Virtual Azerbaijan Group of Companies

"Virtual Azerbaijan Group of Companies"Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən istehsalçı şirkətlərdən biri. 2014-cü ildən fəaliyyətə başlamışdır.[1][2][3]

Elektrik sayğacları üçün "Optik oxuyucu"
Virtual Azerbaijan Group of Companies
"Virtual Azərbaycan Qrup of Kompani" MMC
Loqonun şəkli
2021-ci ildən istifadə edilən loqo
2021-ci ildən istifadə edilən emblem
2021-ci ildən istifadə edilən emblem
Ümumi məlumatlar
Tipi Məhdud Məsuliyyətli Cəmiyyət
Sənaye
Məhsulları
  • Optik Sayğac oxuyucu, Ultrasonik
Təsis tarixi 12 mart 2014) (2014-03-12)
Baş qərargahın yeri Bakı
Struktur
İşçi sayı 60
Tərəfdaşlar TimeSoft
Rəhbərlik
Təsisçi Elvin Abbasov
vac.az

Azərbaycanın müxtəlif müəssisələrindəki biznes və dövlət idarəçiliyində görülən işlərin avtomatlaşdırılaraq məhsuldarlığının və effektivliyinin artırılması, həmçinin optimallaşdırılmasına xidmət edir. Bu hədəfə çatmaq üçün informasiya və kommunikasiya texnologiyalarından effektiv istifadə etməklə vaxta qənaət olunur və daha səmərəli iş prosesi əldə edilir.[4] Şirkət Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi" lisenziyasına sahibdir.[5] "Virtual Azerbaijan Group of Companies" "İnformasiya-kommunikasiya texnologiyaları"nın standartlaşdırılması üzrə Texniki Komitəyə (AZSTAND/TK 05) üzv təşkilatlardan biridir.[6][7][8][9][10]

Şirkətdə xarici ölkələrdə İKT sahəsində qabaqcıl təşkilatlarda təcrübə qazanmış, beynəlxalq sertifikatlara sahib 60-a yaxın əcnəbi və yerli mütəxəssislər çalışmaqdadır.[11][12] Şirkət müxtəlif sosial layihələrə töhvə verir.[13][14][15][16][17] Şirkət Türkiyənin[18]Rusiyanın nüfuzlu şirkətlərindən "Код Безопасности"[19] ilə tərəfdaşlıq[20] etməkdədir. AİKTSA-nın Platin üzvüdür.[21]

Fəaliyyəti

"Virtual Azerbaijan Group of Companies" öz əməliyyatlarının əsasını təşkil edən müxtəlif sahələrdə geniş bir fəaliyyət spektri ilə məşğul olur. Tədqiqat və inkişaf sahəsində fəaliyyət göstərən bir şirkət kimi ödəmə sistemlərinin effektiv şəkildə inkişaf etdirilməsi, İT infrastrukturunun ciddi şəkildə planlaşdırılması və layihələndirilməsi, habelə sistem inteqratoruproqram təminatının yazılması və tətbiqi kimi məsələlərdə təcrübə və bacarıqlar "Virtual Azerbaijan Group of Companies"in fəaliyyətində böyük əhəmiyyət kəsb edir. Bununla birlikdə, informasiya texnologiyaları sahəsində konsaltinq xidmətləri təqdim edilir və coğrafi informasiya sistemləri yaradılır.[22] İstehsalat sahəsində müxtəlif yeni texnologiyaların mühəndislik və istehsalatı, SCADA tətbiqlərində isə proqram təminatlarının ağıllı avadanlıqlarla inteqrasiya edilməsi və avtomatlaşdırılması şirkətin mövcud tələblərə uyğun müasir və effektiv həllər təqdim etməyinə kömək edir.[23]

Tədqiqat və İstehsalat

  1. "Yeraltı su ehtiyatlarının innovativ üsullarla geoloji kəşfiyyatı"nın tədqiqatını "Virtual Azerbaijan Group of Companies" və Azərkosmos birgə aparmışdır.[24][25][26][27][28][29][30]
  2. "Suqovuşan" mobil su ölçmə cihazının tədqiqat, inkişaf və mühəndislik işlərində "Virtual Azerbaijan Group of Companies" və "Nos Otomasyon" şirkətləri birgə iştirak etmişdir.[31][32][33]
  3. "Virtual Azerbaijan Group of Companies" şirkəti yerli imkanlarla peyk zavodunda elektrik sayğacları üçün "Optik oxuyucu" istehsal etməkdədir. Bu vasitə ilə işıq sayğaclarından alınan məlumatlar avtomatik olaraq istənilən əlaqədar qurumun serverində sinxron olaraq arxivlənir. Məlumatların ötürülmə prinsipi GSM və ya digər (Kabel, Wi-Fi, Lora RF ID, Bluetooth, TCP/IP, RS-485, RS-232, RS-422) rabitə üsulları ilə anlıq ötürülə bilir.[34] İstifadə sahəsinə uyğun analiz və hesabatların emal edilməsi və məkana görə günəş paneli elektrik enerjisi ilə qidalanma mümkündür.
  4. Şirkət yerli imkanları ilə "Ultrasonik" istehsal etməkdədir. Bu avadanlıq səs dalğaları vasitəsilə məsafələrin avtomatik ölçülməsini təmin edir.[35]

İcra edilən dövlət layihələri

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində "Mərkəzləşdirilmiş elektron uçot sistemi, Elektron Sənəd Dövriyyəsi, İnsan resuslarının idarə edilməsi və Korporativ İnformasiya Sisteminin Yaradılması (Elektron Su Kadastr Sistemi)" adlı layihələri həyata keçirib. Elektron uçotun aparılması məqsədilə meliorasiya və su təsərrüfatı obyektlərinin elektron kadastr məlumatları xəritəsi yaradılmışdır.[36]

Sudan İstifadəedənlər Birlikləri üçün ödəmə sistemi hazırlanıb. Bu, ölkə üzrə birliklərin fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsi, suvarma suyunun və su istifadəçilərinin uçotunun aparılmasında elektron uçotun tətbiqi, uçotun şəffaflığı, suvarma suyunun satışının həyata keçirilməsində nağdsız hesablaşmaya keçid üçün nəzərdə tutulmuş ödəmə sistemidir.[37]

Türkiyənin "SU YAPI" şirkəti tərəfindən "Yuxarı Şirvan kanalının yenidən layihələndirilməsi" proyekti çərçivəsində Yuxarı Şirvan kanalında en kəsiklərinin alınması, plankotların hazırlanması, ortofoto və DEM-in alınmasında şirkət ilə birgə fəaliyyət göstərməkdədir. "Subartezianların Uzaqdan İdarə Edilməsi" layihəsi çərçivəsində respublika üzrə subartezianların onlayn idarəedilməsi məqsədilə onlarda SCADA sistemi qurulmuşdur. Layihə Türkiyənin "Nano Otomasyon Sistemleri" (NOS)[38] şirkətinin[39] tərəfdaşlığı ilə icra edilmişdir. Bu layihə geniş əraziyə yayılan qurğuların vahid mərkəzdən kompüter, mobil telefon və ya planşet kimi cihazlardan istifadə etməklə idarəetmə və nəzarət sisteminin yaradılmasını təmin edir.[40] Proqram təminatının əsas üstünlükləri aşağıdakılardır:[41]

  • Sistemin istənilən vaxt izlənə bilməsi;
  • Vaxta və əməyə qənaət;
  • İstehsal məlumatlarının qeyd edilməsi;
  • Enerji monitorinqi və sistemə qənaət;
  • Qəza vəziyyətlərinin qarşısının alınması;
  • Sistemə edilən müdaxilələrin qeyd edilməsi;
  • Sahədəki vəziyyətlə bağlı xəbərin alınması və dərhal müdaxilə edilməsi.

Dövlət Məşğulluq Agentliyinin[42] sifarişi ilə "Virtual Azerbaijan Group of Companies" şirkətinin həyata keçirdiyi böyük layihələrdən biri də Əmək münasibətləri və məşğulluq alt sistemi (ƏMAS)-dir.[43] Burada, əmək münasibətləri, elektron əmək müqaviləsinin yaradılması, qurumlar ilə məlumat mübadilərinin, özünüməşğulluğun, fərdi məşğulluq proqramının, əmək haqqının hesablanmasının və digər məlumatların avtomatlaşdırılması sistemdə öz əksini tapır.[44]

Şirkət Azərbaycan Respublikasının Məşğulluq Xəritəsi layihəsini icra etmişdir. Burada, ümumi göstəricilər, demoqrafik göstəricilər, məşğulluq göstəriciləri, sosial göstəricilər, peşələrin atlası kimi məlumatlar öz əksini tapmışdır.[45]

Şirkət həmçinin Məşğul Şəxslərin Reyesteri layihəsinin icraçısıdır. Bu sistem, muzdla işləyənlərin, sahibkarların, prezident tərəfindən təsdiqlənmiş məşğul şəxslərin, haqqı ödənilən vəzifəyə seçilənlərin, Azərbaycan Silahlı Qüvvələrində xidmət edənlərin, ailə kəndli təsərrüfatının üzvlərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslərin, əyani təhsil alanların, Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarının reyestrlərinin elektronlaşdırılmasıdır.[46]

2014–2020-ci illərdə istifadə edilmiş loqo

"Virtual Azerbaijan Group of Companies" şirkətinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) ilə əməkdaşlığı çərçivəsində şirkət tərəfindən yaradılan bir sıra multimedia məhsulları hazırda XDMX-nin rəsmi saytında yer almaqdadır.[52]

"Virtual Azerbaijan Group of Companies" şirkətinin "GoMap" naviqasiya sistemi ilə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi bir sıra multimedia məhsulları "Google Map" xəritəsinin görüntüsündən istifadə edilərək, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sifariş olunmuş milli resurs olan "GoMap" naviqasiya sistemində yerləşdirilib.

Şirkət eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Hava Yolları QSC (AZAL), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, "Synergy Group" və "Gilan Holding" kimi maliyyə-sənaye qrupu ilə də yaxından əməkdaşlıq edib.

Azərbaycan Turizm Assosiasiyası ilə də əməkdaşlıq edən "Virtual Azerbaijan Group of Companies" şirkəti eyni zamanda Azərbaycandakı turizm şirkətləri ilə də birgə bir sıra layihələr həyata keçirmişdir. Həyata keçirdiyi layihələr birbaşa olaraq turizm şirkətlərinin saytında yer almaqdadır.

Azərbaycanda ilk dəfə təşkil olunan "Formula 1" yarışı zamanı "Bakı Şəhər Halqası" ilə tərəfdaşlıq edən "Virtual Azərbaycan", Azərbaycanda bu yarışın video və foto virtual turunu həyata keçirən yeganə şirkətdir. "YARAT Müasir İncəsənət Məkanı", "Paşa Holding" və "SOCAR" kimi tanınmış şirkətlər üçün tətbiqlər hazırlayan şirkət Azərbaycanda eksklüziv olaraq milli resurs olan "GoMap" naviqasiya sistemi ilə əməkdaşlıq edir. Həmçinin şirkət, Azərbaycanın qədim tarixə malik regionlarının ərazisində olan, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, tarixini özündə yaşadan abidələrin, yurd yerlərinin virtual gəzintisini həyata keçirib. "Mədəniyyət və Turizm Nazirliyi" ilə əməkdaşlığa uyğun olaraq, nazirlik tərəfindən mühafizə edilən Azərbaycanın bir sıra tarixi və mədəni əhəmiyyətli dövlət tarix-memarlıq qoruqları virtuallaşdırılaraq izləyicilərin ixtiyarına verilib.[53]

Şirkət Azərbaycan mədəniyyətinin təbliği məqsədilə bölgələrin icra hakimiyyətləri ilə birgə bir sıra layihələrə də imza atıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Gəncə Şəhər İcra Hakimiyyəti, eyni zamanda Tovuz, Qax, Zaqatala, Şəmkir, Xaçmaz rayonlarının icra hakimiyyətləri ilə birgə əməkdaşlıq edərək bölgələrin 360 dərəcəlik virtual tur çəkilişlərini həyata keçirmişdir.

Həmçinin bax

İstinadlar

  1. "NOS Genel Müdürü Yüksel Azerbaycan'da". https://www.iha.com.tr. 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-17.
  2. ""Virtual Azərbaycan Qrup of Kompani" MMC-nin təşəbbüsü ilə su ehtiyatları qiymətləndiriləcək". https://visiontv.az. 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
  3. ""Virtual Azerbaijan Group of Companies şirkəti" beynəlxalq əlaqələrini genişləndirir". https://www.pressa.az. 2023-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-20.
  4. "NOS Genel Müdürü Yüksel Azerbaycan'da". https://www.haberturk.com. 2020-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-17.
  5. "Nazirlik "Virtual Azərbaycan Qrup of Kompani" şirkətinə lisenziya verib". https://ictimai.az. 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-25.
  6. "(Standartlaşdırma üzrə Texniki Komitə AZSTAND/TK 05)" (PDF). http://azstand.gov.az. 2021-12-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-01-22.
  7. "Azərbaycanda İKT standartlaşdırma üzrə Texniki Komitə yaradıldı". https://report.az. 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-22.
  8. ""İnformasiya-kommunikasiya texnologiyaları" standartlaşdırma üzrə Texniki Komitənin ilk iclası keçirilib". https://ikisahil.az. 2022-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-22.
  9. "Azərbaycanda İKT standartlaşdırma üzrə Texniki Komitə yaradıldı". https://xeberler.az. 2021-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-19.
  10. ""İnformasiya-kommunikasiya texnologiyaları" (AZSTAND/TK 05) standartlaşdırma üzrə Texniki Komitənin ilk iclası keçirildi". http://azstand.gov.az. İstifadə tarixi: 2022-03-18.
  11. "Ölkəmiz dünyada bir ilkə imza atacaq- mühəndis İlker Çelik". https://visiontv.az. 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  12. "İzlənmə, yoxsa məlumatların analizi?". https://kaspi.az/. 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-19.
  13. "IT-компании Азербайджана поддержали кампанию "Оставайся дома"". https://news.day.az. 2020-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-27.
  14. "Azərbaycandakı İT şirkətlərindən "Evdə Qal" kampaniyasına dəstək". https://smart.az. 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-27.
  15. ""Virtual Azərbaycan Qrup of Kompani" jurnalistləri təltif edib – FOTOLAR". https://www.pressa.az. 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-02.
  16. ""Yardımçı.az" Haqqımızda". https://yardimci.az. 2020-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-04.
  17. ""Uğur nədir, Necə yaranır?" – SEMİNAR – FOTOLAR". https://baku.news. İstifadə tarixi: 2022-06-017.
  18. "NOS Genel Müdürü Yüksel Azerbaycan'da". https://www.sondakika.com. 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-17.
  19. "Россия назвала партнера в Азербайджане по предстоящему выпуску ИТ-продукции". https://eastweststream.com. 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-19.
  20. ""Virtual Azerbaijan Group of Companies şirkəti" beynəlxalq əlaqələrini genişləndirir". https://faktor.az. 2023-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-21.
  21. "AICTIA Korporativ Üzvlük – Platin". https://aictia.org. 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-29.
  22. "(İnformasiya texnologiyaları üzrə konsaltinq xidmətləri)". http://mcgf.gov.az/. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-22.
  23. "NOS Genel Müdürü Yüksel Azerbaycan'da". https://www.haberler.com. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-17.
  24. "Azərbaycanda su ehtiyatlarını peyk təsvirləri ilə 80-95 faiz dəqiqliklə təyin etmək mümkün olacaq". https://azertag.az. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-03.
  25. "Meeting on assessment of water resources held at Azercosmos". https://report.az. 2022-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-28.
  26. "Azərkosmosda görüş keçirilib". https://baku.news/. 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-28.
  27. ""Azərkosmos"da su ehtiyatları qiymətləndirilib". https://azvision.az. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.
  28. "Su ehtiyatlarının qiymətləndirilməsi peyk vasitəsi ilə həyata keçiriləcək". https://time.net.az. 2022-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-28.
  29. ""Azərkosmos"da su ehtiyatları qiymətləndirilib". 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-28.
  30. "Azərbaycanda peyk vasitəsilə yeraltı su ehtiyatları tədqiq olunacaq". https://avtosfer.az. 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
  31. "Dünyada ilk dəfə olaraq Azərbaycanda mobil su ölçmə cihazı ixtira olunub". https://azertag.az. Archived from the original on 2023-07-08. İstifadə tarixi: 2022-05-24.
  32. "Dünyada ilk dəfə olaraq Azərbaycanda mobil su ölçmə cihazı ixtira edilib". https://www.yeniazerbaycan.com. 2022-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-20.
  33. "Dünyada bir ilk: Azərbaycanda ixtira olundu – Foto". https://axar.az. 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022.05.24.
  34. "Optik Sayğac Oxuyucu". https://sayqac.vac.az. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-14.
  35. "Hidro Post". https://hidropost.vac.az. 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-14.
  36. ""Virtual Azərbaycan Qrup of Kompani" dövlət qurumundan müsbət rəy alıb". https://baku.news. 2023-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-18.
  37. "İLHAM ƏLİYEV: "AZƏRBAYCANDA İÇMƏLİ SU VƏ SUVARMA SUYU İLƏ TƏMİNAT 100 FAİZ OLMALIDIR»"". https://www.kur-yevlax.com. 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-11.
  38. ""Nano Otomasyon Sistemleri" (NOS)". http://nosotomasyon.com/. İstifadə tarixi: 2010-11-12.
  39. "NOS Genel Müdürü Yüksel Azerbaycan'da". https://www.mynet.com. 2023-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-17.
  40. "Subartezian Quyularında SCADA sistemi qurulur 05 06 2020 AzTv". 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-14.
  41. ""Virtual Azərbaycan Qrup of Kompani" MMC proqram təminatı üçün Meliorasiya və Su Təsərrüfatı ASC-dən müsbət rəy alıb". https://visiontv.az. 2023-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-18.
  42. ""Virtual Azərbaycan Qrup of Kompani"nin layihələri dövlət qurumu tərəfindən yüksək qiymətləndirilib". https://www.pressa.az. 2023-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-11.
  43. "(ƏMAS)". 2021-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-14.
  44. "(Əmək münasibətləri və məşğulluq altsistemi)". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-22.
  45. "(Məşğulluq Xəritəsi)". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-22.
  46. "(Məşğul Şəxslərin Reysteri)". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-22.
  47. "Nazirlik "Virtual Azərbaycan Qrup of Kompani" şirkətinə lisenziya verib". https://dogru.az. İstifadə tarixi: 2020-05-25.
  48. ""Virtual Azərbaycan Qrup of Kompani" MMC-nin təşəbbüsü ilə su ehtiyatları qiymətləndiriləcək". https://businesstime.az. 2023-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-10.
  49. ""Virtual Azərbaycan Qrup of Kompani"nin layihələri dövlət qurumu tərəfindən yüksək qiymətləndirilib". https://baku.news. 2023-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-11.
  50. ""Virtual Azərbaycan Qrup of Kompani" dövlət qurumundan müsbət rəy alıb". https://www.pressa.az. 2023-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-18.
  51. ""Virtual Azerbaijan Group of Companies şirkəti" beynəlxalq əlaqələrini genişləndirir". https://liderxeber.az. 2023-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-21.
  52. "Arxivlənmiş surət". 2019-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-14.
  53. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin illik HESABATI – 2016. Bakı, "Zərdabi-Nəşr" MMC, 2017, səh. 112 Arxivləşdirilib 2022-06-18 at the Wayback Machine

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.