Virtual icma

Virtual icma, həmçinin internet-icma, virtual cəmiyyət və ya internet-cəmiyyət — qarşılıqlı maraq və ya məqsədləri həyata keçirmək üçün potensial olaraq coğrafi və siyasi sərhədləri keçən, spesifik sosial media vasitəsilə əlaqə quran fərdlərin sosial şəbəkəsi. Ən geniş yayılmış virtual icmalardan bəziləri sosial şəbəkə xidmətləri altında fəaliyyət göstərən onlayn icmalardır.

Hovard Reynqold 1993-cü ildə nəşr olunan "The Virtual Community" kitabında virtual icmalardan bəhs etmişdir. Kitabın müzakirəsi Reynqoldun "The WELL"dəki sərgüzəştlərindən, kompüter vasitəçiliyi ilə kommunikasiyadan, sosial qruplardan və informasiya elmindən ibarətdir. İstinad edilən texnologiyalara "Usenet", MUD-lər və onların törəmələri MUSHMOO, "Internet Relay Chat" (IRC), çat otaqları və elektron poçt siyahıları daxildir. Reynqoldun həmçinin virtual icmaya mənsub olmağın şəxsi psixoloji rifah, eləcə də bütövlükdə cəmiyyət üçün potensial faydalarını qeyd edir. Eyni zamanda, işə cəlb edilməsinin virtual təcrübə icmalarına müsbət təsir etdiyini göstərmişdir.[1]

Virtual icmaların hamısı qarşılıqlı əlaqəni təşviq edir, bəzən xüsusi bir maraq ətrafında və ya sadəcə ünsiyyət qurmaq üçün fokuslanır. Bəzi virtual icmalar hər ikisini edir. İcma üzvlərinə müxtəlif vasitələrlə ortaq bir həvəs üzərindən qarşılıqlı əlaqəyə icazə verilir: mesaj lövhələri, çat otaqları, sosial şəbəkələr ümumdünya hörümçək torunun saytları və ya virtual dünyalar.[2] Üzvlər adətən icma dünyasına bağlanır, hər gün bütün gün saytlara daxil olur və çıxır, bu, şübhəsiz ki, asılılığa çevrilə bilər.[3]

Giriş

İcmanın ənənəvi tərifi coğrafi cəhətdən (məhəllələr, kəndlər və s.) məhdud olan varlıqdır. Virtual icmalar adətən coğrafi baxımdan səpələnmiş halda olur və buna görə də ilkin tərifə uyğun olaraq icma hesab olunmurlar. Bəzi onlayn icmalar coğrafi olaraq əlaqələndirilir və icma veb saytları kimi tanınır. Bununla belə, əgər icmaların üzvlər və üzv olmayanlar arasında müəyyən sərhədlərə malik olduğu nəzərə alındığında virtual icma həqiqi bir icma sayılır.[4] Virtual icmalar yad insanlar arasında dəstək, məlumat, dostluq və qəbuletmə baxımından real həyatdakı icmalara bənzəyir.[5]

Virtual icmalar haqqında ən təsirli hissələrdən biri bir neçə media platforması və ya şəbəkəsi vasitəsilə ünsiyyət qurmaq imkanıdır. İndiki dövrdə virtual icmalar mövcud olduğuna görə, bu, virtual icmalardan əvvəl tətbiq edilən poçt xidmətləri, faks maşınları və hətta telefonla danışmaq kimi fəaliyyətlərdən istifadə edilmişdir. Mediaya əsaslanan icmaların mövcud olmağına dair ilk araşdırmalar virtual reallığın təbiəti, icmaların media vasitəsilə həqiqətən mövcud olub-olmaması ilə bağlı idi. Bu, virtual icma üzrə tədqiqatları sosiologiyada ontologiyanın tərifinə daxil edirdi. XVII əsrdə London Kral Cəmiyyəti ilə əlaqəsi olan alimlər məktub mübadiləsi yolu ilə bir icma yaratmışdılar.[4] 1963-cü ildə şəhərsalmaçı Melvin Vebber tərəfindən icad edilən "azad edilmiş icma" və 1979-cu ildə Berri Vellman tərəfindən təhlil edilən "yaxınlığı olmayan icma" qeyri-lokal icma haqqında düşüncənin müasir dövrünü başlatmışdır.[4] Həmçinin, Benedikt Andersonun 1983-cü ildə "Təsəvvür edilən icmalar" adlı əsərində ümummilli qəzetlər kimi müxtəlif texnologiyaların erkən milli dövlətlər arasında milli və regional şüurun inkişafına necə töhfə verdiyi təsvir edilmişdir.[6] Nəzəriyyələrini Andersonun "Təsəvvür edilən icmalar" əsəri üzərində quran bəzi müəlliflər bu konsepsiyanı tənqid etmiş, bütün icmaların ünsiyyətə əsaslandığını və virtual-real dixotomiyasının dağıldığını iddia etmiş, nəticədə "virtual" sözünü problemli, hətta köhnəlmiş hesab etmişlər.[7]

Həmçinin bax

İstinadlar

  1. Haas, Aurore; Abonneau, David; Borzillo, Stefano; Guillaume, Louis-Pierre. "Afraid of engagement? Towards an understanding of engagement in virtual communities of practice". Knowledge Management Research & Practice (ingilis). 19 (2). 2021-04-03: 169–180. doi:10.1080/14778238.2020.1745704. ISSN 1477-8238. 13 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2022.
  2. Hof, R. D., Browder, S., Elstrom, P. (5 May 1997). Internet Communities. Business Week.
  3. Ridings, Catherine M.; Gefen, David. "Virtual Community Attraction: Why People Hang Out Online". Journal of Computer-Mediated Communication. 10 (1). 2006-06-23: 00. doi:10.1111/j.1083-6101.2004.tb00229.x. ISSN 1083-6101. 17 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2022.
  4. Pears, Iain. 1998. An Instance of the Fingerpost. London: Jonathan Cape.
  5. Wellman, B. Networks in the global village: life in contemporary communities. Avalon. 1999. ISBN 9780813368214. 12 May 2023 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 November 2020.
  6. Anderson, Benedict. 1991. Imagined Communities: Reflections on the Origin and Spread of Nationalism. London: Verso.
  7. Prodnik, Jernej. Post-Fordist Communities and Cyberspace. In H. Breslow and A. Mousoutzanis (eds.), Cybercultures: Mediations of Community, Culture, Politics. Rodopi: Amsterdam, New York. 2012. 75–100. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 September 2017.

Əlavə ədəbiyyat

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.