Vitali Astaxin

Vitali Vladimiroviç Astaxin (2 fevral 1951, Bakı) — Azərbaycan musiqiçisi, trombon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2005).

Vitali Astaxin
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Fəaliyyət illəri 1969-cu ildən
Musiqi aləti trombon
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı  — 2005 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı  — 1991

Həyatı

Vitali Vladimiroviç Astaxin 2 fevral 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Bakı Musiqi Texnikumunu bitirmişdir.[1]

Vitali Astaxin 1969–1973 və 1978–1986-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində, 1973–1978-ci illərdə isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında fəaliyyət göstərmişdir.[1]

1986-cı ildən Azərbaycan Dövlət Simfonik Orkestrinin trombonçalanlar qrupunun konsertmeysteridir.[1]

Təltif və mükafatları

İstinadlar

  1. Astaxin Vitali Vladimiroviç // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina  Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 141. ISBN 978-9952-441-05-5.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.