Vilayət Eyvazov

Vilayət Süleyman oğlu Eyvazov (28 iyun 1968, Əbrəqunis, Culfa rayonu) — Azərbaycanın hərbi və siyasi xadimi, general-polkovnik, Azərbaycan Respublikasının daxili işlər naziri (2019-cu ildən), Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini (2016–2019).

Vilayət Eyvazov
Vəzifədədir
20 iyun 2019-cuildən
(i.e. 14–16 fevral 2024)
ƏvvəlkiRamil Usubov
Vəzifədədir
15 dekabr 2021-ciildən
ƏvvəlkiVaqif Axundov
bayraq
Azərbaycanın Hərbi Komendantı
bayraq2
27 sentyabr 2020 12 dekabr 2020
bayraq
Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini
bayraq2
11 mart 2016 20 iyun 2019
NazirRamil Usubov
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıSeyfulla Əzimov
bayraq
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
bayraq2
14 aprel 2005 11 mart 2016
NazirRamil Usubov
bayraq
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi
bayraq2
2002 2005
ƏvvəlkiMədət Quliyev
bayraq
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini
bayraq2
2001 2002
RəisMədət Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 28 iyun 1968(1968-06-28) (55 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti məmur
Rütbəsi
General-polkovnik

Təltifləri "Zəfər" ordeni  — 2020 "Azərbaycan Bayrağı" ordeni  — 2002 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni  — 2018 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni  — 2014 "İgidliyə görə" medalı  — 2008 "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Vilayət Eyvazov 28 iyun 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olmuşdur. 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

Ailəlidir, üç övladı var.

Fəaliyyəti

Vilayət Eyvazov 1994-cü ilin noyabr ayında daxili işlər orqanlarında polis nəfəri kimi fəaliyyətə başlamış, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. Ardınca Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində şöbə rəisinin müavini, 2001–2005-ci illər ərzində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru rütbəsi almış, 2005-ci ildə Daxili İşlər nazirinin müavini təyin olunmuşdur. 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilmişdir.[1]

Vilayət Eyvazov 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin birinci müavini vəzifəsindən azad edilmiş[2] və həmin tarixdə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.[3]

Təltifləri

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.