Vilyam Le Bon Cenni
Vilyam Le Bon Cenni (25 sentyabr 1832[1][2][…] – 14 iyun 1907[1], Los-Anceles, Kaliforniya) — amerikalı memar, ABŞ-də "göydələnlərin atası" adlandırılır
Vilyam Le Bon Cenni | |
---|---|
ing. William Le Baron Jenney | |
Doğum tarixi | 25 sentyabr 1832[1][2][…] |
Vəfat tarixi | 14 iyun 1907[1] (74 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | memar, mühəndis |
Fəaliyyət illəri | 1867–1907 |
Vikianbarda əlaqəli mediafayllar |
Vilyam Le Bon Cenni 1832-ci ildə Massaçusets-də doğulmuşdur. 1850-ci ildə Harvard Universitetinə daxil olan Cenni, memarlıq təhsili almaq üçün Fransaya gedir. 1856-ci ildə təhsili bitirərək doğma yurdu ABŞ-yə qayıdır.
ABŞ-də 1870-ci ildən etibarən binalar yüksəlməyə başlamışdı ancaq daha yüksəyinə edə bilmək üçün memarlıq qabiliyyətin yanında texniki infrastruktur da lazım idi. Əvvəlcə binanın ağırlığını daşıyan və metal skeletə ehtiyac vardı və də təbii ki, liftə. Bu iki ehtiyacın qarşılanmasının dərhal ardından 1985-ci ildə Çikaqoda Home Insurance Buildingin inşası tamamlandı. Bina 10 mərtəbəli və 42 metr yüksəkliyə sahib idi. Bu binanın memarı olan Vilyam Le Bon Cenni "göydələnlərin atası" olaraq tarixə daxil oldu.
Hekayəyə görə, Cenni bir gün evinə getdiyində, həyat yoldaşı onu qarşılamaq üçün əlindəki qalın kitabı quş qəfəsinin üzərinə qoyur. Quş qəfəsinin üzərindəki kitabı əlinə alan və təkrar qəfəsin üzərinə qoyan, sonra yenidən alan və təkrar buraxan Cenni buradan aldığı ilham ilə Home Insurance Building-i hazırlayır.
İstinadlar
- RKDartists (nid.).
- William Le Baron Jenney // Encyclopædia Britannica (ing.).