Vilyam Dampir
Vilyam Dampir — ingilis dəniz səyyahı, pirat.[1]
Vilyam Dampir | |
---|---|
William Dampier | |
| |
Doğum tarixi | |
Doğum yeri | İstKoker, Somerset qraflığı, İngiltərə |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | London |
Vətəndaşlığı | İngiltərə |
Milliyyəti | İngilis |
Fəaliyyəti | dənizçi[d], təbiətşünas, tədqiqatçı-səyyah[d], botanik |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Üç dəfə dünya səyahətinə çıxmışdır. Bir neçə il Tortyu adasında (VestHinddə) qalmış, Amerika sahillərindəki İspan şəhərlərinin və yaşayış yerlərinin qarətində iştirak etmişdi. 1678–91-ci illərdə Sakit okeanda, Cənubi Amerikanın qərb sahillərində piratçılıqla məşgul olmuşdur. 1691-ci ildə İngiltərəyə qayıtmış, 1697-ci ildə “Yeni dünya səyahəti” kitabını çap etdirmişdir.1699-cu ildə “Robak” gəmisində İngiltərədən çıxmış, Ümid burnundan keçərək,1699-cu ildə Avstraliyanın şimal qərb sahillərinə çatmış və şimala doğru hərəkət edərək özünün adlandırdığı Şark körfəzini, adalar qrupunu tədqiq etmişdir.[1]
Fəaliyyəti
1703–07-ci illərdə dəniz quldurluğu ilə məşğul olmuşdur. 1704-cü ildə Dampir öz matrosu A. Selkirki kimsəsiz adaya düşürmüşdür; sonralar Daniel Defo bu matrosun timsalında Robinzon Kruzo obrazını yaratmışdır. 1707-ci ildə “Yeni Hollandiyaya səyahət” kitabını nəşr etdirmişdir. 1708–11-ci illərdə V. Rocersin gəmisində Dampir şturman vəzifəsində dünya səyahətinə çıxır; Sakit okeanın cənublarının xəritəsini tərtib edir, Dünya okeanının müxtəlif məntəqələrində maqnit meylinin qiymətləri barədə məlumatlar toplayır, dəniz sularının duzluluğunu, hakim axınlar və küləklər arasındakı əlaqələri, Avstraliya, Yeni Qvineya və sairə adaların fauna və florasını öyrənir. Avstraliyanın şimal-qərbində ya, Sakit okeanın cənub qərbində və Malayya arxipelaqında bir neçə ada və körfəz Dampirin şərəfinə adlandırılmışdır.[1]
Təltifləri
Aşağıdakı coğrafi yerlər / xüsusiyyətlər Vilyam Dampirin şərəfinə adlandırılıb:
- Dampir, şəhər və Qərbi Avstraliyanın əsas limanı;
- Dampir arxipelaqı, Qərbi Avstraliya;
- Dampir qraflığı, Yeni Cənubi Uelsin kadastr bölgüsü;
- Dampir adası, Qərbi Avstraliyada Dapmir arxipelaqında yerləşən ada, 1960-cı ildə yenidən Burrup yarımadası adlandırıldı.
- Dampier ərazi bölgüsü, Qərbi Avstraliya-kadastr bölgüsü;
- Dampir yarımadası, Qərbi Avstraliya
- Dampir dağ silsiləsi, Zellandiyada sualtı qitə hissəsi
- Dampir zirvəsi, Yeni Zellandiyanın üçüncü ən yüksək zirvəsi[2]
- Dampir yolu, İngiltərə, Bristol
Kitabları
- Dünya ətrafında yeni səyahət (1697)
- Səyahətlər və təsvirləri (1699)
- Yeni Hollandiyaya səyahət (1703)
- Dünya ətrafında səyahətlərə yeni əlavələr (1705)
- Küləklərin səsi (1705)
- Kampiçi səyahətləri (1705)
- Yeni Hollandiyaya səyahətin davamı (1709)
İstinadlar
- Dampir// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 279-280.
- "Arxivlənmiş surət". 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-15.