Vladimir Ponomaryov
Vladimir Alekseyeviç Ponomaryov (rus. Владимир Алексеевич Пономарёв; 13 iyun 1959, Semey) — Rusiya hərbçisi, Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri.
Vladimir Ponomaryov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 iyun 1959 (64 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Zaqafqaziya hərbi dairəsi, 366-cı motoatıcı alay |
Rütbəsi | polkovnik-leytenant |
Döyüşlər |
Həyatı
Vladimir Alekseyeviç Ponomaryov 13 iyun 1959-cu ildə Qazaxıstan SSR-nin Semipalatinsk şəhərində anadan olmuşdur. 1980-ci ildə Novosibirsk Ali Ümumqoşun Hərbi-Siyasi Məktəbini bitirmişdir. 1980–1986-cı illərdə Əfqanıstanda, 1988–1992-ci illərdə Dağlıq Qarabağda Zaqafqaziya Hərbi Dairəsinin 4-cü ordusunun, 2-ci motoatıcı diviziyasının 366-cı alayında xidmət keçmişdir. Birinci Qarabağ müharibəsində iştirak etmişdir, Xocalı soyqırımını törədənlərdən biri olmuşdur. O, özünün və ümumiyyətlə 366-cı alayın bu soyqırımında iştirak etdiyini inkar etmişdir. 2000-ci ildə Kemerovo Dövlət Universitetinin tarix fakültəsini, 2009-cu ildə Moskva İdarəetmə və Hüquq İnstitutunu bitirib. Maraq dairəsinə daxil olan sahələr terrorçuluğun fəlsəfəsi və problemləri, Azərbaycan–Ermənistan münasibətlərinin hazırkı vəziyyəti və Dağlıq Qarabağdakı etnosiyasi münaqişənin həlli prosesidir. 30 yanvar 2013-cü ildə Ermənistan Müdafiə Nazirliyinin Milli Strateji Tədqiqatlar İnstitutunda "1988–1992-ci illərdə Dağlıq Qarabağ münaqişəsinin dinamikası" mövzusunda dissertasiya müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Əvvəlcə Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunda, daha sonra isə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda təcrübə keçmişdir. Ermənistan Milli Arxivinin direktorunun hərb tarixi üzrə müşaviri, Dağlıq Qarabağ Respublikasının fəxri vətəndaşı, Artsax Yazıçılar İttifaqının üzvüdür. Ehtiyatda olan polkovnik-leytenantdır. Rusiyanın Tomsk Politexnik Universitetinin Yurqa Texnoloji İnstitutunda humanitar təhsil və xarici dillər kafedrasının dosentidir.[1]
Keçmiş Dağlıq Qarabağ Respublikası daxilində tanınmış bir fiqur olaraq qəbul edilir. Qarabağ erməniləri və Birinci Qarabağ müharibəsi haqqında şeirlər yazmışdır. O, dörd şeir toplusunun müəllifi və həmmüəllifidir.[2]
İstinadlar
- "366-cı alayın mayoru: "Bakıdan, Moskvadan zəng edib məni söyürlər" - MÜSAHİBƏ". 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
- "Մշակույթ, կրթություն և սպորտ". www.artsakhtert.com. 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.