Vladiqafqaz

Vladiqafqaz (rus. Владикавказ, 20 iyul 1990-cı ilə qədər Orconikidze (Орджоникидзе), inquş Буро[2], oset. Дзæуджыхъæу, noq. Капкай; tarixi Azərbaycandilli mənbələrdə Vələdiqafqaz az-əbcəd. ولادى قفقاز)[3]Şimali Osetiyanın paytaxtı, Rusiyanın cənubunda şəhər. 2015-ci ilə görə əhalisi 308.190 nəfərdir.

Vladiqafqaz
Владикавказ
Дзæуджыхъæу
Gerb
Gerb
43°02′24″ şm. e. 44°40′39″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1784
Sahəsi
  • 291 km²
Mərkəzin hündürlüyü 692 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 303.597 nəf. (2020)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 8672
Poçt indeksi 362000–362999
Digər
vladikavkaz-osetia.ru
Vladiqafqaz xəritədə
Vladiqafqaz
Vladiqafqaz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimologiyası

Vladiqafqaz adı Pavel Potemkinin burada tikdirdiyi qalaya verdiyi rus dilində Vladey Kavkazom (rus. Владей Кавказом) adından qaynaqlanır. Bu barədə general Potemkin qalanın əsasının qoyulduğu 25 aprel 1784-cü ildə yazdığı raportda bildirir. Şəhər 1931–1944 və 1954–1990 illərdə Orconikidze, 1944–1954-cü illərdə isə Caucikau adlandırılıb.

Coğrafiyası

Şəhər Şimali Qafqazda, Terek çayının hər iki sahilində, Dəryal dərəsindən 30 km aralı yerləşir. Vladiqafqazdan Gürcüstan hərbi yolu başlanğıcını götürür.

İqlimi mülayimdir. Qışı sakit, yayı uzun lakin yağıntılı keçir. Yanvarın orta temperaturu −1,9 °C, iyul ayının orta tempraturu +20,7 °C təşkil edir.

Tarixi

Vladiqafqazın əsası qala kimi 1784-cü ildə Gürcüstan hərbi yolunun tikintisi və Rusiya imperiyası ilə Gürcüstan arasında bağlanmış Georgiyevsk traktatının imzalanması ilə əlaqədar Dəryal dərəsində tikilib. Rəsmi versiyaya əsasən qala inquş kəndi olan Zaur vəya Zaurkovun ərazisində salınıb. Başqa məlumatlara görə bu yerdə Kapkay adlı osetin kəndi yerləşirdi, lakin bu məlumat həqiqətə uyğun olmadığına görə təsdiqini tapmayıb. 1860-cı ildən etibarən şəhər statusunu alıb. 1863-cü ildən 1920-ci ilə qədər Rusiya imperiyasının Terek vilayətinin mərkəzi olub. XX əsrin əvvəllərində Vladiqafqaz bolşevik inqilabi hərəkatının mərkəzlərindən biri olub.

İstinadlar

  1. http://web.archive.org/web/20200424113056/https://www.gks.ru/storage/mediabank/Численность%20по%20МО_Site.xlsx.
  2. "ГБУ "Ингушский научно исследовательский институт гуманитарных наук имени Чаха Ахриева" БIархой Нина, Коазой Нурдин, Хайранаькъан БайIаьла ГIАЛГIАЙ-ЭРСИЙ ТЕРМИНИЙ ДОШЛОРГ Магас 2015" (PDF). 2022-05-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-03-08.
  3. A comprehensive persian-english dictionary including the arabic words and phrases to be met with in persian literature being Johnson and Richardson's persian, arabic, and english dictionary revised, enlarged, and entirely reconstructed (s.1479)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.