Vilyam Hört

Vilyam Hört (ing. William Hurt; 20 mart 1950[1][2][…], Vaşinqton[3]13 mart 2022[4][5][…], Portlend) — ABŞ-lı aktyor.

Vilyam Hört
ing. William Hurt
Vilyam Hört 2005-ci ildə
Vilyam Hört 2005-ci ildə
Doğum adı Vilyam Makkors Hört
Doğum tarixi 20 mart 1950(1950-03-20)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 13 mart 2022(2022-03-13)[4][5][…] (71 yaşında)
Vəfat yeri
Vəfat səbəbi prostat xərçəngi[6]
Milliyyəti ABŞ ABŞ
Vətəndaşlığı
Həyat yoldaşı
  • Meri Bet Hört (ing. Mary Beth Hurt) (1971-1982; boş.)
  • Heydi Henderson (ing. Heidi Henderson) (1989-1992; boş.)
Uşağı 4
Fəaliyyəti kino aktyoru, səsləndirmə aktyoru[d], teatr aktyoru, televiziya aktyoru, film prodüseri, aktyor
Fəaliyyət illəri 1977–2022
Təhsili
Mükafatları Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı
IMDb ID0000458
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Altı yaşına qədər atasının təyin edildiyi Quam adalarında yaşayan Uliyam Hört ana-atasının boşanmasıyla birlikdə atasını ziyarət üçün SudanSomali kimi yerləri çox kiçik yaşda gəzmə fürsəti tapdı. Bir yaşında olanda anasının III Henri Lüs ilə evlənməsi ilə birlikdə səyyah həyatı birdən-birə dəyişən aktyor, ögey atasının istəyi ilə qatı bir teologiya təhsili görməyə başladı.

Culyardda Con Hausman nəzarəti ilə drama təhsili alan Hörtün intizam problemi olduğu üçün məzun olmadan məktəbdən ayrıldı. Şansını Oreqonda sınamağa qərar verən aktyor Yucin O'Nilin Gecəyə uzun günlərin səyahəti adlı səhnəciyi ilə birlikdə ilk səhnə təcrübəsini yaşadı. Bir müddət Aşlend Şekspir Festivalında işləyən Hört 1976-cı ildə buradan Nyu-Yorka keçərək Çevrə Repertuar Birliyində də aktyor olaraq işləməyə başladı.

1976–77 mövsümü içərisində səhnələnən Mənim həyatım adlı səhnəcikdəki performansıyla Obie mükafatının sahibi olan aktyor 1980-ci ildə kamera qarşısına keçdi. Dəyişdirilimiş dövlətlər adlı filmdə canlandırdığı öz üstündə təhlükəli təcrübələr aparan alim rolu ilə müsbət rəy aldı. Sonrakı il Lourens Kezdanın Bədən istliyi adlı neonuar erotik triller hiyləgər bir qadınla xəstəlikli bir əlaqədə olan bir hakimi canlandırdı. 1983-cü ildə Kezdan ilə ikinci dəfə bir yerə gələn Böyük xəyal qırıqlığı adlı faciəvi komediya janrındakı filmdə intihar edən dostunun yası ilə əlaqədar lisey dostlarıyla təkrar bir yerə gələn narkoman bir Vyetnam əsgərini canlandırdı.

1985-ci ildə rol aldığı Ektor Babenkonun Hörümçək qadının öpüşü adlı filmdə canlandırdığı Latın Amerika həbsxanasında məhkum olan homoseksual vitrin dizayneri rolu ilə Ən yaxşı kişi roluna görə Oskar mükafatının sahibi oldu. Karyerası ərzində çox fərqli rolları təsir edici və də real bir üslubla canlandıran aktyor 1986-cı ilin filmi Kiçik tanrının övladlarındakı müəllim və 1987-ci ilin filmi Televiziya xəbərlərindəki televiziya aparıcısı rolu ilə iki dəfə daha Oskara namizəd göstərildi.

Ən az sinema qədər teatr sahəsində də bir ad olan Vilyam Hört bu günə qədər yetmişin üzərində oyunda rol aldı. Bunlardan Devid Rabenin Hurlyburly adlı səhnəciyi aktyora Toni mükafatı namizədliyi gətirdi.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.