Vladimir Etuş

Vladimir Abramoviç Etuş (rus. Владимир Абрамович Этуш; d. 6 may 1922-ci il, Moskva, RSFSR9 mart 2019, Moskva, Rusiya) — görkəmli Sovetrus teatrkino aktyoru, pedaqoq, RSFSR xalq artisti (1971), SSRİ xalq artisti (1984)[3].

Vladimir Etuş
rus. Владимир Этуш
Doğum adı Vladimir Abramoviç Etuş
Doğum tarixi
Doğum yeri Moskva, RSFSR, SSRİ
Vəfat tarixi (96 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
Milliyyəti yəhudi
Vətəndaşlığı SSRİ SSRİRusiya Rusiya
Həyat yoldaşı Ninel Mışkova
Yelena İzmaylova
Nina Kraynova
Yelena Qorbunova
Uşağı Raisa Etuş (d.1955)
Atası Abram Savelyeviç Etuş[1]
Anası Raisa Konstantinovna Etuş[2]
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 19452019
Təhsili
  • Boris Şukin adına Teatr İnstitutu[d] (–1945)
İstiqamət teatr və kino
Mükafatları "SSRİ xalq artisti" fəxri adı "RSFSR əməkdar artisti" fəxri adı "RSFSR xalq artisti" fəxri adı

"Qırmızı ulduz" ordeni "Əmək veteranı" medalı "Moskvanın 800 illik xatirəsinə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni
IMDb ID0262234
İmzanın şəkli
etush.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Vladimir Abramoviç Etuş 6 may 1922-ci ildə Moskvada yəhudi ailəsində anadan olmuşdur. Lakin sənəddə rəsmi olaraq, 1923-cü il kimi yazılmışdır[4].

Böyük Vətən müharibəsi illərində Vladimir Etuş cəbhədə zabit olmuşdur. 1943-cü ildə Tokmakın (Ukrayna) Jovtneve kəndində ağır yaralanmışdır. Xəstəxanadan çıxandan sonra 2-ci qrup əlil adını alır. 1945-ci ildə V. Etuş Şşukin adına teatr məktəbini bitirir və Yevgeni Vaxtanqov adına Moskva teatrında çalışmağa başlayır. Getdikcə əsas aktyorlardan birinə çevrilir.

Aktyor kino fəaliyyətinə 1953-cü ildə Mixail Rommun "Admiral Uşakov" tarixi filmində çəkilməklə başlamışdır. Vladimir Etuş kəskin xarakterli və komik rolların mahir ifaçısı olmuşdur. Geniş tamaşaçı kütləsi onu daha çox məşhur rejissor Leonid Qaydayın "Qafqaz əsiri və ya Şurikin yeni macəraları", "12 stul", "İvan Vasilyeviç peşəsini dəyişir" kimi komediyalarından tanımışdır.

1945-ci ildən etibarən Vladimir Etuş fəal surətdə Şşukin adına teatr məktəbində müəllimliklə məşğul olmuşdur. 1976-cı ildə oranın professoru olmuşdur. 1987-ci ildə isə oranın rektoru olmuşdur. 2009-2011-ci illərdə Rusiyada Mərkəzi aktyor evinin direktoru olmuşdur [5]. O, bütün dünyada səhnədə olan ən yaşlı aktyor idi.

Vladimir Etuş 9 mart 2019-cu ildə 97 yaşında vəfat etmişdir.[6]

Filmoqrafiya

İlAzərbaycanca adıOrijinal adıRol
1953Admiral Uşakovrus. Адмирал УшаковSeyid Əli
1955Ovodrus. ОводMartini
1960Yay məzuniyyətləri zamanırus. Время летних отпусковMəmmədov
1965Sədrrus. ПредседательKaloyev
1966Qafqaz əsiri və ya Şurikin yeni macəralarırus. Кавказская пленница, или Новые приключения Шурикаyoldaş Saaxov
1967Stüardessarus. Стюардессаqafqazlı
1968Köhnə, lap köhnə nağılrus. Старая, старая сказкаkral
1968Solyarisrus. СолярисSnaut
1969Köhnə tanışrus. Старый знакомыйrejissor Sameski
1968Kişi söhbətirus. Мужской разговорYura əmi
1970Kabildə tapşırıqrus. Миссия в КабулеAbdulla xan
197112 stulrus. 12 стульевmühəndis Andrey Bruns
1971Kölgərus. ТеньPyetro
1971Klounrus. Клоунkloun
1972Sirk işıqlarını yandırırrus. Цирк зажигает огниqraf
1973İslaholunmaz yalançırus. Неисправимый лгунBuruxtaniya şahzadəsi II II Edqar Buruxtan
1973İvan Vasilyeviç peşəsini dəyişirrus. Иван Васильевич меняет профессиюAnton Semyonoviç Şpak
1973100 % neylonrus. Нейлон 100 %Konstantin
1975Buratinonun macəralarırus. Приключения БуратиноKarabas Barabas
1976Fəlsəfə doktorurus. Доктор философииvarlı tacir Jivota Sviyoviç
1977Axmaq İvan necə möcüzə ardınca getdi?rus. Как Иванушка-дурачок за чудом ходилrus dərvişi
197831 iyunrus. 31 июняMalqrim
1979Düma Qafqazdarus. Дюма на КавказеBabadul
1980Anın quruluşuazərb. Anın quruluşuqoca Bayramov
1982Uzunqulaq dərisirus. Ослиная шкураkral IX Qaston
1983Həmin mesye Lenuar ki...rus. Месье Ленуар, который…Pol-Alber Lenuar
1984Ləpirçi Makarrus. Макар-следопытİrakli
1985Sağlam olunrus. Будьте здоровыLüdovik Merikur
1991Yatmış iti oyatmayınrus. Не будите спящую собакуQriqori Matveyeviç Jivoqlaz
1993Səfehin arzularırus. Мечты идиотаFunt
1993İgid oğlanlarukr. Браві хлопціJiqulinin sahibi
1998Klassikrus. Классик"Monarx"
1999Açarın dönməsirus. Поворот ключаOrlenko
2004Suquzğunurus. Зимородокser Çarlz
2005Üç muşketyorrus. Три мушкетёраd’Artanyanın atası
2006Sovet dövrünün parkırus. Парк советского периодаkameo
2012Tanrının gözürus. Глаз БожийMark Şaqal
2013Qafqazın ən yaxşı qızırus. Лучшая девушка Кавказа
2013Üç muşketyorrus. Три мушкетёраzərgər
2016Qaçmaq, qovmaq, sevməkrus. Убежать, догнать, влюбитьсяB. Q. Saaxov
2017Yeniyetmərus. Подростокknyaz Sokolski

Mükafatları

SSRİ I dərəcəli Vətən Müharibəsi Ordeni (1985)
SSRİ "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
SSRİ "Qafqazın müdafiəsinə görə" medalı
Rusiya "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" yubiley medalı

İstinadlar

Mənbə

  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 513.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.