Vilyam Şarp
Vilyam Şarp (ing. William Forsyth Sharpe) (d. 16 iyun 1934) — amerikalı iqtisadçı. Harri Markovits və Merton Millerlə birlikdə 1990-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Maliyyə varlığının qiymətləndirmə modelini (ing. Capital Asset Pricing Model) meydana gətirənlərdən biridir. Riskə görə tənzimlənmiş investisiyaların qabiliyyətinin analizi üçün Şarp nisbətini meydana gətirmiş və seçim dəyərləndirilməsində istifadə olunan iki terminli seçim metodunun təkmilləşdirilməsində xidməti olmuşdur.
Vilyam Şarp | |
---|---|
ing. William Forsyth Sharpe | |
Doğum tarixi | |
Doğum yeri | Boston, Massaçusets ABŞ |
Milliyyəti | ABŞ |
Elm sahəsi | iqtisadiyyat |
İş yerləri | Vilyam Şarp Assosasiyası, Stanford Universiteti, Kaliforniya Universiteti İrvin, Vaşinqton Universiteti, RAND Kooperasiyası |
Təhsili | |
Elmi rəhbərləri | Armen Alçiyan, Harri Markovits (qeyri-rəsmi) |
Tanınmış yetirməsi | Hovard Sosin |
Tanınır | Maliyyə varlığı qiymətləndirmə modeli, Şarp nisbəti |
Mükafatları | 1990 İqtisadiyyat üzrə Nobel mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Vilyam Şarp 16 iyun 1934-cü ildə Boston şəhərində anadan olub.[1] 1951-ci ildə Berkli Kaliforniya Universitetinin tibb fakültəsinə qəbul olunsa da, təhsilinin ilk ilində fikrini dəyişdirərək Los Anceles Kaliforniya Universitetinə keçdi. Mühasibata qarşı marağı olmayan Vilyam Şarp iqtisadiyyat üzrə təhsil almağı qərarlaşdırdı. Universitetdə təhsil alarkən iki professordan təsirləndi: Armen Alçiyan və maliyyə professoru J.Fred Ueston.
Vilyam Şarp məzun olduqdan sonra 1956-cı ildə RAND Kooperasiyasında işləməyə başladı. Eyni zamanda Los Anceles Kaliforniya Universitetində Armen Alçiyanın elmi rəhbərliyində doktorluq dissertasiyasını müdafiə etmək üçün hazırlaşmağa başladı. Vilyam Şarp 1961-ci ildə Təhlükəsizlik bazarı xətti (ing. Security Market Line) növlərindən biri olan qiymətli kağızların tək faktorlu modeli nəzəriyyəsi ilə doktorluq dərəcəsinə yüksəldi.
Əsərləri
Məqalələri
Kitabları
- 1970 - Vilyam Şarp. Portfel nəzəriyyəsi və kapital bazarı. (2000 təkrar çap) ISBN 0-07-135320-8.
- 1987 - Aktiv ayrılma alətləri. Elmi nəşriyyat.
- 1999 - İnvestisiya. (Qordon J. Aleksandr və Cefri Beyli ilə birlikdə). ISBN 0-13-010130-3.
- 2000 - İnvestisiyaların əsasları. (Qordon J. Aleksandr və Cefri Beyli ilə birlikdə). ISBN 0-13-292617-2.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- William F. Sharpe, "Autobiography" Arxivləşdirilib 2013-06-10 at the Wayback Machine, in The Nobel Prizes 1990, Editor Tore Frängsmyr, Nobel Foundation, Stockholm, 1991