Vistəhm

Vistəhm yaxud Bistam (bilinmir600, Ktesifon) — Sasanilər dövlətinin hökmdarlığına iddiaçı, Bavinin nəvəsi.

Vistəhm
بیستام‎
Vistəhmin pulu
Vistəhmin pulu
bayraq
Sasanilər dövlətinin hökmdarlığına iddiaçı
596 600
ƏvvəlkiII Xosrov
SonrakıII Xosrov
Şəxsi məlumatlar
Doğum tarixi ?
Doğum yeri ?
Vəfat tarixi
Vəfat yeri Ktesifon
Fəaliyyəti hərbi lider[d]
Atası Şapur
Həyat yoldaşı Qordiya
Dini Zərdüştilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlkin dövrləri

Vistəhm və qardaşı Vinduyə İspahbudan sülaləsindən idilər, sərkərdə Bavinin nəvəsi olmaqla bərabər II Xosrovun dayıları idilər. Cənubi İraq bölgəsinin irsi hakimləri olub, imperiyada yüksək yerlərdə vəzifə sahibi idilər.[1] Ataları Şapurun IV Hörmüz tərəfindən öldürülməsindən sonra Vistəhm onun torpaqlarını almışdı. Hörmüzün sərt siyasəti 590-cı ildə Bəhram Çubin üsyanına səbəb olmuşdu. Bəhram öz ordusu ilə Ktesifonu mühasirəyə alarkən Hörmüzün siyasətindən bezən Vistəhm və qardaşı Hörmüzü həbs edərək kor etdilər və II Xosrovu taxta çıxardılar. Lakin bunlar Bəhramı dayandıra bilmədi və qardaşlar Xosrovla birgə Azərbaycana qaçmağa məcbur qaldılar. Yolda Bəhram tərəfindən saxlansalar da Vinduyih özünü Xosrov kimi qələmə verərək qardaşının qaçmasına şərait yaratdı.

Blarafon döyüşü

591-ci ilin avqustu II Xosrov 12000 Erməni süvarisi, Vistəhm 8000 Azərbaycan əsgəri ilə Qazaka yaxınlığında Bəhram Çubini məğlub edərək yenidən şah oldu.

Üsyanı

Xosrov taxtı ələ keçirdikdən sonra Vinduyihi saray xəzinəsinin sədrliyinə, Vistəhmi isə Şərqin ispahbudanlığına - TəbəristanXorasan hakimliyinə təyin etdi. Lakin tezliklə atasının intiqamını almaq fikrinə düşən Xosrov Vinduyihin ölümünə fərman verdi. Vistəhm qardaşının öldürülməsini xəbərini alan kimi üsyana qalxdı və şahlığa iddia etməyə başladı. Vistəhmin Xosrova təhqiramiz məktubu haqqında Dinəvəri belə bir sitat gətirir:

Sən taxta məndən daha layiq deyilsən. Mən isə İsgəndərə qarşı döyüşən Daranın oğlu Daranın nəslindənəm. Siz Sasanilər bizə kələklə üstün gəldiniz, haqqımızı əlimizdən aldınız və bizə ədalətsiz davrandınız. Sənin baban Sasan bir çoban idi.

Üsyana dəstək toplamaq üçün Bəhram Çubinin bacısı Qordiya ilə evlənmiş, oğlu Şapuru isə öz ordusunun sipəhsaları təyin etmişdi. Ceyhundan Ərdəbilə qədər geniş bir ərazini idarə edən Vistəhm hətta şərqdə iki Eftalit knyazını da hakimiyyəti altına ala bilmişdi. Erməni mərzbanı IV Smbat Baqratuninin başçılığı altında ona qarşı Sasani ordusu göndərilmiş, Vistəhm müharibəni qazanmağa az qalmış, Priok adlı hun knyaz tərəfindən öldürülərək başı Xosrova göndərilmişdi.

Ailəsi

Oğulları Tiriyu və Vinduyə ərəblərə qarşı Sasani ordusunda sərkərdə olmuşlar.[2] Yerinə qardaşı oğlu Fərrux Hörmüz keçmişdir.

Mənbə

  1. Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. ISBN 978-1-84511-645-3.
  2. Encyclopedia Iranica - Shapur Shahbazi (1989), BESṬĀM O BENDŌY
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.