Vltava çayı
Vltava çayı[1] — Elba çayının qolu olub, Çexiyanın ən uzun çayıdır. Çayın uzunluğu 430 kilometrdir. Çay Bohemiya meşəsi boyunca cənub-şərqə doğru axır və sonra Çeski Krumlov, Çeske Budejovice və Praqanı keçərək Bohemiyanın şimalına tərəf axıraq, Melnikdə Elba çayı ilə birləşir. Ümumilikdə çay "Çex milli çayı" kimi adlanır. Çayda hər il avarçəkmə turları keçirilir. Vltava çayı Çexiyanın ən önəmli turizm mənbəyidir.
Vltava | |
---|---|
| |
Ölkə | Çexiya |
Regionlar |
|
Şəhərlər |
|
Mənbəyi | Bohemiya meşəsi |
• Yüksəkliyi | 1172 m |
Mənsəbi | Elba çayı, Melnik |
• Yüksəkliyi | 155 m |
Uzunluğu | 430 km |
Su sərfi | 149,9 m³/s |
Hövzəsinin sahəsi | 28.000 km² |
Tökülən çaylar | Soltərəfdən Otava, Berounka çayları; sağ tərəfdən Lužnice, Sázava çayları |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
Vltava çayı 430 km (270 mil) uzunluğundadır və sistemin sahəsi 28.090 kvadrat kilometr (10.850 kvadrat metr) ölçüdə Bohemiyanın yarısından və Çexiyanın bütün ərazisinin təxminən üçdə birindən çoxunu təşkil edir.[2] Praqadan axdığı hissədə 18 körpü (aşağıda göstərilən məşhur Çarlz körpüsü daxil olmaqla) vasitəsilə kəsilib və uzunluğu şəhər daxilində 31 kilometr (19 mil) əhatə edir.[3] Vinohrad Su Qalası (Vinohrady Water Tower) nasos əməliyyatları dayandırılan vaxta, 1912-ci ilə qədə çayın suyundan içməli su kimi sitifadə olunurdu.[4] Lakin, içməli su mənbəyinin iflasa uğraması səbəbiylə Zelivka və Karane mənbələrindən su təchizatı təmir edilir. Belə hadisələr üçün üzərində Podoli su emalı zavodu yerləşir və çayın yuxarı axınının uzun hissəsi ikinci dərəcəli çirklənmənın qarşısının alınması üçün Podolí su emalı zavodu ciddi nəzarəti altındadır.
Çayın üzərində 1950-ci illərdə bir neçə bənd inşa edilmişdir. Orlik bəndi Vltava hövzəsində ən böyük su anbarını saxlayır, Bohem meşəsində (Çex dilində: Šumava) Lipno bəndi sahəsi ilə ən böyük su anbarını saxlayır. Praqanın şimalında Stěchovice su anbarı Jon küçəsinin kandarında tikilmişdir.
Mənbədən mənsəbə qədər olan hündürlük fərqi təxminən 1016 metrdir (3,333 ft) və mənbədən ən böyük axın isə Çernı Potok (Black Brook, AKA Teplá Vltava) adlanır. Vltava özü iki axının: daha uzun Mülayim Vltava (Teplá Vltava) və Bavariyada başlıyan Soyuq Vltava (Studená Vltava) birləşməsindən yaranır. Vltava axını boyu çoxlu qollar qəbul edir. Bunlardan ən böyüyü sol tərəfdən Otava və Berounka, sağ tərəfdən isə Lužnice və Sázava çaylarıdır. Çayın Český Krumlov ətrafındakı hissəsi (xüsusilə Vişší Broddan Boršov nad Vltavou-a qədər) su turizmi üçün çox məşhur bir yerdir.
Etimologiyası
Çex adı Vltava və alman adı Moldau köhnə alman dili sözlərindən wilt ahwa ("yabanı su") gəlir.[5] Annales Fuldensdə (872-ci ildə) Fuldaha adlanır; 1113-cü ildən bu Wultha kimi təsdiq edilmişdir. Xronika Boemorum'da (1125-ci ildə) Bohemiya formasında ilk dəfə Wlitaua kimi təsdiq edilmişdir.[2]
Digər tərəfdən, Ukraynada alman mənşəli izləri olmayan Ltava çayı var. Bu çay üzərində qəsəbənin adı 1174-cü ildə Hipatian Çronikl'da çəkilmişdir, ənənəvi olaraq Ukraynanın Poltava şəhərinin adı ilə bağlıdır. Ltava etimologiyasını təsvir edən bir çox nəzəriyyə var.[6]
Daşqınlar
Vltava çayı hövzəsi tarixi boyunca bir neçə dəfə daşmışdır. Qeydiyyatçılar çay sahillərində 1784, 1845, 1890, 1940-cı illərdə və 2002-ci ildə ən yüksək daşqın su xəttini təyin edən etmişdilər.[7][8][9]
Həmin ilin avqustunda çay daşqını bir neçə insanı öldürməsi və ərazi korlanması və Praqa hissəsi də daxil olmaqla, çayın məcaradan çıxması 2002-ci ildə Avropa daşqınlarına ağır təsir göstərmişdir. Çay üzərində Praqada ən qədim Çarlz körpüsü ciddi şəkildə zədələndi və körpünün təmir işləri uzun müddət tələb edirdi.[8]
Praqanı yenidən 2013-cü ildə su basdı. Paraqa zooparkı da daxil olmaqla, Vltava və Elba hövzələrindəki bir çox məskunlaşma yerləri su altında qalmışdır. Lakin tarixi şəhər mərkəzini qorumaq üçün Vltava sahillərində metal səddlər tikildi.[10]
Bəndlər
Su axımını tənzimləmək və hidroelektrik enerji istehsal etmək üçün Vltava çayı üzərində 9 hidroelektrik bənd inşa edilmişdir. Başlıca sularda başlayanlar: Lipno, Lipno II, Hněvkovice, Kořensko, Orlík, Kamýk, Slapy, Štěchovice və Vrané.
Mədəniyyət və elmə istinadlar
Çexiya bəstəkarı Bedrix Smetana tərəfindən klassik musiqinin ən tanınmış əsərlərindən biri Vltava'dır, adətən ingilis dilində Moldau adlanır. Əsər klassik musiqinin romantik dövründəndir və çayın Bohemiyadan keçən hissəsinin musiqili təsviridir (qulaq as).
1973-cü ildə Sovet astronomu Nikolay Stepanoviç Çernıh tərəfindən aşkar edilən kiçik bir planet 2123 Vltava çayın adı ilə adlandırılıb.[11] [11]
Smetananın simfonik şeiri də Bertolt Brext tərəfindən eyni adlı bir mahnıya ilham verdi. John Willett tərəfindən əsərin ingilis versiyası, Moldauda çay daşlarının yerdəyişməsi, aşağı dərinə getməsi ilə xüsusiyyətlənir/ Praqada uzaqda səpələnmiş üç ölü imperatorlar.[12]
Həmçinin bax
İstinadlar
- "Vltava" Arxivləşdirilib 2019-03-31 at the Wayback Machine. Oxford English Dictionary. Retrieved 3 October 2017.
- "The Vltava River — Historical Communication Link in the Český Krumlov Region" Arxivləşdirilib 2016-04-24 at the Wayback Machine. Český Krumlov — UNESCO World Heritage. Retrieved 19 June 2015.
The length of its flow to the mouth of the river to the Labe river near Mělnik is 430.2 km. Down to Český Krumlov it has a catchment area of 1,339 km2 , the whole basin of the Vltava river is 28,090 km2 .
- "Source : Avantgarde Prague". 2018-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
- Water Tower of Vinohrady Arxivləşdirilib 2020-03-20 at the Wayback Machine, stovezata.praha.eu, retrieved 14 November 2013
- Šmilauer, Vladimír (1946). "O jménech našich řek" Arxivləşdirilib 2018-09-14 at the Wayback Machine [Names of our rivers]. Naše řeč (in Czech). Institute of the Czech Language. 30 (9–10): 161–165. ISSN 0027–8203 Arxivləşdirilib 2008-04-24 at the Wayback Machine.
- Ільченко, Володимир (21 may 2009). "Відкриття професора Тищенка: наші предки знали Заратустру" Arxivləşdirilib 2017-11-11 at the Wayback Machine [Discovery by Professor Tishchenko: our ancestors knew Zarathustra] (in Ukrainian). Ukrainian Independent Information Agency.
- Papadaniil, Sofia; Schütze, Susann; Alukwe, Isaac (16 September 2007). "I. Flood Protection Measures of the City of Prague" Arxivləşdirilib 2015-06-19 at the Wayback Machine. Technische Universitat Dresden. Retrieved 19 June 2015.
Several flood marks along the river show the water levels of the different events in history and try to keep this danger of flooding in mind of the people.
- Yates, Ricky (9 February 2010). "Flooding in Prague" Arxivləşdirilib 2021-08-14 at the Wayback Machine. Ricky Yates — an Anglican in Prague. Retrieved 19 June 2015.
- Yates, Ricky (15 April 2012). "The Vltava River" Arxivləşdirilib 2018-08-19 at the Wayback Machine. Ricky Yates — an Anglican in Prague. Retrieved 19 June 2015.
- Bond, Anthony (4 June 2013). "Prague under water as floods claim ELEVEN lives across Europe and threaten German city of Dresden". Daily Mail. Archived from the original on 7 June 2013. Retrieved 19 June 2015.
Areas to the south and north of the Czech capital were submerged, including the city's zoo and horse racing track, in the worst flooding in a decade which followed days of heavy rain. But metal barriers erected along the Vltava river banks protected the historical city centre.
- Schmadel, Lutz D. (2003). Dictionary of Minor Planet Names Arxivləşdirilib 2012-11-14 at the Wayback Machine (5th ed.). New York: Springer Verlag. p. 172. ISBN 3-540-00238-3. Retrieved 2009–10-09.
- "The song of the Moldau" Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine. Anti War Songs. 21 August 2012. Retrieved 25 September2013.