Vitraj

Vitraj — (fr. vitrage, lat. vitrum- şüşə sözündən)- şüşədən və s. şəffaf materiallardan düzəldilən ornametli və ya süjetli dekorativ kompozisiya. Şəffaf materialdan hazırlanmış ornamentli və ya süjetli kompozisiya pəncərə və qapı şəbəkələrinin bəzədilməsində, habelə interyerlərin tərtibatında vitrajdan istifadə olunur.

Almanya kilsələrindən birindəki vitraj
Almanya kilsələrindən birindəki vitraj

Rəngli vitrajlar zəngin işıq boyaları əmələ gətirir və interyerin emosional ifadəliliyini artırır. Bəni Həsəndə (MƏR) və Romada tapılmış rəngli, hamar, şüşə parçalarından məlum olur ki, e.ə. II minillikdən Qədim Misirdə, eramızın I əsrindən isə Qədim Romada sadə vitrajlar hazırlanmışdır. Roma və Ravennadakı erkən xristian bazilikalarının pəncərə çərçivələrində şüşə alebastr və selenitdən hazırlanmış xüsusi kütlə ilə əvəz edilirdi; alebastr və selenit parlaq işığı keçirmədiyindən binanın interyerində əmələ gələn yarımqaranlıqda işıq zolaqlarından orijinal dekorativ effekt yaranırdı. X-XII əsrlərdə Fransada roman məbədlərində və Almaniyada dini mövzuda, sujetli vitrajlar düzəldilirdi. Sonralar dini rəsmlərlə yanaşı məişət səhnələri təsvir olunan vitrajlar (Şartrdakı kilsə, 1260 ildən sonra) yarandı və rəngli şüşələrə rəngsiz şüşələr əlavə edildi (Paris Notr-Dam kilsəsi, V-ı XIII-XIV əsrlər, XIX əsrdə bərpa edilmişdir). XIV-XV əsrlərdə vitraj sənəti İngiltərədə və digər Avropa ölkələrində (İsveçrə, İtaliya, Polşa) geniş yayıldı.

Müasir vitrajlar kiçik şüşə parçalarından hazırlanır və qurğuşun, polad, yaxud plastik kütlədən hazırlanan lentlə birləşdirilir. Naxışlar rəngsiz şüşə üzərində həkk edilir, yaxud kimyəvi üsulla vurulur. Sovet rəssamlarından A.V.Stoşkus, K.J.Morkuans, L.Q.Polişşuk və b. müxtəlif həyat hadisələrini təsvir edən vitrajlar yaradılır.

Azərbaycanda vitrajın şüşə parçalarının taxta alata bənd edilmiş həndəsi formalı şəbəkə növü inkişaf etmişdir. Bunların ən yaxşı nümunələri Şəki xanlarının sarayında və Şəkixanovların evinin tərtibatında (XVIII-XIX əsrlər) qalmışdır.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.