Vinsent Bueno
Vinsent Bueno (alm. Vincent Bueno; 10 dekabr 1985, Vyana) — Avstriyada anadan olmuş Filippin əsilli Avstriya müğənnisidir.
Vinsent Bueno | |
---|---|
alm. Vincent Bueno | |
Ümumi məlumatlar | |
Doğum adı | Vinsent Mendosa Bueno |
Doğum tarixi | |
Doğum yeri | Vyana, Avstriya |
Vətəndaşlığı |
Avstriya Filippin |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 2008–h.h. |
Janr | |
Musiqi alətləri | vokal, fortepiano, gitara, zərb alətləri, bas gitara |
Səs tembri | tenor |
Albom şirkəti | Star Records |
vincent-bueno.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bueno 12 yanvar 2008-ci ildə Avstriyanın ORF telekanalının Musical! Die Show musiqi yarışmasının qalibi olmuşdur.[1]
Filippinli müğənni Sara Ceronimonun Vyanadakı konsertində dəstək vokalçı rolunu oynamışdır. 18 yanvar 2008-ci ildə Bueno Filippin mediasına verdiyi müsahibədə Filippində debüt etmək planları barədə məlumat vermişdir. Daha sonra Filippin televiziyasında ilk çıxışını 29 avqust 2010-cu ildə ASAP XV-də etdi. O Filippində musiqi karyerasını davam etdirmək üçün ABS-CBN Əyləncə Qrupu Şirkəti olan Star Records albom şirkəti ilə müqavilə imzaladı.
Vinsent Bueno Niderlandın Rotterdam şəhərində keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində Avstriyanı "Alive" mahnısı ilə təmsil edəcək.[2]
Karyerası
Təhsili
Bueno 4 yaşında rəqs etməyə başlamış, daha sonra Vyana Musiqi Konservatoriyasında musiqi və ifaçılıq sənətini bitirmişdir. Bueno eyni zamanda R&B musiqisinin bəstəkarıdır, aktyorluq, rəqs və mahnı oxumaq üçün xüsusi kurslar keçmişdir. 11 yaşında ikən fortepiano, gitara, zərb alətləri və bas gitarada ifa etməyi bacarırdı. Atası keçmiş vokalist və 1970 adlı yerli qrupun aparıcı gitara ifaçısı idi.
Musiqi karyerasının başlanğıcı
Avstriyanın ORF telekanalının Musical! Die Show musiqili yarışmasına qatılan Vinsent nəticədə 10 iştirakçı arasında Eva Klikoviç və Qudrun İhninqeri məğlub edərək, 50.000 avro və eyni zamanda Bir Ömür Şansı mükafatını qazanmışdır. Vinsent Avstriyada və yaxın ölkələrdə xalq səsverməsinin 67%-ni əldə etmişdir. İkinci yerin sahibi avstriyalı Eva Klikoviç xalq səsverməsinin 37%-ni qazana bilmişdir. Televiziya şousu iştirakçıların teatr və rəqs bacarıqlarını və ya qabiliyyətlərini nəzərə alaraq reallığa əsaslanan istedad yarışmasıdır. Musical! Die Show məharət yarışması Starmania və ya American Idol kimi adi bir musiqi yarışması deyildi. Yarışma iştirakçıların musiqi və aktyorluq qabiliyyətlərini əhatə edirdi.
Filippinə yol
Vinsentin Filippin televiziyasının ASAP XV-də ilk çıxışı 29 avqust 2010-cu ildə baş tutmuşdur. Televiziya şousunda Bueno ilk dəfə "Pinoy Champ Avstriya müğənnisi" kimi tanıdılmışdır. Bunun ardınca ifaçı Star Records albom şirkəti ilə müqavilə imzalamışdır. Yarım qalan işlərini tamamlamaq üçün Avstriyaya geri dönən Vinsent musiqi karyerasını davam etdirmək üçün 2011-ci ilin yanvar ayında Filippinə qayıtmışdır.
28 oktyabr 2011-ci ildə Vinsent San Xuanda yerləşən Teatrino məkanında "Vincent Bueno ilə Cümə günü" adlı ilk mini-konsertini həyata keçirmişdir.
Avroviziya Mahnı Müsabiqəsi
12 dekabr 2019-cu il tarixində Avstriyanın ORF telekanalı Vinsent Buenonun "Alive" mahnısı ilə AvstriyanıNiderlandın Rotterdam şəhərində keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır.[2]
Şəxsi həyatı
Vinsent alman dili ilə yanaşı ingilis və taqaloq dillərində də sərbəst danışa bilir.
Diskoqrafiya
Albomlar
Albom adı | İl |
---|---|
Step by Step | 2008 |
Invincible | 2018 |
Sinqllar
Mahnı adı | İl |
---|---|
"Sex Appeal" | 2009 |
"Party Hard" | 2011 |
"All We Need Is That Love" | 2016 |
"Bida Best Sa Tag-Araw" (Anjelina Kinto ilə duet) | |
İstinadlar
- "www.pep.ph/guide, Filipino singer Vincent-Bueno sweeps Europe off its feet in Musical!". 2008-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-12.
- "Austria picks Vincent Bueno for Rotterdam 2020". Eurovision.tv. 12 dekabr 2019. 2019-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2019.
Əvvəlki: Paenda "Limits" |
Avstriya Avroviziya Mahnı Müsabiqəsində 2020 |
Sonrakı: — |