Vladimir Roqovoy
Vladimir Abramoviç Roqovoy (rus. Владимир Абрамович Роговой) — rus kinematoqrafçısı, rejissor və film direktoru.
Vladimir Roqovoy | |
---|---|
rus. Владимир Роговой | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Kiyev, SSRİ |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Moskva |
Dəfn yeri | |
Vətəndaşlığı |
![]() |
Fəaliyyəti | kinorejissor, film prodüseri |
Təhsili | |
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() |
IMDb | ID0737380 |
Həyatı
Vladimir Abramoviç Roqovoy 5 fevral 1923-cü ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. Roqovoy 1950-ci ildə ÜDKİ-nin iqtisadiyyat fakültəsini bitirmişdir. O, müxtəlif filmlərin direktoru olmaqla yanaşı[1], Mark Donskoy, İsidor Annenski, İlya Frez kimi kinorejissorların filmlərində ikinci rejissor vəzifəsində çalışmışdır.
1966-1968-ci illərdə "Belarusfilm" kinostudiyasının rejissoru olmuşdur. Daha sonra isə 1968-ci ildən Maksim Qorki adına kinostudiyanın quruluşçu rejissoru kimi işləmişdir.
Vladimir Abramoviç Roqovoy 20 fevral 1983-cü ildə Moskva şəhərində vəfat etmişdir.
Filmoqrafiya
- Boşboğaz (film, 1978) / rus. Баламут
İstinadlar
- "Кинорежиссер Владимир Роговой (1923-1983 гг.). Заслуженный деятель искусств РСФСР". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-12.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.