Vladimirski kilsəsi (Sankt-Peterburq)
Vladimirski kilsəsi (rus. Владимирский собор) - Peterburqda fəaliyyət göstərən pravoslav kilsə, Vladimirski prospekti ev № 20 yerləşir. Kilsə Rusiyada ən çox ehtiram edilən ikonaya - Vladimir müqəddəs Ana ikonasına həsr olunmuşdu.
Vladimirski kilsəsi | |
---|---|
Владимирский собор | |
59°55′41″ şm. e. 30°20′54″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Sankt-Peterburq |
Yerləşir | Vladimirski prospekti |
Layihə müəllifi |
Xristian Lüdviq Knobel (?) Pyetro Trezini (?) Cakomo Kvarengi Avraam Melnikov Frans Ruska Aleksandr Qolm |
Memar | Rastrelli |
Tikilmə tarixi | 1761-1769 |
Üslubu | Baroko üslubundan klassisizmə keçid |
Material | kərpic |
Rəsmi sayt | vladimirsobor.spb.ru |
Rusiya Federasiyasının milli irsi | |
İstinad nöm. | 7810504000 |
Mühafizə dərəcəsi | Federal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məbəd Rus pravoslav kilsəsinin Sankt-Peterburq yeparxiyasının tabeliyindədir. Kilsənin başçısı mitropolit Vladimir (Kotlyarov), kilsə açardarı isə protoierey Georgi Şmidtir.
Tarix
Vladimir kilsəsi ehtimal olaraq 1761-ci ildən 1769-cu ilə qədər Peterburqun Bazar Meydanında, memar Kristian Knobel və ya Pyetro Antonio Trezininin layihəsi əsasında eyniadlı və 1747-ci ilə aid taxta məbədin yerində inşa edilmişdir.
Kilsə 1783-cü ildə təqdis olunmuşdu.
1791-ci ildə memar Cakomo Kvarengi ayrıca duran ikiyaruslu zəng gülləsinin tikinti işlərini bitirdi.
1830—1831-ci illərdə memar Avraam Melnikov tərəfindən kilsə pritvoru ucaldılmışdı.
1848-ci ildə memar Frans Ruska zəng gülləsinə daha bir yarus əlavə edir, 1850—1853-cü illərdə isə o kilsəyə yeni ibadətgah və hasar inşa etdirir.
1865-ci ildən Vladimirski kilsəsinin nəzdinə daxil olan yetimxanaya və qadın düşkünxanasını ehtiva edən xeyriyyəçilik cəmiyyəti fəaliyyət göstərirdi.
1883—1885-ci illərdə memar Aleksandr Holm tərəfindən kilsənin künclərində əlavə tikililər inşa olunmuşdu.
1887—1888-ci illərdə keçirilmiş restavrasiya işlərindən sonra Rusiyanın vəftizliyinin 900 illiyi şərəfinə kilsədə təntənəli şəkildə ilahi nəğmələr oxunmuşdu.
1828-ci ildə Arina Rodionovnanın (Aleksandr Puşkinin dayəsi) ölümü səbəbindən Vladimirski kilsəsində ölü duası oxunmuşdu. Kilsə prixoduna mənsub tanınmış ədəbiyyatçılar sırasında Fyodor Dostoyevskinin adını xüsusilə qeyd etmək olar. Hazırda bu dahi yazıçının xatirəsinə kilsədə hər il panixida oxudulur.
1932-ci ildə Vladimirski kilsəsi bağlanılır, onun yerləşdiyi binada isə «Lenmaşuçyot» fabriki yerləşdirilir.
1989-cu ilin avqust ayında kilsə möminlərə yenidən qaytarılır və 7 aprel 1990-cı ildə daxili təmir işlərindən sonra ikinci dəfə təqdis olunur. Ümumilikdə isə kilsənin restavrasiya işləri hələ uzun illər davam etdi.
2000-ci ilin may ayında isə kilsəyə "Kafedral" statusu verilmişdi.
Memarlıq
Beşgünbəzli məbəd özündə barokko memarlıq üslubundan klassisizmə bir keçid təşkil edir və onun daxilinə yuxarı (soyuq) müqəddəs Vladimir və aşağı (isti) müqəddəs İoann Damaskin kilsərini birləşdirir. Hazırda ibadət işləri yalnız yuxarı məbəddə aparılır.
Mərkəzi günbəzin yelkən və ya pandativ adlanan hissəsi yevangelistlərin heykəlləri ilə bəzədilmişdi. Yuxarı məbəddə 1808-ci ildə Aniçkov sarayının kilsəsindən buraya gətirilmiş, XVIII əsrə aid ikonostas qorunub saxlanılır. Aşağı məbədin tavanı bir zamanlar nəfis naxışlarla örtülmüşdür. XX əsrin ortalarında naxışlar ikonostas ilə birlikdə həmişəlik itirilmişdi.
Ruhanilər
Tarix boyu Kafedralın bütün başçıları | |
---|---|
Tarix | Kafedralın başçısı |
1746-… | keşiş Qriqori Matveyev |
1763 — 20 oktyabr (1 noyabr) 1770 | keşiş İoann Kirikov (…—1770) |
1770—1783 | keşiş Yakov İoannoviç Qrayevski |
1783—1789 | protoierey Yakov İllarionov (…—1789) |
1789—1798 | keşiş Filipp Vasilyev |
1790—1808 | keşiş İoann Feodoroviç Başilov |
1808—1810 | protoierey İoann Nikitiç Qolubev |
1810—1825 | protoierey Pavel Petroviç Sviyazyev (…—1825) |
1826—1831 | protoierey Simeon Yakovleviç Platonov (…—1831) |
1831 — 22 yanvar (3 fevral) 1864 | protoierey Mixael Nikitiç Mallein (1788—1864) |
1864—1892 | protoierey Aleksandr Nikolayeviç Sokolov (1817—1903) |
1892—1893 | protoierey Dimitri Aleksandroviç Priselkov (…—1909) |
1893—1895 | … |
1895—1902 | protoierey Nikolay Mixayloviç Viroslavski |
1902—1903 | protoierey Dimitri Aleksandroviç Priselkov (…—1909) |
1904—1917 | protoierey Aleksandr Aleksiyeviç Vladimirski |
1917 — iyun 1922 | protoierey Pavel Antoniyeviç Kedrinski (1863 — 1935-ci ildən sonra) |
oktyabr 1922 — avqust 1923 | protoierey İoann Yakovleviç Sokolov |
avqust 1923 — iyun 1932 | protoierey Pavel Antoniyeviç Kedrinski (1863 — 1935-ci ildən sonra) |
1932—1990 | məbəd fəaliyyət göstərmirdi |
1990 | mitropolit Aleksiy (Ridiger) |
1990—1995 | mitropolit İoann (Snıçev) |
1996 - bu günə kimi | mitropolit Vladimir (Kotlyarov) |