Virciniya Çerrill

Virciniya Çerrill (ing. Virginia Cherrill) — ABŞ aktrisası. Daha çox Çarli Çaplinin "Böyük şəhərin işıqları" filmindəki kor gülsatan qız rolu ilə tanınır.

Virciniya Çerrill
ing. Virginia Cherrill
Doğum tarixi
Doğum yeri Kartheyc, İllinoys, ABŞ
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri Santa-Barbara, Kaliforniya, ABŞ
Vəfat səbəbi insult
Vətəndaşlığı ABŞ ABŞ
Həyat yoldaşı İrvinq Edler
Keri Qrant
Corc Çayld-Villers
Florian Martini
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1931-1936
İstiqamət kino
IMDb ID0156039
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Virciniya Kartheyc şəhərinin yaxınlığında yerləşən İllinoysda Ceyms E. Çerrill və Blanş Uilkoksun ailəsində anadan olmuşdur. Müəyyən bir yaşa çatandan sonra o, Hollivuda gedir və təsadüfən boks yarışında Çarli Çaplinlə tanış olur. Virciniya onun diqqətini cəlb edir və Çaplin qızı "Böyük şəhərin işıqları" filmindəki kor gülsatan qız roluna dəvət edir. Lakin çəkilişlər zamanı onların münasibətləri elə də asan olmamışdı. Hətta Çaplin Virciniyanı çəkilişlər başlayandan bir neçə gün sonra qovmaq istəmişdi. Məşhur rejissorun fikri bu rola Corcio Heyli dəvət etmək idi. Amma artıq çəkilmiş səhnələrin yenidən çəkiləcəyi zamanı çoxlu vəsait xərclənəcəyini görən Çarli Çaplin Virciniyanı çəkilişlərə qaytarır.

Virciniya Çerrill sonralar da bir neçə filmdə göründü. Lakin o, 1936-cı ildə öz kino fəaliyyətini dayandırır.

Virciniya 4 dəfə ərə getmişdi. Onun ikinci əri aktyor Keri Qrant (1934-1935)[1], üçüncü əri Cersinin 9-cu qrafı Corc Çayld-Villers (1937-1946) olmuşdur. Bu nikahın bağlanmasından sonra Virciniya qrafinya titulunu daşımışdı. 1948-ci ildə isə o, Florian Martiniyə ərə gedir. Virciniya həyatının sonuna qədər onunla birlikdə Santa-Barbarada ömür sürmüşdür. O, 14 noyabr 1996-cı ildə elə həmin şəhərdə 88 yaşında vəfat etmişdir.

Virciniya Çerrill Hollivudun "Şöhrət xiyabanı"nda ulduza malikdir.

Filmoqrafiya

İlAzərbaycanca adıOrijinal adıRol
1928Hava sirkiing. The Air CircusEkstra
1931Böyük şəhərin işıqlarıing. City Lightskor qız
1931Nəsiling. The BratAncela
1931Heyranediciing. DeliciousDayana Van Berq
1931Qızlar diqqət istəyiring. Girls Demand ExcitementCoan Medison
1933Təəssüfing. The Nuisancemiss Rezerford
1933Çarli Çanın böyük hadisəsiing. Charlie Chan's Greatest CaseBarbara Uinterslip
1933Zirək işçiləring. Fast WorkersVirciniya
1933O bunu götürə bilməzing. He Couldn't Take It
1933Xanımlar sevməlidiring. Ladies Must LoveBillin məşuqəsi
1934Pul dəlisiing. Money MadLinda
1934Bəyaz qızdırmaing. White Heat
1935Xüsusi gecikməing. Late ExtraCanet Qrem
1936Təhlükəli sularing. Troubled WatersCyun Elkhart
1983Naməlum Çaplining. Unknown Chaplinözü

İstinadlar

  1. "Legendary Cary Grant - Wives". 2016-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-10.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.