Vilyam Vikri

Vilyam Vikri (ing. William Spencer Vickrey) (21 iyun 1914 - 11 oktyabr 1996) — Kanadada anadan olmuş, ABŞ-də vəfat etmiş iqtisadçı. 1996-cı ildə Ceyms Mirrlislə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[2]

Vilyam Vikri
ing. William Spencer Vickrey
Doğum tarixi
Doğum yeri Viktoriya, Britaniya Kolumbiyası Kanada Kanada
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri Nyu York ABŞ ABŞ
Vəfat səbəbi ürək çatışmazlığı
Milliyyəti Kanada Kanada
Elm sahəsi iqtisadiyyat
İş yeri Kolumbiya Universiteti
Təhsili
Elmi rəhbəri Robert Murrey Heyq
Tanınır Mənəvi zərər, Ekvivalent gəlir teoremi, Gözləmə təzminatı
Üzvlüyü
Mükafatları Nobel mükafatı 1996 İqtisadiyyat üzrə Nobel mükafatı

Vilyam Vikri Kanadanın Britaniya Kolumbiyası əyalətinin Viktoriya şəhərində anadan olub. Vilyam Vikri 1935-ci ildə Yel Universitetinin riyaziyyat bölməsindən məzun olmuşdur. Sonra Kolumbiya Universitetində 1937-ci ildə magistr, 1948-ci ildə doktorluq dərəcəsinə yüksəlmişdi. Vilyam Vikri 1951-ci ildə Sesilya Tomson ilə evlənir. Vilyam Vikri 11 oktyabr 1996-cı ildə ABŞ-nin Nyu York şəhərində ürək çatışmazlığından öldü.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.