Vilyam Linkoln
Vilyam Volles "Villi" Linkoln (ing. William Wallace Lincoln) — Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Avraam Linkolnun oğlu. 1850-ci ilin 12 dekabrında İllinoys ştatının Sprinqfild şəhərində anadan olmuşdur. O, Sprinqfilddə xanım Corcoranın şəxsi məktəbində 2 il təhsil almışdır. Villinin elmə çox böyük marağı vardı, dəqiq elmləri, əsas da riyaziyyatı gözəl bilirdi. 1859-cu ildə Villi vəkil işləyən atası Avraam Linkolnun işləri səbəbi ilə bir müddətlik Çikaqoya getmişdir. Buradan yaxın dostu olan Henri Remanna məktub yazdığı məlumdur. Məktubda əsasən öz səfər düşüncələri yer alır.
Bu şəhər çox gözəl yerdir. Mən və atam rahat bir mənzildə qalırıq. Bizim otaqda hər şeydən iki ədəddir. Biri atam üçün, digəri isə mənim üçün. Bizim iki səhəngimiz var. Böyük səhəng atamın, kiçiyi isə mənimkidir. Eyni zamanda hərənin öz dəsmalı var. Artıq iki teatra getmişik. |
Vilyam Linkoln | |
---|---|
ing. William Wallace Lincoln | |
Doğum tarixi | |
Doğum yeri | Sprinqfild, İllinoys, ABŞ |
Vəfat tarixi | (11 yaşında) |
Vəfat yeri | Vaşinqton, ABŞ |
Vəfat səbəbi | Ağciyər iltihabı |
Dəfn yeri | Sprinqfild, İllinoys, ABŞ |
Atası | Avraam Linkoln |
Anası | Meri Todd Linkoln |
Vikianbarda əlaqəli mediafayllar |
Vilyam Linkoln 1861-ci ildə atası, Avraam Linkolnun prezident seçilməsindən sonra Ağ evdə yaşamışdır. 1861-ci ildə Ağ evdə Villinin ad günü mərasimi kecirildi. Bu zaman onun 11 yaşı tamam olurdu. İki aydan sonra Villi xəstələndi. Həkimlərin səylərinə baxmayaraq, onun durumu gündən-günə ağırlaşırdı. 1862-ci il 20 fevral, saat 5:00-da Villi vəfat etdi.
Ölümü atasına pis təsir etmiş və həmin zaman ABŞ Vətəndaş müharibəsi davam etdiyindən, ölüm xəbəri bir müddət Avraam Linkolna bildirilməmişdir. Vilyam Linkolnunun ölümünə əsas səbəb kimi qarın yatalağı və ya ağciyər iltihabı xəstəlikləri göstərilirdi.
Villi ilə vida mərasimi Ağ evin Yaşıl otağında keçirildi. 24 fevralda o, dəfn olundu. Villinin məzarı bir neçə dəfə yer dəyişmişdir. Əvvəlcə paytaxt Vaşinqtonda olan Oak Hilldə dəfn edildi. 1865-ci ilin 15 aprelində atası Avraam Linkoln Con Uilks But tərəfində qətlə yetirildikdən sonra, məzarı atasının yanına Sprinqfilddə gətirildi. 1871-ci ilin 19 sentyabrında Avraam Linkoln, Vilyam Linkoln və Eddi Linkolnun məzarları əsas qəbirə köçürüldü.
Xarici keçidlər
- Vilyam Linkolnun şəkilləri Arxivləşdirilib 2008-08-28 at the Wayback Machine
- Vilyam Linkolnun həyatı haqqında (ingiliscə) Arxivləşdirilib 2011-07-18 at the Wayback Machine