Volapük

Volapük (Volapük: vol yiyəlik halında «dünya» + pük — adlıq halda "dil" sözlərindən, yəni ki, "dünya dili") — Alman katolik keşişi Yohan Martin Şleyer (alm. Johann Martin Schleyer) tərəfindən 1879-cu ildə yaradılan süni beynəlxalq danışıq dili. İlk məşhur belə layihələrdən biri – Volapük tərcümədə - "ümumi dil" mənasını verir.

Dil

Əlifba və tələffüz

Şleyer umlaut saitlər üçün alternativ formalardan sitifadə etməyi təklif etmişdir, lakin onlardan nadir hallarda sitifadə olunur.

.

Volapük əlifbası Latın əlifbasına əsaslanır və 27 hərfdən ibarətdir:

HərfBFA-ya əsasən tələffüzü
a[a]
ä[ɛ]
b[b]
c[tʃ] və ya [dʒ]
d[d]
e[e]
f[f]
HərfBFA-ya əsasən tələffüzü
g[ɡ]
h[h]
i[i]
j[ʃ] və ya [ʒ]
k[k]
l[l]
m[m]
HərfBFA-ya əsasən tələffüzü
n[n]
o[o]
ö[ø]
p[p]
r[r]
s[s] və ya [z]
t[t]
HərfBFA-ya əsasən tələffüzü
u[u]
ü[y]
v[v]
x[ks] və ya [gz]
y[j]
z[ts] və ya [dz]

Umlautlar istisna olmaqla fonologiya sadədir. [r] səsi və samitlərin mürəkkəb birləşmələrə nadir rast olunur, bu da sözlərin uşaqlar və çinlilər, həmçinin də bu səslər olmayan digər millətlər tərəfindən tələffüzünü asanlaşdırmalı idi. Vurğu "-li" sual ədatı istisna olmaqla hər zaman sonuncu hecaya düşür.

Xüsusi samitlər

Alfred A. Post özünün «Comprehensive Volapük Grammar» kitabında Şleyerin yaratdığı bəzi əlavə hərfləri qeyd edir. Bu hərflərə də bəzən rast olunur:

[r] səsi

Əvvəlcə Martin Şleyer bu səsi əlifbadan ümumiyyətlə çıxarmağı düşünsə də, daha sonra dilə "r" hərfi olan getdikcə daha çox "yeni söz" əlavə olunmağa başlandı. 1895-ci ildə o, «Kosmopolan» jurnalında əksəriyyətində "r" səsi olan "yeni sözlərin" siyahısını dərc elədi.

EtimologiyaQrammatika[1]

Volapükdəki söz köklərinin əksəriyyəti ingilisfransız dillərindən götürülmüşdür, lakin volapükdəki qrammatik qanunlara uyğun və təkarların (omonimlərin) olmaması şərtilə dəyişdirilmişdir. Bundan başqa Şleyer volapükün lüğətini sözlərin mənbə-dillərinin izlərini daşımayan, müstəqil etməyə çalışmışdır. Nəticədə əksər söz kökləri özlərinin etimonlarından çox fərqlənməyə başlamışdılar.. Məsələn, ingilis sözləri olan world ("dünya") və speak ("danışma") volpük sözlərinə çevrilmişdilər.

Beynəlxalq leksikanın qeyri-adi yenidən səsləndirilməsi mətbuatda gülüşə hədəf olmuşdur, volapük sözünün özü isə bir çox dillərdə süni bir şeyin sinoniminə çevrildi.

İsim

İsimlər dörd hal üzrə hallana bilər:

  • Adlıq hal — şəkilçisiz: dom ("ev"), vol ("dünya");
  • Yiyəlik hal — "a" şəkilçisi: doma ("evin"), vola ("dünyanın");
  • Yönlük hal — "e" şəkilçisi: dome («evə»), vole ("dünyaya");
  • Təsirlik hal — "i" şəkilçisi: domi ("evi"), voli ("dünyanı");
  • Cəm halda müvafiq olaraq — doms, domas, domes, domis.

Bəziləri həmçinin volapükdə nida və o hissəciyi ilə yazılan çağırış halını da fərqləndirirlər: o böd(s)! — «o, quş (quşlar)!».
Hal formaları alman dilindəki kimi mürəkkəb sözlər yarada bilərlər: Vola-pük dünyanın-dili. Həmçinin dildə söz yaradıcılığında istifadə olunan çox sayda ön şəkilçisi və şəkilçi mövcuddur, məsələn: fam ("şan", "şöhrət") və famum («böyük şöhrət»), lakin onlardan bəziləri, o cümlədən də bu misal De Yonqun islahatı nəticəsində ləğv olunmuşdular.

Feil

Volapükdə feillərin və müxtəlif feil formalarının yaradılmasının mürəkkəb sistemi var, lakin onların demək olar ki, hamısı opsionaldır və istifadəsi məcburi deyil. Məsələn, feilin şəxs-cəm şəkilçiləri formasına görə müvafiq əvəzliklə eynidir:

  • ob(s) əvəzliyi — «mən (biz)», löf ("sevgi") kökünə əlavə olunduqda löfob(s) ("sevirəm, sevirik") əmələ gəlir;
  • ol(s) əvəzliyi — «sən (siz)») löfol(s) — "sevirsən, sevirsiniz";
  • om(s) əvəzliyi — «o (onlar, kişilər)» löfom(s) — "kişi sevir, kişilər sevirlər";
  • of(s) əvəzliyi — «o (onlar, qadınlar)» löfof(s) — "qadın sevir, qadınlar sevirlər";
  • on(s) əvəzliyi — dilin ilk versiyasında qeyri-müəyyən əvəzlik idi, "nə isə" mənasında, ikinci versiyada orta cins əvəzliyidir.
  • oy(s) əvəzliyi — De Yonqun islahatı ilə tətbiq olunmuşdur, volapükün ilkin variantındakı qeyri-müəyyən əvəzliyi əvəz elədi və ilkin versiyadakı on(s) mənasını daşıyır, şəkilçi kimi əlavə olunduqda löfoy(s) — «kimsə sevir (kimlərsə sevirlər)" mənasını verir.

Zamana görə dəyişmə ön və son şəkilçiləri vasitəsilə edilir:
Şühudi keçmiş zama, ä-, a- и o- ön şəkiçiləri:

  • Keçmiş zaman: älöfom — "o sevdi";
  • İndiki zaman: alöfom — "o sevir";
  • Gələcək zaman: olöfom — "o sevəcək";

Perfekt formalar (nəqli keçmiş zaman), i-, e-u- ön şəkiçiləri:

  • Keçmiş zaman: ilöfom — "o sevmiş";
  • İndiki zaman: elöfom — "o sevib";
  • Gələcək zaman: ulöfom — "o sevəcək";

Həmçinin dildə başqa formalar da var:

  • Məsdər, -ön şəkilçisi, löfön — "sevmək";
  • Feili sifət, -öl şəkilçisi, löföl — "sevən";
  • Əmr forması, -öd şəkilçisi, löfomöd! — "sevsin!";
  • Şərt forması, -öv şəkilçisi, löfomöv, if … — "əgər ..., onda sevərdi";
  • Məchul forma, p- ön şəkilçisi, palöfom — "o sevilir";
  • Sual hissəciyi, -li şəkilçisi, löfom-li — "o sevir?";

Ümumiyyətlə bu şəkilçilər vasitəsilə müxtəlif məlumatlara görə bir neçə mindən bir neçə yüz minə qədər feil forması almaq olar[2].

Sifət

Sifətlər -ik (gudik — "yaxşı") şəkilçisini əlavə etməklə yaranır, hallanmır və aid olduğu isimdən sonra gəlir. Zərf sifətə -o və ya -i şəkilçisi əlavə etməklə yaranır (gudiko — «yaxşı») və cümlədə ai olduğu feildən sonra gəlir və dəyişmir.

Tarix

Yaranması və ilkin populyarlığı

Yohan Martin Şleyer, Volapük dilinin yaradıcısı.

Şleyerin sözlərinə görə 31 mart 1879-cu ilə keçən gecə yuxusu qaçmışdır, bütün gecəni evdə o yana-bu yana gəzirdi, birdən Allah özü yanına gəlib beynəlxalq dilin necə olmalı olduğunu göstərdi. Bütün gecəni o, yeni dilin qrammatikası və lüğətini tərtib etmiş, daha sonra cümlələr qurmuş və hətta şeirlər də dərc eləməyə başlamışdır[3].

Volapük haqqında ilk məqalə Şleyer tərəfində 1879-cu ilin mayında özü tərəfindən redaktə olunan «Sion arfası» (alm. Sionsharfe) katolik jurnalında dərc edilmişdir. 1880-ci ildə dilin müəllifi alman dilində ilk dərslik dərc edir. Şleyerin özü demək olar ki, volapükdə kitab yazmasa da, bir neçə yazıçı bununla məşğul olmuşdular. Uzun müddət dil çox populyar idi və artıq 1889-cu ilə volapükdə bütün dünyada 25 jurnal dərc edilirdi, 25 dildə 316 dərslik yazılmışdı və 283 klub fəaliyyət göstərirdi. Hətta volapükün bir insan üçün ana dili olduğu hal da məlumdur: bu, volapük professoru Henri Konun (ing. Henry Cohn) qızı Korin Kon (ing. Corinne Cohn) olmuşdur[4]. 1884-cü ildə Fridrisxafendə volapük tərəfdarlarının konvensiyası keçirilmişdir, lakin konvensiyada işçi dil alman dili idi, 1887-ci ildə Menhendə keçirilən ikinci konvensiya da belə keçirilmişdir. Yalnız üçüncü konvensiya (1889-cu ildə Parisdə) volapükdə keçirilmişdir[5]. 1889-cu ilə volapükdə 30-dan çox dövri nəşr çıxır, 255-dən çox birlik var idi. Volapükün tədrisi ilə 1100-dən çox müəllim və 50-dən çox professor məşğul idi[1].

Populyarlığın azalması

İlk dövrlərdə volapükün populyarlığına səbəb xeyli dərəcədə onun sadəliyi idi. Burada təbii dillərin bir çox çatışmazlıqları yox idi, məsələn:

  • mürəkkəb orfoqrafiya (ingilis və fransız dillərinə xas);
  • ikili say (ərəb və bəzi slavyan dillərinə xas);
  • vurğunun müxtəlif yerlərə düşməsi (rus dilinə xas);
  • çoxmənalı sözlər, omonimlər omofonlar.

Amma eyni zamanda alman dili daşıyıcıları tərəfindən mürəkkəblik kimi qəbul edilməmiş alman dilinin bəzi xüsusiyyətləri də volapükə keçdi. Məsələn, isimlər 2 saya və 4 hala, feillər — 6 zaman, 4 formaya, 2 növə malik idilər, şəxslərə və saya görə dəyişirdilər. 1931-ci il islahatına qədər feillər cinslərə görə dəyişirdilər. Hərf və səslərin birmənalılığı prinsipi pozulurdu ([ks], [gz], [ts], [dz], [tʃ], [dʒ] səsləri bir hərflə ifadə olunurdular, bəzi hərflər iki cür oxuna bilərdilər). Söz yaradıcılığı sistemi alman dilindəki kimi uzun sözlərin yaranmasına səbəb olurdu, məsələn, klonalitakipafabludacifalopasekretan. Leksikada Avropa dillərinin tanınmaz hala salınmış elementlərindən istifadə olunurdular. Qrammatikanın mürəkkəbliyi və leksikanın beynəlmiləl olmaması daha sonralar da tənqidə səbəb olmuşdur (daha sadə dillər yarandıqdan sonra). Bunlar volapükün populyarlığının azalmasına səbəb olmuşdular[6].

Ogüst Kerkqoffs.

Uzun müddət Volapük Akademiyasının direktoru flandriyalı kriptoqraf Ogüst Kerkqoffs (alm. Auguste Kerckhoffs) olmuşdur. Zamanla onunla Şleyer arasında mübahisələr yaranmışdır. Buna səbəb Şleyerin volapükü öz mülkiyyəti hesab etməsi və hər hansı dəyişikliyin edilməsini inkar etməsi idi[5]. Bu, volapükçülər arasında parçalanmaya və bir çoxlarının idiom neutralesperanto kimi alternativ dil layihələrinə qoşulmalarına səbəb oldu. Daha sadə etimologiya və qrammatikayaya malik esperantonun 1887-ci ildə yaranması volapükün vəziyyətini daha da ağırlaşdırdı. Nəticədə bir çox volapük klubu esperanto klublarına çevrildilər.

İslahat

Ari de Yonq, volapük islahatının ideoloqu

1920-ci ildə başda hollandiyalı Ari de Yonq (nid. Arie de Jong) başda olmaqla volapükçülərin kiçik bir qrupu dildə islahatlar keçirərək onu 1931-ci ildə açıqladılar. De Yinq qrammatikanı sadələşdirdi (nadir hallarda istifadə olunan feil formaların, feillərin cins şəkilçilərini ləğv elədi), "r" səsi isə daha çox istifadə olunmağa başladı. Bunun nəticəsində bəzi sözlər ingilis və ya alman dilindəki ilkin variantlarına daha çox oxşamağa başladılar (məsələn, lömib ("yağış") bundan sonra rein oldu). De Yonqun islahatından sonra volapük qısa müddət üçün HollandiyaAlmaniyada populyarlıq qazanır, lakin nasistlərin hakimiyyətə gəlməsi ilə bu ölkələrdə süni dillərin öyrənilməsi qadağan olunur və bu, volapük hərəlkətini sıfıra endirir.

Volapük bu gün

Vikipediyada volapükün loqotipi

O zamandan volapükçülər hərəkatı çox aşağı səviyyədədir. Bu gün dünyada cəmi 20-30 volapükçü vardır[4].

Volapükdə Vikipediya

Volapük dilində Vikipediya demək olar ki, bütün məqalələrinin botlar tərəfindən yaradıldığı ilə məşhurdur. Demək olar ki, bütün botlar bu layihənin cəmi bir fəal üzvü — Smeira tərəfindən yaradılıb. Bu, bir çox başqa Vikipediyaçının etirazına səbəb olmuşdur və onlar belə şeylərin Vikipediya qaydalarına uyğun olmadığını əsas gətirərək Vikipediyanın bu bölməsinin ləğv edilməsini tələb edirlər[7].

Mətn nümunələri

Volapükdə mətnlərin müqayisəsi (Atamız duası)

İlkin voalpük. İslah edilmiş volapük.
O Fat obas, kel binol in süls, paisaludomöz nem ola!
O Fat obas, kel binol in süls! Nem olik pasalüdükonöd!
Kömomöd monargän ola!
Regän ola kömonöd!
Jenomöz vil olik, äs in sül, i su tal!
Vil olik jenonöd, äsä in sül, i su tal!
Bodi obsik vädeliki givolös obes adelo!
Givolös obes adelo bodi aldelik obsik!
E pardolös obes debis obsik,
E pardolös obes döbotis obsik,
Äs id obs aipardobs debeles obas.
Äsä i obs pardobs utanes, kels edöbons kol obs.
E no obis nindukolös in tentadi;
E no blufodolös obis,
Sod aidalivolös obis de bad.
Ab livükolös obis de bad!
(Ibä dutons lü ol regän, e nämäd e glor jü ün laidüp.)
Jenosöd! So binosös!

İstinadlar

  1. "ВОЛАПЮК". 2004-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2004-01-19.
  2. "Blueprints for Babel: Volapük". 2005-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  3. Yahoo! Groups
  4. "Pük, Memory — Page 1 — Art — New York — Village Voice". 2008-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  5. "The Esperanto Book: 3". 2012-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  6. Кузнецов С. Н. Краткий словарь интерлингвистических терминов // Проблемы международного вспомогательного языка. — М.: Наука, 1991. Статья «Волапюк»
  7. meta:Proposals for closing projects/Closure of Volapük Wikipedia

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.