Vilurentlik

Vilurentlik- Viruslar üçün «virulentlik» termini əvəzinə «infeksionluq» termini işlədilir. Müəyyən növ mikroorqanizmin bütün ştammlarını virulentliyinə görə yüksək, zəif və avirulent ştammlara ayırmaq olar. Bir qayda olaraq yüksək virulentli ştammlar zəif virulentli ştammlara nisbətən daha ağır gedişli xəstəliklər törədirlər. Beləliklə, mikroorqanizmlərin patogenliyi sabit əlamət olsa da, onların virulentliyi nəzərə çarpacaq dərəcədə dəyişilə bilər.

Bu məqalə Vilurent məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

Mikroorqanizmlərin növləri

Xəstəlik törətmə qabiliyyətindən asılı olaraq bütün mikroorqanizmləri saprofit, patogen və şərti-patogen olmaqla üç qrupa bölmək olar.

Patogen mikroorqanizmlər

Patogen mikroorqanizmlər (latınca, pathos - əzab, iztirab, genos – mənşə) isə həssas makroorqanizmə daxil olaraq infeksion xəstəlik törədirlər. Patogen mikroorqanizmlərin müəyyən müddət orqanizmdən kənarda mövcud ola bilmək qabiliyyətinə baxmayaraq, makroorqanizmdə yaşaması onların bioloji növ kimi saxlanılması üçün vacibdir. Qeyd edildiyi kimi, infeksion prosesin baş verməsi üçün ən vacib şərtlərdən biri patogen mikroorqanizmin olmasıdır. Bunlar xəstəlik törədə bilməyən digər mikroorqanizmlərdən patogenliyinə görə fərqlənirlər. Mikroorqanizmin patoloji proses, yaxud xəstəlik törətmə qabiliyyətinə patogenlik deyilir. Patogenlik hər bir mikroorqanizm növünün genetik əlamətidir və əksər patogenlər üçün spesifik xarakter daşıyır, başqa sözlə, hər bir patogen mikroorqanizm özünəməxsus xəstəlik törədir. Patogen mikroorqanizmlərin eyni bir növü daxilində patogenlik xüsusiyyəti müəyyən qədər fərqlənə bilər. Patogenliyin dərəcəsi virulentliklə (latınca, virulentus - zəhərli) ifadə edilir.

Virulentliyin dəyişilməsi

Virulentliyin dəyişilməsi - zəifləməsi, eləcə də güclənməsi fenotipİK və genotipik xarakterli ola bilər. Virulentliyin fenotipik olaraq dəyişilməsinə səbəb olan amil aradan qalxdıqdan sonra o, əvvəlki səviyyəsinədək bərpa olunur. Virulentliyin dəyişilməsi genotipik xarakterli olduqda isə o, nəsildən nəslə ötürülür. Mikroorqanizmlərin əlverişsiz şəraitdə inkişafı, süni qidalı mühitlərdə uzun müddətli kultivasiya, yaxud zəif həssaslıqlı heyvan orqanizminə pasaj edilməsi, eləcə də onlara müxtəlif fiziki və kimyəvi amillərin təsiri virulentliyin zəifləməsinə səbəb ola bilər. Bu amillərin uzun müddətli təsiri virulentliyin stabil zəifləməsi - attenuasiya ilə nəticələnə bilər ki, bu prinsipdən vaksinlərin hazırlanmasında istifadə edilir. Məsələn, fransız alimləri Kalmet və Geren vərəm törədicilərini uzun müddət - 13 il ödlü qidalı mühitdə kultivasiya etməklə onların virulentliyinin Kifayət qədər zəifləməsinə nail olmuşlar. Bu yolla alınmış ştammlardan (BCG vaksini) hazırda vərəmin spesifik profilaktikasında istifadə edilir. Mikroorqanizmləri həssas heyvanların orqanizminə pasaj etməklə onların virulentliyini gücləndirmək mümkündür. Güman etmək olar ki, bu halda mikroorqanizmlərin populyasiyasında virulentli fərdlərin seleksiyası baş verir.

Vilurentlik təcrübədə

Laboratoriya şəraitində mikroorqanizmlərin virulentliyi adətən laborator heyvanlar, xüsusən ağ siçanlar üzərində qiymətləndirilir. Bunun üçün letal və infeksion dozalar təyin edilir.

Letal doza

Letal doza - müəyyən müddət ərzində təcrübə heyvanlarının müəyyən hissəsinin ölümünə səbəb olan canlı mikroorqanizmin və ya toksinin ən az miqdarıdır. Tədqiqatın məqsədindən asılı olaraq mütləq, minimal və orta ölüm dozalan təyin edilir.

Mütləq ölüm dozası

Mütləq ölüm dozası (DCL - dosis certa letalis) - təcrübə heyvanlarının 100%-də ölüm törədən miKroorqanizmin və ya toksinin ən az miqdarına deyilir.

Minimal ölüm dozası

Minimal ölüm dozası (DLM - dosis letalis minima) - təcrübə heyvanlarının əksəriyyətinin - təqribən 90%-nin ölümünə səbəb olan mikroorqanizmin və ya toksinin ən az miqdarıdır.

Orta ölüm dozası

Orta ölüm dozası (LD50) - təcrübə heyvanların təqribən yarısının - 50%-nin Ölümünə səbəb olan mikroorqanizmin və ya toksinin dozasıdır. Virulentliyin qiymətləndirilməsi üçün bu dozadan daha çox istifadə edilir.

İnfeksion doza

İnfeksion doza - yoluxdurulmuş təcrübə heyvanlarının müəyyən hissəsində infeksion xəstəlik törədə bilən mikroorqanizmlərin minimal miqdarıdır. Mütləq və orta infeksion dozalardan daha çox istifadə edilir.

Mütləq infeksion doza

Mütləq infeksion doza (İD100) - yoluxdurulmuş təcrübə heyvanlarının 100%-də infeksion xəstəlik törədə bilən mikroorqanizmlərin minimal miqdarıdır.

Orta infeksion doza

Orta infeksion doza (İD50) - yoluxdurulmuş təcrübə heyvanlarının təqribən yarısında - 50%-də infeksion xəstəlik törədə bilən mikroorqanizmlərin miqdarıdır.

Mənbə

  • Z.Ö.Qarayev , A.İ.Qurbanov , “Tibbi mikrobiologiya və immunologiya” – “Təbib” nəşriyyatı , Bakı-2010
  • Z.Ö.Qarayev , Ramin Bayramlı , “ Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya təcrübə məşğələlərinə rəhbərlik” – “Təbib” nəşriyyatı, Bakı- 2011 , 756 səh.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.