Vilayət Vəliyev

Vilayət Məmməd oğlu Vəliyev – iqtisad elmləri doktoru (2007), professor (2013), əməkdar elm xadimi (2014).

Vilayət Vəliyev
Doğum tarixi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahələri informatika, neft-qaz yataqlarının işlənməsi və istismarı, enerji iqtisadiyyatı, ekonometrika
Elmi dərəcəsi iqtisad elmləri doktoru
Elmi adı Professor
İş yerləri Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı

Azərbaycan Texniki Universitetinin rektoru (2019-cu ildən).[1]

Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) regional inkişaf məsələləri üzrə Vitse prezidenti (2018–2020), Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) İqtisad elmləri üzrə ekspert şurasının sədri (2018-ci ildən).[2][3]

Həyatı

1978-ci ildə Sumqayıt şəhəri 49 saylı texniki-peşə məktəbini bitirir;

1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tətbiqi riyaziyyat fakültəsini bitirir;

1983–2009-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda (DNQYPİ) böyük laborant kimi işə başlayaraq, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, sektor müdiri və şöbə müdiri vəzifəsinə yüksəlir;

1985–1989-cu illərdə Azərbaycan Elmlər AKademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) aspiranturasında təhsil alır;

1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək, 05.15.06 (indiki 2525.01) — "Neft-qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsi alır;

1992-ci və 1994-cü illərdə Amerika Birləşmiş Ştatlarında UnocalPennzoil şirkətlərinin elmi mərkəzlərində birgə tədqiqatlar aparır;

1994-cü ildə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) üzvü, 2017-ci ildə İdarə Heyətinin üzvü, 2018-ci ildə regional inkişaf məsələləri üzrə Vitse prezidenti[2] seçilir;

1995–1999-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) doktoranturasında əyani təhsil alır;

1999-cu ildə ABŞ-nin Oklahoma Universitetində (Oklahoma ştatı, Norman şəhəri) "Tək məhsul ixracından asılı keçid iqtisadiyyatları" mövzusunda təhsil alır və birgə tədqiqatlar aparır;

2000–2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsində (fərqlənmə ilə) ikinci ali təhsil alır;

2003–2011-ci illərdə (2009-cu ildən sonra əvəzçiliklə) AMEA-nın Geologiya İnstitutunda (AMEA-nın DNQYPİ ilə Geologiya İnstitutu birləşdikdən sonra) "Neft-Qaz Problemlərinin İqtisadi Tədqiqi" şöbəsinin müdiri işləyir;

2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunda dissertasiya işini müdafiə edərək, 08.00.13 (indiki 5302.01) — "İqtisadiyyatın riyazi və instrumental üsulları" ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsi alır;

2013-cü ildə 5302.01 — "Ekonometriya, iqtisadi statistika" ixtisası üzrə professor elmi adını alır;

2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Əməkdar elm xadimi"[4] fəxri adına layiq görülür;

2001–2015-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən N(FD).02.016 Dissertasiya Şurasının üzvü və şuranın 08.00.13 (indiki 5302.01) — "İqtisadiyyatın riyazi və instrumental üsulları" ixtisası üzrə Seminarın sədri kimi fəaliyyət göstərir.

2009–2019-cu illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu nun direktoru vəzifəsində fəaliyyət göstərmişdir.[5][6]

90-cı illərin əvvəllərindən başlayaraq indiyədək ARDNŞ, BP, Unocal, Pennzoil və digər beynəlxalq neft şirkətlərinin regionda neft-qaz ehtiyatlarının axtarış-kəşfiyyatı, işlənilməsi, istifadəsi və nəqlinin müxtəlif məsələləri, o cümlədən texniki-iqtisadi və kommersiya qiymətləndirmələri, perspektiv inkişaf planları və proqnozları, informasiya bazalarının yaradılması və qərarların qəbulu mexanizm və modellərinin işlənilməsi üzrə çoxsaylı tədqiqat işləri və xidmət layihələri yerinə yetirir;

2000-ci ilin əvvəllərindən etibarən Dünya Bankı (DB, ing. World Bank), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, ing. European Bank for Reconstruction and Development, EBRD), Asiya İnkişaf Bankı (AİB, ing. Asian Development Bank), ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (abbr. USAİD), Avropa Birliyi (ing. European Union), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (ing. GIZ), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TIKA), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT, ing. Economic Cooperation Organization) və digər beynəlxalq maliyyə institutları, iqtisadi və regional təşkilatlarının dəstəyi ilə həyata keçirilən enerji və sosial-iqtisadi inkişaf problemlərinin həlii istiqamətində yerli və beynəlxalq layihələrin rəhbəri və məsul icraçısı qismində iştirak edərək enerji siyasəti və tənzimlənməsi, sosial-iqtisadi inkişafın modelləşdirilməsi, strateji planlaşdırılması və proqnozlaşdırılması, eləcə də universitet-sənaye işbirliyinin qurulması və innovativ inkişafın digər məsələləri üzrə onlarla layihə yerinə yetirir;

90-cı illərin əvvəllərindən başlayaraq özəl və dövlət universitetlərində müəllim kimi fəaliyyət göstərir, 2012-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında yarımştat professor vəzifəsində çalışır;

V. Vəliyev 112 elmi əsərin, o cümlədən 40-dan artıq xaricdə çap olunmuş əsərin, həmçinin 1 monoqrafiya və 1 dərsliyin müəllifidir. Onun elmi rəhbərliyi ilə 12 elmlər namizədi (fəlsəfə doktoru) hazırlanmışdır.

Rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var.

Elmi-tətbiqi və konsaltinq fəaliyyəti

V. Vəliyevin bilavasitə iştirakı və rəhbərliyi ilə elmi-tədqiqat işlərinin nəticələrinin kommersiyalaşdırılması üçün elmi-tətbiqi və konsaltinq xidmətləri üzrə müxtəlif layihələr yerinə yetirilmişdir:

Onlardan:

Dünya Bankı (DB, ing. World Bank):

  • Azərbaycan elektrik və təbii qaz sektorunun restrukturizasiyası və tənzimlənilməsi üzrə islahatlar (WB, 2000–2001), Milli koordinator və məsləhətçi.
  • Azərbaycanda mövcud Enerji və Qaz Şəbəkələrinin Qiymətləndirilməsi, (WB, 2002), Layihə rəhbəri və məsləhətçi.
  • Azərbaycan: Elektrik, təbii qaz və su təchizatı sektorunda tənzimləmə çərçivəsinin və İnstitusional potensialın inkişafı — Tarif Prinsipləri və Tənzimləmə Variantları (WB, 2002–2003), Layihə koordinatoru və məsləhətçi.
  • Azərbaycanın elektrik enerjisi və təbii qaz sektorunun restrukturizasiyası və tənzimlənilməsi üzrə islahatlar, Enerji tənzimlənməsi üzrə İqtisadi İnkişaf Nazirliyinə və digər Dövlət agentliklərinə texniki yardım (WB, 2002–2003), Məsləhətçi.
  • Avropa və Mərkəzi Asiyada Elektrik enerji sektorunda aparılan islahatların sosial və ətraf mühit təsirləri. Respublika səviyyəsində enerji sektorunun kvaz-fiskal defisiti üzrə təhlillərin yenilənməsi üçün zəruri məlumatların hazırlanması (WB, 2003), Layihə rəhbəri və məsləhətçi.
  • Böyük Bakının Su Təchizatı Sisteminin Özəlləşdirilməsi Layihəsi, (WB, 2003–2004), Layihə koordinatoru və məsləhətçi.

Asiya İnkişaf Bankı (AİB, ing. Asian Development Bank):

  • Enerji sektoru üçün yol xəritəsinin hazırlanması (ADB, 2006), Layihə rəhbəri və məsləhətçi.
  • Elektrik ötürmə şəbəkəsinin inkişafı üzrə kiçik miqyaslı texniki yardım (ADB, 2008), Layihə rəhbəri və məsləhətçi.
  • Elektrik paylayıcı şəbəkələrin inkişafı üzrə investisiya proqramı (ADB, 2009–2010, Azərbaycan), Böyük məsləhətçi.
  • Azərbaycanın Ümumi Tarazlıq Modelinin (CGE – AzMod) qurulması, (ADB və Dövlət Büdcəsi, 2012–2015), Layihə rəhbəri və məsləhətçi.
  • Bərpa olunan enerji mənbələrinin inkişafı layihəsi (ADB, 2014–2016), Tənzimləmə və enerji siyasəti üzrə məsləhətçi.
  • CAREC regionunda makroiqtisadi monitorinq və proqnozlaşdırma üzrə tədqiqat-CAREC regionunda infrastruktur investisiyaları 2016–2030, (ADB, CAREC İnstitutu, 2016–2017, Çin Xalıq Respublikası), İqtisadiyyat, statistika və makroiqtisadi modelləşdirmə üzrə məsləhətçi.
  • TA-8978 KGZ: Avrasiya İqtisadi Birliyinə qoşulma – Mövcud imkanlardan istifadə etmək və riskləri azaltmaq imkanları əldə etmək və risklərin azaldılması (ADB, 2016–2018, Qırğızıstan Respublikası), Statistika üzrə beynəlxalq məsləhətçi.

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (abbr. USAID):

  • USAID-in Azərbaycanda Enerji Sektoruna Yardımı Layihəsi (2003–2006), Layihə rəhbərinin müavini və məsul icraçı.

Layihə aşağıdakı istiqamətlər üzrə həyata keçirilmişdir:

    • Azərbaycan elektrik enerjisi sektorunun inkişaf proqramı;
    • Azərbaycanın elektrik və təbii qaz bazarlarının inkişafı;
    • elektrik və təbii qaz sektorunda tənzimləyici çərçivə və institusional potensialın inkişafı;
    • elektrik enerjisi üçün tarif metodologiyasının yaradılması;
    • Azərbaycan Respublikasının istilik təchizatı strategiyasının hazırlanması;
    • Azərbaycan üçün enerji sisteminin planlaşdırılması;
    • Azərbaycan üçün enerji qənaət planının hazırlanması;
    • Azərbaycanın Alternativ və Bərpa olunan Enerji mənbələrinin inkişaf planının hazırlanması.
  • USAID-in Azərbaycanda Ticarət və İnvestisiyalar üzrə İslahatlara dəstək Proqramı — TIRSP (2007–2009), Enerji siyasəti üzrə məsləhətçi.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, ing. European Bank for Reconstruction and Development, EBRD)

  • AzDRES — Azərbaycan İstilik Elektrik Stansiyası üçün investisiya ehtiyacları və bərpası üzrə texniki-iqtisadi qiymətləndirilmənin hazırlanması (EBRD və USAID, 2004–2006), Böyük məsləhətçi.
  • Yanan Neft Səmt Qazının Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan üzrə regional tədqiqi (EBRD, 2011–2013), Böyük məsləhətçi.

Birləşmiş Millətlər Təşkilatı (BMT, ing. United Nations):

  • Azərbaycan Respublikasında kənd təsərrüfatı sektorunun rəqabət qabiliyyətinin artırılması problemləri (UNDP, 2009), Layihə rəhbəri.
  • Azərbaycan nəqliyyat-tranzit və turizm sektorlarının rəqabət qabiliyyətinin artırılması problemləri (UNDP, 2009–2010), Layihə rəhbəri.
  • Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft sektorunun inkişafı üçün İqtisadi İnkişaf Nazirliyinin potensialının gücləndirilməsinə dəstək, (UNDP, 2009–2012)[7], Layihə rəhbəri və məsul icraçı.
  • "Azərbaycanda Qida və Kənd Təsərrüfatının İnkişafı ilə Gələcək üçün Çağırışlar" üzrə əsas məqalənin hazırlanması (FAO, 2017–2018), Layihə rəhbəri və məsul icraçı.

"British Petroleum" (abbr. BP):

  • Azərbaycanda təbii qaz və elektrik enerjisi istehlakının qısa və uzunmüddətli proqnozu (BP Exploration (Azerbaijan) Ltd, 2004–2005), Layihə rəhbəri və məsul icraçı.
  • Azərbaycanın təbii qaz və elektrik enerjisinin inkişafı üzrə rüblük bülletenlərin hazırlanması (BP Exploration (Azerbaijan) Ltd, 2005–2018), Layihə rəhbəri və məsul icraçı.
  • Qaradağ qaz emalı zavodunun tədqiqi (BP Gas Marketing Limited, UK, 2007), Layihə rəhbəri və məsul icraçı.

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT, ing. Economic Cooperation Organization):

  • İƏT üzv ölkələrində Ümumi Tarazlıq Modelinin (CGE) tətbiqi və potensialın gücləndirilməsi (ECO Feasibility and Research Found, 2012–2016), Layihə rəhbəri və məsul icraçı.
  • İqtisadi Əməkdaşlıq Təşkilatı üzv ölkələrində ekoloji təmiz kənd təsərrüfatı inkişafı üzrə təcrübə mübadiləsinin və qurumlararası əməkdaşlığın gücləndirilməsi (ECO Feasibility and Research Found, 2014–2016), Layihə rəhbəri.

Yaşıl İnkişaf Fondu (Green for Growth Fund, Germany):

  • Personalın Təlimi və Enerji Audit Xidmətləri, GGF Texniki Yardım Mexanizmi (GGF, 2014 — bu günə qədər).

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR):

  • Azərbaycanın quruda geoloji-kəşfiyyat işləri inkişafının iqtisadi-riyazi modelləşdirilməsi və proqnozlaşdırılması (1990–1991, № 18/90).
  • "Azneft" İstehsalat Birliyində neft hasilatı səviyyəsinin qiymətləndirilməsi üçün Avtomatlaşdırılmış Hesablama Sisteminin hazırlanması (1991, № 11/91).
  • Azərbaycanın quruda neftçıxarmanın effektivliyinin qiymətləndirilməsi üçün Avtomatlaşdırılmış Sistemin yaradılması (1992, № 11/92).
  • Sürüşmə deformasiyalı laylarda quyuların tədqiqat nəticələrinin interpretasiyası metodikasının hazırlanması (1994, № 20/94).
  • Müasir şəraitdə quruda neft çıxarmanın inkişafı perspektivinin qiymətləndirilməsi üçün neft resurslarının və onların mənimsənilməsi vəziyyətinin təhlili (1996–1997, № 3/96–97).
  • WINDOWS sistemi bazasında geniş şaxəli struktura malik neft-qazçıxarma birliyi (konserni)nin fəaliyyətinin texniki-istehsalat, plan-iqtisadi göstəricilərinin təhlili və perspektiv qiymətləndirilməsi kompüter proqram kompleksinin yaradılması (1998–1999, № 01/98)
  • Bahar yatağının istismarının son mərhələsinin işlənmə layihəsi (1996, № 04/96).
  • Neftin və qazın axtarış-kəşfiyyat işlərində geofiziki tədqiqatların həcminin iqtisadi-riyazi modelləşdirilməsi və optimallaşdırılması (1998, № 11/98).
  • Dənizdə neft-qaz çıxarma müəssisələrində enerji təchizatı sisteminin etibarlılığının tədqiqi, rele mühafizə sistemlərinin hesabat göstəricilərinin nəzarəti və enerji təchizatı sistemində avtomatlaşdırma işlərinin aparılması və müvafiq tövsiyələrin verilməsi (1998–1999), Layihə rəhbəri.
  • Neftqaz çıxarma müəssisələri üçün statistik hesabatların hazırlanması məqsədi ilə Proqram təminatının işlənilməsi (2000), Layihənin rəhbəri.
  • Bulla-dəniz qazkondensat yatağının ehtiyatının yenidən qiymətləndirilməsi və işlənilməsi strategiyasının müəyyən edilməsi (2002–2003), Məsul icraçı.

Unocal, Pennzoil və digər şirkətlər:

  • Şərqi-Soçemyusk və Talıyyusk yataqlarının işlənməsi və istismarı üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması (Uxta, Sibir, Россия, 1991–1992, 30/91), Məsul icraçı.
  • Dəniz yataqlarının birgə işlənilməsi iqtisadi inkişaf modelinin yaradılması (ABŞ, UNOCAL, Energy Resources Division, Los-Angeles, 1992), Məsul icraçı.
  • "Azəri-Çıraq-Günəşli" yataqlarının Məhsulun Pay Bölgüsü (PSA) saziş şərtləri əsasında birgə işlənmə modelinin hazırlanması (ABŞ, Hyuston, Pennzoil, 1994), Məsul icraçı.

Elmi-pedoqoji, təşkilati və ictimai fəaliyyəti

1987-ci ildən başlayaraq fasilələrlə müxtəlif dövlət və özəl universitetlərdə pedoqoji fəaliyyətlə məşğul olmuşdur, o cümlədən:

Bir sıra yerli və beynəlxalq jurnalların redaksiya heyətinin üzvüdür, o cümlədən:

  • İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun "Azərbaycanda İqtisadi İslahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri" Elmi Əsərlər Toplusunun Elmi redaksiya heyətinin sədri;
  • 2012-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) "İqtisadiyyat" Jurnalının Baş redaktoru;
  • "Azərbaycan neft təsərrüfatı" (Azərbaycan), "İqtisadiyyat və sosiologiya" (Moldova), "İqtisadiyyat və idarəetmə" (Rusiya) jurnallarının redaksiya heyətlərinin üzvü.

Bilavasitə təşəbbüsü və rəhbərliyi ilə bir sıra beynəlxaq elmi tədbirlər təşkil edilmişdir, o cümlədən:

  • "Azərbaycan Respublikasında qeyri-neft ixracının artırılmasında ekoloji təmiz kənd təsərrüfatının rolu (Türkiyə-Azərbaycan təcrübə mübadiləsi)" mövzusunda konfrans, (3–4 noyabr 2011, Bakı (Azərbaycan));
  • "Qloballaşma şəraitində sosial-iqtisadi inkişaf" mövzusunda Türkiyə-Azərbaycan əməkdaşlıq konfransı, (28–30 aprel 2011, Bakı (Azərbaycan));
  • İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) "İqtisadiyyat" Jurnalının Redaksiya Heyətinin 1-ci və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun 2-ci iclasları, (7–8 noyabr 2012-ci il, Bakı (Azərbaycan))[8][9];
  • İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) üzv ölkələrinin İqtisadi Beyin Mərkəzlərinin 1-ci Bakı Forumu və "Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda 1-ci Beynəlxalq Konfrans, (5–6 sentyabr 2013, Bakı (Azərbaycan))[10][11];
  • İqtisadi İslahatlar Elmi Tədqiqat Institutunun yaranmasının 50 illik yubileyinə həsr olunmuş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) üzv ölkələrinin İqtisadi Beyin Mərkəzlərinin 2-ci Bakı Forumu və "Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda 2-ci Beynəlxalq Konfrans, (1–3 oktyabr 2014, Bakı (Azərbaycan))[11];
  • İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) "İqtisadiyyat" Jurnalının Redaksiya Heyətinin 2-ci iclası, (26 aprel 2014, Bakı (Azərbaycan));
  • İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrinin nümayəndələri üçün "Riyazi modelləşdirmə sistemi yolu ilə ümumi iqtisadi tarazlığın modelləşdirilməsi" (Practical CGE Modelling with GAMS) mövzusunda birinci regional təlim, (21–25 aprel 2014, Bakı (Azərbaycan))[12][13];
  • İƏT üzv ölkələrinin nümayəndələri üçün "İqtisadi siyasət üçün təsir analizləri" mövzusunda ikinci regional təlim, İƏT və İslam İnkişaf Bankının maliyyə dəstəyi ilə, (22–26 fevral 2016, Bişkek (Qırğızıstan))[14];
  • "Xəzər Regionunun İnkişaf Edən Enerji İqtisadiyyatı: Çətinliklər və İmkanlar" mövzusunda İAEE-nin ilk Beynəlxalq Avrasiya Konfransı, (28–31 avqust 2016-cı il, Bakı (Azərbaycan));
  • "Avrasiyada Enerji: Çağırışlar, Risklər və İmkanların İqtisadi Perspektivləri" mövzusunda İAEE-nin 2-ci Beynəlxalq Avrasiya Konfransı, (13–14 oktyabr 2017-ci il, Zaqreb (Xorvatiya))[15];
  • "Xəzər və Mərkəzi Asiya Regionunda Enerji Sektorunda Qlobal Dəyişikliklərin Təsiri" mövzusunda İAEE-nin 3-cü Beynəlxalq Avrasiya Konfransı, (18–20 oktyabr 2018-ci il, Bakı (Azərbaycan))[16];
  • "Xəzər dənizi və Mərkəzi Asiyanın Enerji Ehtiyatları: Regional və Qlobal" mövzusunda İAEE-nin 4-cü Beynəlxalq Avrasiya Konfransı, (17–19 oktyabr 2019-cu il, Nur-Sultan (Qazaxıstan)) (planlaşdırılır)[17].

Birbaşa təşəbbüsü və rəhbərliyi ilə institusional təkmilləşdirmə istiqamətində bir-sıra işlər həyata keçirilmişdir:

  • Bakıda yaradılması nəzərdə tutulan İqtisadi Əməkdaşlıq Təşkilatı Tədqiqat Mərkəzinin (ERC) Nizamnaməsi təsdiq edilir (Tehran (İran İslam Respublikası), 2013-cü il);
  • Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə əlaqədar olaraq İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda "İnnovasiyaların Təşviqat Qrupu" yaradılır (2014-cü il);
  • İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilati dəstəyi ilə "İnnovasiya və Təlim Mərkəzi" qurulur (2013-cü il);

Eləcə də:

  • Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün yaradılmış İşçi Qrupunun üzvü[18] olmuşdur;
  • Əsrin kontraktları ilə yanaşı digər PSA neft kontraktlarının (1992–1999), Elektrik paylayıcı şəbəkələrin idarəetməyə verilməsi kontraktlarının (2001–2006) hazırlanması və icrası üzrə işçi qruplarının üzvü və kontrakt modellərinin hazırlanmasında məsləhətçi kimi bilavasitə iştirak etmişdir;
  • ABŞ, Braziliya, Hindistan, Çin, Pakistan, İndoneziya, Tailand, İran, Türkiyə, eləcə də Avropa və keçmiş SSRİ ölkələrinin tam əksəriyyətində 100-ə yaxın beynəlxalq və yerli səviyyəli forum, konfrans və seminarlarda iştirak etmişdir.
  • ABŞ-nin PA Consulting şirkətinin 2001–2006-cı illərdə Azərbaycan üzrə ölkə rəhbəri olmuşdur.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2019-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-01.
  2. "Arxivlənmiş surət". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-26.
  3. "Arxivlənmiş surət" (PDF). 2019-07-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-07-26.
  4. Azərbaycan Respublikasının əməkdar elm xadimlərinin siyahısı
  5. "http://www.ier.az/az/index.php". 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-26.
  6. "http://www.ier.az/az/page.php?id=13". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-26.
  7. "http://www.ier.az/az/page.php?id=11". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
  8. http://www.ier.az/az/snews.php?id=209%5B%5D
  9. "Arxivlənmiş surət". 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
  10. "Arxivlənmiş surət". 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
  11. "Arxivlənmiş surət". 2021-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
  12. "Arxivlənmiş surət". 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
  13. "Arxivlənmiş surət". 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
  14. "Arxivlənmiş surət". 2017-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
  15. "Arxivlənmiş surət". 2019-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
  16. "Arxivlənmiş surət". 2019-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
  17. "Arxivlənmiş surət". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
  18. "Arxivlənmiş surət". 2021-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.