Vitoriya-Qasteys

Vitoria-Gasteiz (Baskca: Gasteiz; İspanca: Vitoria; rəsmi adı: Vitoria-Gasteiz) — İspaniya nın şimalında muxtar ölkələrdən biri olan Bask ölkəsi nin Alava vilayətinə bağlı olan bir şəhər. Bask ölkəsi nin və Alava vilayətinin paytaxtıdır. Əhalisi (2010 cu il) 238,247 nəfərdir. Bask ölkəsində, əhali etibarilə, ikinci böyük şəhərdir.

Şəhər
Vitoriya-Qasteys
Gasteiz[1]
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
42°50′48″ şm. e. 2°40′23″ q. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1181
Sahəsi
  • 276,81 km²
Mərkəzin hündürlüyü 525 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 255.886 nəf. (2023)[2]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 01001–01015
Nəqliyyat kodu VI
Digər
vitoria-gasteiz.org
Vitoriya-Qasteys xəritədə
Vitoriya-Qasteys
Vitoriya-Qasteys
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu şəhərdə yaşayanlar "Vitorianos" və ya "Gasteiztarras" adı ilə xatırlanarlar; amma ənənəvi və zarafat olaraq Bask "paxla yeyənlər" mənasını verən "Babazorros" olaraq da xatırlanır.

Coğrafi mövqe

Vittoria-Gateizin coğrafi koordinatları 42 ° 51'K, 2 ° 41'B dir. Şəhərin əhəmiyyətli Bask Bölgəsi və İspaniya şəhərləri ilə sərhədləri: Madrid: 321 km; Bilbao: 66 km; Pamplona: 97 km; San Sebastián: 103 km; Burgos : 108 km dir.

Vitoria-Gasteiznin Alava vilayıtində mövqeyi

Vittoria-Gateiz'in Alava vilayətində olan bələdiyyələr icinde mövqeyi su xəritədən izlənilə:

Şəhərdəki əhəmiyyətli səmtlər bunlardır: Casco Viejo, Zaramaga, Zabalgana, ENSANCHE, Əl Pilar, Lovaina, Salburua, Txagorritxu, San Martín, Mendizörroza, Ariznavarra, Aranzabela, Arambizcarra, Arana, Judizmendi, Santa Lucía, Adürza, San Cristóbal, Ali-GOBEO, Sansomendi, Arriaga-Lakua, Abechuco.

Demoqrafiya

Vitoria-Gasteiz in əhalisi (2010 təxmini) etibarilə 238.247 nəfər olub əhali sıxlığı 860.69 nəfər / km ² dir. Vitoria-Gasteizdə əhalinin inkişaf göstəricisi: 1.000 adam

Mənbə: INE - Instituto Nacional de Estadística, İspaniya
Mənbə:Hollandca Wikipedia "Vitoria-Gasteiz" maddəsi

Tarixi inkişaf

Şəhərin tarixi inkişafı bu xronologiya siyahısıyla yekunlaşdırıla bilər:

  • 1181 : Şəhərin quruluşu
  • 1199 : Kastilya Kralı VII Alfonso tərəfindən şəhərin mühasirəsi
  • 1200 : Şəhərin VII Alfonsoya təslim olması və Kastilya Krallığına ilhaq edilməsi,
  • 1431 : Kastilya Kralı II Juanın Vitoria - Gasteiz şəhərinə bəraət verməsi və xüsusi imtiyazaları tanıması.
  • 1483 : Kastilya Kraliçası İsabella tərəfindən şəhərə verilmiş hüquqi imtiyazlarının tanınıb çoxaldılması.
  • 1492: Digər İspan şəhərləri ilə birlikdə şəhərdə əsrlərdir yaşıyan Yəhudilərin Vitoriadan qovulmaları.
  • 1722 : Şəhərdə Bartolomé Riegonun bir kitab Mətbəəsı və nəşr evini qurması. Bu günümüzdə də Vitoria - Gasteizdə çox əhəmiyyətli bir sənaye qolu olan tipografik sənayenin ilk nümunəsini təşkil etməsidir.
  • 1765 : Şəhərin iqtsadi və sənaye sahələrində inkişafını təmin etmək üçün " Societad Bascongada de los Amigos del País " adlı bir təşkilatın qurulması.
  • 1813 : İspaniyanın Fransaya qarşı Müstəqillik Döyüşündə Vitoria Müharibəsi ndə Fransızların məğlub edilməsi . Lüdviq van Bethoven bu qalibiyyət xatirəsinə orkestr üçün Opus 91 oalarak bilinən bir kompozisiya hazırlamışdır.
  • 1861: Katolik Kilsəsi Vitoriayı bir yepiskopluq bölgəsi olaraq qəbul etməsi.
  • 1980 : Vitoria - Gasteizin Bask Bölgəsi paytaxtı olaraq qəbul edilməsi. Şəhərdə Bask Bölgəsi şura , hökumət və bölgə idarəsinin və Avropa Birliyi Parlamentinin hissələrinin qurulması.
  • 2012: Vitoria - Gasteiz Avropanın Yaşıl Paytaxtı olması .

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.