Volf (Formula-1 komandası)

Volf- (ing. Walter Wolf Racing) idman komandası, 1976-1980-ci illər Formula 1 Dünya Çempionatının iştirakçısı olub. Komanda Redinq, Böyük Britaniyada yerləşsə də Kanada lisenziyası ilə fəaliyyət göstərirdi.

Volf komandasının loqosu

Tarixi

1975-ci ildə YuqoslaviyaKanadalı sahibkar Walter Wolf növbəti mövsüm hazırlığı məqsədi ilə Formula 1 yarışına qatıldı. Bir il sonra, o, Frank Williams Racing komandasının 60% -ni əldə edərək, komandanın idarəçiliyi ilə razılaşdırılır. Eyni zamanda Wolf, son dövrdə çempionluğu tərk edən Heskett komandasının aktivlərini əldə edir.

1976-cı ilin son mövsümündə Wolf komandanı yenidən qurdu. O, Frank Williamsı idarəçilikdən azad etdi və Lotus komandasından Peter Ouarr ilə əvəz etdi.
1977-ci ildə komanda Cosworth şirkəti tərəfindən yenilənmiş WR1 və Tirrell-dən dəvət olunmuş Jody Scheckter-i təqdim etdi. Mövsümün ilk Qran- pri'də Jody Scheckter qalibiyyət qazandı.
1979-cu ildə Scheckter komandadan ayrılaraq Ferrari ilə müqavilə imzaladı və Wolf onu James Hunt ilə əvəz etdi.

Harvey Postlethwaite, Olympus Corporation sponsorluğu ilə yeni bir model WR7 hazırladı. Ancaq model çox müvəffəqiyyətli olmadı. Daha sonra WR7 modeli WR8 modeli ilə əvəz edilmişdir. WR9 modelinin təqdim olunması vəziyyəti dəyişməmişdir.

Nəhayət, mövsümün sonunda Wolf, Formula 1 sərgüzəştlərindən yorulduğunu söylədi və komandanı Emerson Fittipaldi 'ye satdı. Emerson isə komandanı Fittipaldi qrupu ilə birləşdirdi.

Xarici keçidlər

  1. Официальный сайт Wolf Racing
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.