Vladimir Nemiroviç-Dançenko

Vladimir İvanoviç Nemiroviç-Dançenko (11 (23) dekabr 1858, Ozurgeti, Kutaisi quberniyası25 aprel 1943[1][2][…], Moskva[1]) — rus rejissoru, dramaturq və teatr xadimi, SSRİ Xalq artisti, (1936), Stalin mükafatları laureatı (1942, 1943).

Vladimir Nemiroviç-Dançenko
Doğum tarixi 11 (23) dekabr 1858
Doğum yeri
Vəfat tarixi 25 aprel 1943(1943-04-25)[1][2][…] (84 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti dramaturq, rejissor, teatr tənqidçisi, ssenarist, opera rejissoru[d], teatr pedaqoqu[d], aktyor, dramaturq
Təhsili
Teatr
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni
1-ci dərəcəli "Stalin" mükafatı
"Qırmızı qartal" ordeni
SSRİ xalq artisti RSFSR xalq artisti "Stalin" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

K. S. Stanislavski ilə birlikdə Moskva Bədaye Teatrını yaratmış, 1919-cu ildə həmin teatrın nəzdində musiqi studiyası təşkil etmişdi (1926-cı ildən K. S. Stanislavski və V. İ. Nemiroviç-Dançenko adına Musiqili Teatr). Vladimir Nemiroviç-Dançenkonun Üzeyir Hacıbəyovla işgüzar əlaqələri olmuşdur. Stalin mükafatları komitəsinin sədri V. Nemiroviç-Dançenko, komitənin üzvü Ü. Hacıbəyovla iclaslarda tez-tez görüşür, Ü. Hacıbəyovu rəhbərlik etdiyi teatrın premyera tamaşalarına dəvət edirdi. Vladimir Nemiroviç-Dançenko İncəsənət İşləri üzrə Ümumittifaq Komitəsinin nəzdindəki bədii şuranın sədri kimi də Ü. Hacıbəyovun müzakirələrdəki rəy və fikirləri ilə hesablaşırdı.

İstinadlar

  1. Немирович-Данченко Владимир Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. Vladimir Ivanovich Nemirovitch-Danchenko // Internet Broadway Database (ing.). 2000.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.