Vittoriya Kolonna
Vittoriya Kolonna (it. Vittoria Colonna) — Peskara markizası, italyan əsilzadə, İntibah dövrü italyan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri. Həyat yoldaşı əsir düşmüş evli zadəgan qadın olan Vittoriya, İskiya və Neapolun zadəgan dairələri ilə yaxşı münasibətlər qurmağa nail olmuşdu. Vittoriya Kolonnanın erkən yaradıcılığı yalnız 1510-cu illərin sonlarında diqqət çəkməyə başlamış[1], sonradan o, XVI əsr İtalyan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi qəbul edilmişdir. Həyat yoldaşının vəfatından sonra Vittoriya özünü Roma monastırlarından birində qapatmışdır. Ömrünün sonuna kimi dünyəvi insan olaraq qalsa da, monastırda yaşadığı dövrdə dinə baxışı ciddi şəkildə dəyişmiş və qatı dindar olmuşdur. 1537-ci ildə Vittoriya Kolonna Mikelancelo ilə tanış olmuş və ölümünə kimi, Mikelancelonun muzası olmuşdur.[2]
Vittoriya Kolonna | |
---|---|
it. Vittoria Colonna | |
| |
Doğum tarixi | |
Doğum yeri | Marino, Papa dövləti (müasir İtaliya) |
Vəfat tarixi | (56 yaşında) (56 yaşında) |
Vəfat yeri | Roma, Papa dövləti (müasir İtaliya) |
Milliyyəti | italyan |
Həyat yoldaşı | Peskara markizi Fernando D'Avalos |
Uşaqları | Vasto markizi Alfonso D'Avalos (övladlığa götürülüb) |
Atası | Paliano hersoqu I Fabritsio Kolonna |
Anası | Urbino hersoqunun qızı Anyesi di Montefeltro |
Fəaliyyəti |
Peskara markizası şairə |
Əsərlərinin dili | italyan dili |
Janr | poeziya |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
- Gibaldi, Joseph. "Vittoria Colonna: Child, Woman, and Poet." In Women Writers of the Renaissance and Reformation. Ed. Katharina Wilson. Athens, GA, 1987: pp. 23–24.
- "Стихи Микеланджело в переводе Эфроса". 2007-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.04.2023.