medeniyyet.az. 14 oktyabr 2011. 29 may 2019 tarixində arxivləşdirilib.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.