Vladimir Arnold

Vladimir İqoreviç Arnold (rus. Влади́мир И́горевич Арно́льд, 12 iyun 1937[1][2][…], Odessa[3][4][…]3 iyun 2010[5][1][…], XII arondisman (Paris)[d])[8] — elmin dinamik sistemlər, hamar inikasların məxsusiyyət nəzəriyyəsi, topologiya, cəbri həndəsə və klassik mexanika kimi sahələrində çalışmış Rusiya riyaziyyatçısı[9].

Vladimir Arnold
rus. Владимир Игоревич Арнольд
Vladimir Arnold 2008-ci ildə
Vladimir Arnold 2008-ci ildə
Doğum tarixi 12 iyun 1937(1937-06-12)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 3 iyun 2010(2010-06-03)[5][1][…] (72 yaşında)
Vəfat yeri
Vəfat səbəbi peritonit
Dəfn yeri
Elm sahəsi Riyaziyyat
Elmi dərəcəsi
Elmi adı
  • REA-nın akademikləri[d]
İş yerləri
Təhsili
Elmi rəhbəri Andrey Kolmoqorov
Tanınmış yetirmələri Sabir Hüseynzadə,
Askold Xovanskiy,
Aleksandr Qivental,
Aleksandr Varçenko,
Viktor Vasilyev
Üzvlüyü
Mükafatları "Lenin" mükafatı
mi.ras.ru/~arnold
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Atası, riyaziyyatçı İqor Vladimiroviç Arnold (1900—1948) RSFSR Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü və Moskva Dövlət Universitetinin professoru olmuşdur. Anası, mədəniyyətşünas Nina Aleksandrovna Arnold (1909—1986) Puşkin muzeyində işləmişdir.

Hələ Moskva Dövlət Universitetinin üçüncü kursunda təhsil alarkən müəllimi Andrey Kolmoqorov ilə birlikdə Hilbertin on üçüncü problemini həll edərək dünya riyaziyyat ictimaiyyəti tərəfindən tanınmağa başlayan Arnold 1961-ci ildə namizədlik, 1963-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun "Klassik və səma mexanikasında hərəkətin dayanıqlılığı məsələləri" adlı doktorluq dissertasiyası sonralar yaradıcıları Kolmoqorov, Arnold və Mozerin şərəfinə adlandırılmış KAM-nəzəriyyənin əsas mənbələrindən biri olmuşdur.

Arnold 1961-ci ildən 1986-cı ilə qədər Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində, 1986-cı ildən ömrünün sonuna qədər Steklov adına Riyaziyyat İnstitutunda, 1993-cü ildən 2004-cü ilə qədər isə paralel olaraq Paris-Dofin Universitetində işləmişdir. Rusiyalı alimlər arasında ən çox istinad olunan alimdir.[10]

Əsas mükafatları

  • Moskva riyaziyyat cəmiyyətinin mükafatı (1958)
  • Lenin mükafatı (1965, Andrey Kolmoqorov ilə birgə)
  • Kraford mükafatı (1982, Luis Nirenberq ilə birgə)
  • Volf mükafatı (2001)
  • Rusiya Federasiyasının Dövlət mükafatı (2007)
  • Şao mükafatı (2008, Lüdviq Faddeyev ilə birgə)

Fəxri adları

Arnold 1984-cü ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1990-cı ildə isə həqiqi üzvü seçilmişdir. Həmçinin London Riyaziyyat Cəmiyyətinin (1976) fəxri üzvü, ABŞ Milli Elmlər Akademiyasının (1983), Paris Elmlər Akademiyasının (1984), London Kral Cəmiyyətinin (1988), Amerika Fəlsəfə Cəmiyyətinin (1990) xarici üzvü olmuşdur.

1981-ci ildə kiçik planetlərdən biri onun şərəfinə 10031 Vladarnolda adlandırılmışdır.

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. http://www.telegraph.co.uk/news/obituaries/science-obituaries/7886200/Vladimir-Arnold.html.
  3. Anosov D. B., Bolibrukh A. A., Faddeev L. D., Gonchar A. A., Gromov M. L., Gusein-Zade S. M., Il'yashenko Y. S., Khesin B. A., Khovanskii A. G., Kontsevich M. L. və b. Vladimir Igorevich Arnol'd (on his sixtieth birthday). // Russian Mathematical Surveys Steklov Institute of Mathematics, 1997. C. 52, burax. 5. S. 1117–1139. ISSN 0036-0279; 1468-4829; 0042-1316; 2305-2872 doi:10.1070/RM1997V052N05ABEH002106
  4. This Mathematical Month - June: A Brief Look at Past Events and Episodes in the Mathematical Community. Amerika Riyaziyyat Cəmiyyəti.
  5. http://www.heraldsun.com.au/news/breaking-news/numbers-up-as-top-mathematician-vladimir-arnold-dies/story-e6frf7jx-1225875367896.
  6. Catalogus Professorum Academiae Rheno-Traiectinae.
  7. Mathematics Genealogy Project (ing.). 1997.
  8. "Arxivlənmiş surət". 2022-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-25.
  9. "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.604
  10. Мемориальный список Arxivləşdirilib 2022-10-01 at the Wayback Machine, Индексы цитирования работ российских учёных.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.