Vilhelm Tomsen
Vilhelm Lüdviq Peter Tomsen (dan. Vilhelm Ludwig Peter Thomsen; 25 yanvar 1842, Kopenhagen — 12 may 1927, Kopenhagen) — Danimarka dilçisi və tarixçisi, professor, Rusiya Elmlər Akademiyasının xarici müxbir üzvü (1894-cü ildən), Danimarka Kral Elmi Cəmiyyətinin prezidenti (1909-1927). Hind-Avropa dilləri, Baltik-Fin və Türk dillərinin tarixinə, etrusk dilinə, həmçinin dilçilik tarixinə və Avropa tarixinə dair əsərlərin müəllifidir.
Vilhelm Lüdviq Peter Tomsen | |
---|---|
dan. Vilhelm Ludwig Peter Thomsen | |
Doğum tarixi | 25 yanvar 1842[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 12 may 1927[3][4][…] (85 yaşında) |
Vəfat yeri |
|
Elm sahələri | dilçilik, tarix, türkologiya[5] |
İş yeri | |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Vilhelm Tomsen Kopenhagen Universitetini bitirmiş, burada doktorluq dərəcəsi almış və 1871-ci ildən 1913-cü ildə təqaüdə çıxana qədər müəllimlik etmişdir. Məşhur Danimarkalı dilçi Kristofer Nurop onun tələbələri arasında olmuşdur. Danimarka Kral Elmi Cəmiyyətinin prezidenti (1909), 1894-cü ildən Rusiya Elmlər Akademiyasının xarici müxbir üzvü seçilmişdir.
Elmi fəaliyyəti
25 noyabr 1893-cü ildə Türk mədəniyyəti tarixində mühüm hadisə baş verib. Danimarkalı alim Vilhelm Tomsen ilk dəfə qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıların oxuduğunu bildirib. İlk olaraq «Tanrı» və «türk» sözlərini oxumağa müvəffəq olan alim qədim türk yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə dəyərli töhfə verib.
1893-cü il dekabrın 15-də Danimarka alimi Vilhelm Tomsen Orhun çayı sahilində daşların üzərində yazılmış sirli yazıları deşifrələdi. Şifraçma prosesi “tenqri” sözündən başladı və məlum oldu ki, bu qəribə yazılar qədim türk dilindədir. Həmin gün özünü sivil adlandıran xalqların mədəniyyətsiz köçərilər hesab etdiyi türklərin, qədim yazı mədəniyyətinə malik olduğu meydana çıxdı. Bu hadisə, onlarla imperiya yaratmış və yüzlərlə meydan savaşında qalib gəlmiş türk etnosunun tarixində əlamətdar bir hadisə oldu. Mədəniyyətsiz köçərilər və birdən-birə əlifba.
İlkin tədqiqatçılar onların VIII əsrdən öncə yaradıldığını söyləyirdilər. Əlbəttə, V.Tomsen başda olmaqla, bütün Avropa alimlərini bircə şey maraqlandırırdı-görəsən bu “vəhşilər” yaratdıqları əlifbanı kimdən çirpışdırıb. Orxon və Yenisey abidələrindəki mətnləri yazan və onların yazıldığı əlifbanı yaradan Göytürklərin yaşadığı arealda yalnız çinlilərin və soqdiyalıların əlifbaları vardı. Çinlilər yazıda heroqliflərdən istifadə edibdi. Elə ilkin ehtimal da yazıları deşifrələmiş V.Tomsendən gəldi. O türk runlarının arami əlifbasının əsasında yaradıldığı barədə fərziyə irəli sürdü. Çünki, Assuriya dövrü arami əlifbasındakı “het”, “lamed” “phe”, “rseh”, “tav” və “şin” hərfləri ilə türk runalarındakı eyni səslərin yazılışı demək olar ki, identik idi. Amma, böyük alimi, ondan sonrakılar kimi, bir şey qorxudurdu-məsafə (Orhun sahilləri və Ön Asiya) və zaman (yeni eranın V-VIII əsri və e.ə VII əsr). Finikiya əlifbası əsasında, e.ə IX-VIII əsrlərdə formalaşan arami əlifbası dünyada mövcud olan əlifbalar içində ən qədimlərindən biridir.
Ön Asiyanın qədim xalqları-yahudilər, assuriyalılar, babillilər, bu əlifbadan istifadə edib. Uzun illər dünyanın böyük bir hissəsində dominantlıq etmiş Əhəməni və Parfiya imperiyaları da, bu əlifbadan istifadə ediblər. Sonrakı İran əlifbaları da, o cümlədən Avesta əlifbası arami əlifbasından törəyib. Ərəb əlifbası da həmçinin. Buna görə ilkin olaraq, türk runlarının arami əlifbasından törədiyini söyləyən V.Tomsen sonradan onun Parfiya əlifbası əsasında yarandığını iddia etdi. Amma, çox əsrlik zaman məsafəsi, bu fərziyyəni də şübhə altına alırdı. Buna görə böyük poleoqraf yeni fərziyə irəli sürdü-türk runaları, zaman və məsafə baxımından yaxın olan soqdi əlifbasından yaranıb. Baxmayaraq ki, soqdi əlifbasının bircə işarəsinin belə türk hərflərinə bənzəyişi yoxdur. Beləliklə, türk runik əlifbasını dünya və türklər üçün deşifrələyən Vilhelm Tomsen onun pəhləvi-soqdi əlifbasının əsasında yaranması nəzəriyyəsinin banisi oldu. Demək olar ki, bir əsrə yaxın bir müddətdə, dünynın heç bir aparıcı türkoloqu (V.Radlov, P.Melioranski, S.Malov, V.İstrin, C.Kloson, V.Lifşis və s.) bu nəzəriyyənin əleyhinə getmədi, yaxud getmək istəmədi. Elə bu gün də vəziyyət dəyişməyib.
Mənim bu yazıda məqsədim, runik əlifbanın tədqiqat tarixini incələmək deyil. Mən daha çox onun əhəmiyətini qeyd etmək istəyirəm. Çünki, bu əlifbanın oxunduğu gün türk etnosunun tarixinə baxış bucaqı dəyişdi. Birdən məlum oldu ki, Avropanın Paris, London, Berlin və s. kimi sivilizasiya mərkəzləri hesab olunan şəhərləri hələ mövcud olmayanda, onlarn sivilizasiyadan uzaq adlandıdıqları türklərin babalarının intelektual imkanları heç yanda analoqu olmayan əlifba ortaya qoyub. Bu əlifbanı yaranmasını şərtləndirən mədəni və mənəvi mühit olub. Birdən birə heç bir xaiq qəfilldən əlifba icad edib qayalar üstündə gözəl, təkmil və poetik bir dildə mətnlər yaza bilməz. Belə bir əlifbanın və onunla ifadə olunan dilin formalaşıb ərsəyə gəlməsi üçün yüz illər lazımdır. Bu əlifbanın nə üçün unudulması isə tamam ayrı bir mövzudur. Bəziləri bu əlifbanın unudulmasını islam amili ilə bağlayırlar.
Amma islamı qəbul etməyən və göytürklərin olduğu arealda yaşayan tuvalılar və altaylılarda da bu əlifbaya təsadüf olunmur. Məsələ heç də islamda deyil. İslam dinini tanrıçılığa yaxınlığını görən və onun böyük ideoloji gücünü hiss edən türk boylarının əksəriyyəti bu dini qəbul etdi və böyük islam mədəniyyətinə öz töhfələrini verdilər. Hətta İslam xilafətini kökündən laxladan tanrıçı Çingizxan orduları da yekunda İslamı qəbul etdi. Əsrlər boyu, ərəb əlifbası və İslam, böyük ərazilərə səpələnmiş türk xalqlarının mənəvi yaxınlaşmasımda aparıcı amil oldu. Amma gün gəldi və maraqlı bir olay baş verdi. Böyük Tanrı özü qədim əlifbalarını türklərin yadına saldı. Qəhrəman danların soyundan olan görkəmli türkoloq Vilhelm Tomsenin oxuya bildiyi ilk kəlmə “tengri” sözü oldu və bu kəlmə qalan mətnlər açar yolunu oynadı. Çünki, bütün kilidlərin açarı Tanrı özüdür. Bu açar, türklər üçün, gələcəyin və keçmişin qapılarının açılmasında mühüm rol oynadı. Uzun illər yabançı təbliğatın ağırlığı aıtında əskiklik kompleksi ilə yaşayan türk etnosunda, mənsub olduğu etnosun intelektual imkanlarına inam yarandı. Atatürk Türkiyəsini formalaşmasında və möhkəmləsində bu amilin rolu heç də az deyil. Qocalmış, yorğun Osmanlı ətaləti ilə yaşayan Türkiyə cəmiyyəti, çoxillik ətalətdən çixaraq, İslam dünyasının faktiki lider cəmiyyətinə çevrildi. Çünki, onlarda olan potensial enerji dərin təməllər üzərində dayanmışdı. Kökü dərində olan ağacı isə hər qasırğa yıxammaz. Yeni yaranmış türk cumhuriyyətləri də, çoxəsrlik yaddaşsızlıqdan azad olmağa başlayıblar. Bu prosesdə dərinə getdikcə, onlar vahid təmas nöqtələrində birləşirlər. Təmas nöqtəsi millətlərin və dövlətlərin bir mövqedən çixiş etməsi, ümumi məqsədlər naminə çalışması üçün mühüm amillərdən biridir. Belə təmas nöqtələrinin biri də, V.Tomsenin runik əlifbanı, türk əlifbasını deşifrələdiyi gündür.
Şəxsi həyatı
Vilhelm Tomsen tarixçi 5 may 1876-cı ildə Frederiksburqda tarixçi C.F. Allen (1811–71) və İda Mari Dorfun (1812-1910) qızı Karen Şarlotta Allen (22 avqust 1852 - 15 avqust 1934) ilə evlənmişdir.
Mükafatları və xatirəsi
- Danimarkanın ən yüksək rəsmi mükafatı Fil ordeni (1912)
- Tomsenin adı müasir Danimarka dilçiliyin digər üç ilk alimi ilə birlikdə Kopenhagenin mərkəzində ucaldılmış stellada əks olunub; Rasmus Rask, Niels Lüdviq Vesterqaard və Karl Verner.
- Tomsen 1909-cu ildən ölümünə qədər Danimarka Akademiyasının prezidenti olub, həmçinin Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü seçilib.
- Vilhelm Tomsen Caddesi Türkiyə Milli Kitabxanasının yerləşdiyi Türkiyənin Ankara şəhərində onun adını daşıyan küçədir.
Seçilmiş əsərləri
- The relations between ancient Russia and Scandinavia and the origin of the Russian state. Three lectures delivered at the Taylor Institution, Oxford, in May, 1876, in accordance with the terms of Lord Ilchester's bequest to the university
- On the influence of the Germanic languages on the Finnish-Lappish
- Der Ursprung des russischen Staates. Gotha: F. A. Perthes. 1879. Перевод: «Начало русского государства» (1891).
- Дешифровка орхонских и енисейских надписей. — Записки Восточного отделения Императорского русского археологического общества, т. VIII, 1894.
- Inscriptions de l’Orkhon, 1896.
- История языковедения до конца XIX века. М., 1938.
Həmçinin bax
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Vilhelm Ludwig Peter Thomsen // KNAW Past Members (ing.).
- Brozović D., Ladan T. Vilhelm Thomsen // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s. ISBN 978-953-6036-31-8
- The Fine Art Archive. 2003.
- Çex Milli Hakimiyyət Məlumat bazası.
Ədəbiyyat
- Brøndal, Viggo. 1927. "L'œuvre de Vilhelm Thomsen." Acta philologica scandinavica 2:289–318. København.
- Wickman, Bo. 1988. "The history of Uralic linguistics." In The Uralic Languages: Description, History and Foreign Influences, edited by Denis Sinor. Leiden: Brill.