Voleybol üzrə qadınlararası Avropa Liqası

Voleybol üzrə qadınlararası Avropa Liqası — 2009-cu ildən təşkil olunan, yalnız Avropadan 8 ölkənin qatıldığı qadın voleybol yarışlarıdır. Turnir 2009-cu ildən Avropa Voleybol Konfederasiyasının təşkiltaçılığı ilə keçirilməyə başlandı. Məqsəd yay fəslində Avropanın bir sıra nəhəng yığmalrını bir araya toplayıb azərkeşləri voleybol ziyafətinə boğmaqdır. Turnir daha böyük önəm kəsb etdikdən sonra Dünya Qran Prisinə lisenziya verməyə başladı. Belə ki, turnirdə medal qazanmış hər bir ölkə bir sonrakı mövsümdə Dünya Qran Prisi yarışlarına vəsiqə əldə edir. Çox vaxt bu nominal xarakter daşıyır. Belə ki, Avropa Liqasında ilk üçlüyə düşmüş millilər əsasən güclü komandalar olur və onlar onsuzda başqa yarışlardan Qran Pri yarışlarına vəsiqə əldə edə bilirlər. Bu səbədən turnirə son vaxtlar bir qədər zəif milli komandaların da qatıldığı müşahidə etmək olur. Ancaq 2013-cü ildə böyük süprizlə ikinci yeri tutmuş Belçika millisi bu medalın sayəsində 2014-cü ildə tarixində ilk dəfə olaraq Dünya Qran Prisinə qatıla bilmişdi.

Turnirə bütün komandalar "CEV"in xüsusi dəvəti əsasında qatılır. Azərbaycan millisinin Avropa Liqasındakı debütü isə 2014-cü ilə təsadüf edir. Elə həmin ildən Avropa Liqasının formatında dəyişiklik edildi. Qərarə əsasən, artıq iki qrupada dörd komandanın iki dövrəli mübarizəsindən sonra yarımfinal yarışları olmayacaq idi. Birbaşa qrup liderləri turnirin finalında qarşılaşacaqlar.[1]

Turnirin arxivi

Təşkilatçılıq Medal Kürsüsü
İl Ev Sahibi Çempion İkinci Üçüncü
2009
Ətraflı
Türkiyə Kayseri
Serbiya

Türkiyə

Bolqarıstan
2010
Ətraflı
Türkiyə Kayseri
Serbiya

Bolqarıstan

Türkiyə
2011
Ətraflı
Türkiyə Kayseri
Serbiya

Türkiyə

Bolqarıstan
2012
Ətraflı
Türkiyə Kayseri
Çexiya

Bolqarıstan

Serbiya
2013
Ətraflı
Türkiyə Kayseri
Almaniya

Belçika

Bolqarıstan

Medal reytinqi

Yer Komanda Qızıl Gümüş Bürünc Medal
1Serbiya Serbiya3-14
2Çexiya Çexiya1--1
Almaniya Almaniya1--1
4Bolqarıstan Bolqarıstan-235
5Türkiyə Türkiyə-213
6Belçika Belçika-1-1

İstinadlar

  1. "Avropa Liqası fərqli formatda keçiriləcək" (az.). azertag.gov.az. 30-05-2014. 2014-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-30.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.