Vladimir Zvariç

Vladimir Vasilyeviç Zvariç (Zvarıç) (ukr. Володимир Васильович Зварич; 7 fevral 19195 dekabr 1998, Lvov) — Ukrayna və sovet numizmatika alimi və arxeoloq.

Vladimir Zvariç
Doğum tarixi 7 fevral 1919(1919-02-07)
Vəfat tarixi 5 dekabr 1998(1998-12-05) (79 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti arxeoloq

Həyatı

Orta gəlirli kəndli ailəsində anadan olmuşdur. 1938-ci ildə Ternopil Ukrayna Gimnaziyasını bitirdikdən sonra Lvov İlahiyyat Akademiyasına daxil oldu. Lakin artıq 1939-cu ildə Qərbi Ukraynanın Ukrayna SSR-ə birləşdirilməsindən sonra akademiya fəaliyyətini dayandırdı və bağlandı. V. Zvariç doğma kəndinə qayıtdı, burada ibtidai məktəbin rəhbəri oldu.

Müharibənin başlanğıcında, xəbərçilik etdiyinə görə alman hakimiyyəti 1941-ci ilin yayında gənc pedaqoqu tutaraq Ternopil həbsxanasına göndərdi. Altı aylıq istintaqdan sonra V. Zvariç nasistlərin bir düşərgəsindən o birisinə göndərilirdi. Əvvəlcə Lvovda Yanovsk konslagerində oldu, daha sonra dəhşətli nasist məhv düşərgələrindən biri olan Maydanek və həmçinin Qross-RozenLitomerjitsedə (Çexiya) oldu. Yalnız 12 may 1945-ci ildə Amerika qoşunları Zvariç də daxil olmaqla sağ qalan az sayda məhbusu sərbəst buraxdı.

Vətəninə qayıtmaq qərarına gəldikdən sonra bir neçə ay Lvov vilayətinin Xodorov şəhərində Sovet filtrasiya düşərgəsində qaldı. Sərbəst buraxıldıqdan sonra Zvarych Lvov Universitetinə daxil oldu və 1945—1950-ci illərdə tarix fakültəsində təhsil aldı. Bitirdikdən sonra ən yaxşı məzunlardan biri olaraq ona Lvov Universitetinin Elmi Kitabxanasında iş təklif edildi.

1960-cı ilin oktyabr ayında universitetin yardımçı tarixi fənlər kabinetinin (numizmatika və sfragistika) müdiri vəzifəsində çalışırdı.

1967-ci ildə, o dövrdə SSRİ-də yeganə arxeoloji muzeyin təşəbbüskarı və təşkilatçılarından biri idi.

Son illərində ilk öncə SSRİ Tarixi kafedrası və daha sonra Ukrayna Tarixi kafedrasında baş müəllim kimi işləyirdi. Lvov Universitetində numizmatika, sfragistika, tarixi coğrafiya mövzularında mühazirələr və xüsusi kurslar keçirirdi.

Bir neçə il ərzində Qərbi Ukrayna ərazisində arxeoloji qazıntılar aparırdı.

Elmi fəaliyyəti

Alimin prioritet elmi maraq dairəsi numizmatika idi. O, Lvov Universitetinin kolleksiyasının elmi sistemləşdirilməsini həyata keçirdi. Qədim YunanıstanQədim Roma (5 mindən çox nümunə), Orta əsrlər və müasir dövrlərdə Qərbi Avropa ölkələri (təxminən 2 min nümunə) və Polşa və Litva (təxminən 500 nümunə) sikkələrindən ibarət medal kolleksiyasını sahmanladı. Ukrayna numizmatik elmi tarixində yeni ənənəyə çevrilən numizmatik lüğət yaratmaq ənənəsi.V. Zvariçın adı ilə bağlıdır. İlk ukrayn dilində nəşri 1972-ci ildə nəşr olundu və dərhal populyarlıq qazandı. Tədqiqatçı ömrü boyu əsərin üzərində işləməyə davam etdi, daim təkmilləşdirərək yeni materiallar ilə tamamlayırdı. Bir il sonra lüğət yenidən nəşr olundu, daha sonra - 1975, 1976, 1979, 1980-ci illərdə rus dilində də nəşr edilmişdir. Son nəşri “Numizmatika. Arayış kitabçası" (rus. «Нумизматика. Справочник») (R. Şust ilə əməkdaşlıqda) 1998-ci ildə, alimin ölümündən bir müddət əvvəl çap edildi.

Lüğət və arayış kitabında əksəriyyəti sikkə və pul vahidlərinin adları ilə əlaqəli olan numizmatik terminlər izah olunur, onların tarixləri vurğulanır, yayılmanın əhatə dairəsi göstərilir, numizmatikanı öyrənmək üçün lazım olan bəzi maliyyə və siyasi iqtisadi terminlər izah olunur. Lüğətdə müxtəlif ölkələrin sikkələr nümunələrinin təsvirləri yerləşdirilmişdir.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.