Vilyam Ruto

Vilyam Ruto (21 dekabr 1966[1], Kamaqut[d], Keniya[1]) — Keniya siyasətçisi, fəalı, 2022-ci ildən Keniya Prezidenti. O, Birləşmiş Demokratik Alyans Partiyasının təsisçisidir.

Vilyam Ruto
ing. William Ruto
Keniyanın vitse-prezidenti[d]
9 aprel 2013 13 sentyabr 2022
Keniyanın daxili işlər naziri[d]
30 avqust 2002 dekabr 2002
Keniyanın kənd təsərrüfatı naziri[d]
17 aprel 2008 21 aprel 2010
Keniyanın təhsil üzrə dövlət katibi[d]
21 aprel 2010 19 oktyabr 2010
Keniya Prezidenti[d]
Vəzifədədir
13 sentyabr 2022-ciildən
Şəxsi məlumatlar
Doğum adı William Kipchirchir Samoei Arap Ruto
Doğum tarixi 21 dekabr 1966(1966-12-21)[1] (57 yaş)
Doğum yeri
Fəaliyyəti siyasətçi, iş adamı
Uşağı 6
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Vilyam Ruto 21 dekabr 1966-cı ildə Keniyanın Kamaqut kəndində anadan olmuşdur. O, yerli ibtidai məktəbi bitirmişdir. Ruto 1980-ci illərin əvvəllərində Nayrobi Universitetində biologiya ixtisası üzrə təhsil almış və aktivizm işləri ilə məşğul olmuşdur.

Vilyam Ruto 1992-ci il seçkilərində Daniel Arap Moinin yenidən seçilməsi üçün kampaniya aparmış, daha sonra Keniya Parlamentinin bəzi üzvlərinin köməkçisi kimi çalışmışdır. O, 1997-ci ildə ilk dəfə Keniya Parlamentinə seçilmişdir. Ruto 2007-ci il prezident seçkilərində Narıncı Hərəkat adından iştirak etməyi planlaşdırırdı. O, partiya praymerizində 368 səslə üçüncü yeri tutmuşdur. Ruto 2012-ci ildən Keniya hökumətində nazir vəzifələrində çalışmışdır.

Vilyam Ruto 2013-cü ilin avqust və oktyabr aylarında, həmçinin 2018-ci ildə vitse-prezident seçilmmişdir.

Vilyam Ruto 2018-ci ildə "İnsan fəaliyyətlərinin sahil ekosistemlərində torpaqdan istifadə və ətraf mühitin keyfiyyətinin dəyişikliyinə təsiri: Qərbi Keniyada Sayva bataqlığının su hövzəsi nümunəsi" adlı dissertasiyasına görə bitki ekologiyası üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Vilyam Ruto 2022-ci il seçkilərində Keniya Prezidenti seçilmişdir.[2]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.