Vilavan Apinyaponq

Vilavan Apinyaponq – tailandlı voleybolçu. İki qat Asiya çempionudur. Voleybolçu hal-hazırda İqtisadçınınTailand millisinin kapitanıdır.[1]

Vilavan Apinyaponq
วิลาวัณย์ อภิญญาพงศ์
Şəxsi məlumatlar
Tam adı Vilavan Apinyaponq
Doğum tarixi
Doğum yeri Tailand Banqkok Tailand
Vətəndaşlığı Tailand Tailand
Voleybolçu məlumatları
Boyu 1.74 m
Çəkisi 65 kq
Zərbəsi 288 sm
Bloku 280 sm
Mövqeyi Hücumçu
Karyerası
Komandası Azərbaycan İqtisadçı
Nömrəsi 2
Klub karyerası
2007–2008
2008
2008–2010
2010
2010–2011
2011–2012
2012
2012–
Tailand Sang Som
İspaniya J.A.V. Olímpico
Türkiyə Ereyli Belediyespor
Çin Eveqrande Voleybol
Tailand Federbrau
Tailand Chang Bangkok
Çin Fujian Xi Meng Bao
Azərbaycan İqtisadçı
Milli komanda karyerası
2008– Tailand Tailand
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

Apinyaponq 2008-ci il də İspaniya superliqası komandalarından "Olimpico"yla müqavilə imzalayaraq ilk dəfə ölkəsindən kənara çıxır. O burada həmyerlisi Nutsara Tomkomla bir komanda da oynayır.[2][3] Burada yarım sezon oynadıqdan sonra voleybolçu milli komandadan yoldaşları-Malika Kanthong və Amporn Hyaphanın çıxış etdiyi "Ereğli Belediyespor"a transfer olunur. İki il Türkiyə Qadınlararası Voleybol Çempionatında çıxış edən Apinyaponq burada göstərdiyi oyunla Çin klublarının diqqətini çəkir.

Voleybolçu 2010-cu ildə Çinin ən titullu voleybol klublarından olan Quançjou şəhərinin təmsilçisi Eveqrande ilə anlaşır. Burada Cenni Lanq Pinq rəhbərliyində çox çətin forma savaşına girən tailandlının bu klubda əsas heyətdə oynamaq istəyinə Çin voleybol federasiyasının legioner məhdudiyyəti qanunu böyük maneçilik törədirdi. Belə ki, qaydalara görə hər komanda meydançaya yalnız 2 legioner voleybolçu buraxa bilərdi. Quançjouluların heyətində isə Loqan Tom, Yovana Brakoçeviç kimi dünyaca məşhur leginerlər var idi. Bu voleybolçularla forma mübarizəsindən məğlub ayrılan voleybolçu tez-tez ehtiyat oyunçular siyahısında yer alırdı. Bu səbəbdən də Apinyaponq növbəti mövsüm öz ölkəsinə qayıdır.

2012-ci ildə kapitanı olduğu Çanq klubu ilə birlikdə Klublar arası dünya çempionatında da iştirak etmişdi. Ancaq komandası turnirdə yarımfinal mərhələsini keçə bilmədiyindən böyük bir mükafat şansını qaçırmışdı.[4]

Ölkəsindəki karyerası hər zamankı kimi uğurlu olan (çempionluq yaşamışdır) voleybolçunun tək arzusu isə 2012 Yay Olimpiya Oyunlarına Tailand millisi ilə birlikdə getmək idi, lakin asiyalılar SerbiyaYaponiya ilə birlikdə mübarizə apardıqları təsnifat mərhələsində mübarizəni dayandırdı və Apinyaponqun da Londona getmək ümidləri puç oldu. Ancaq 2016 Yay Olimpiya Oyunları üçün Tailand millisinin şansının yüksək olduğunu nəzərə alsaq Apinyaponqun bu arzusun həyata keçəcəyinə ümid etmək olar.

2012-ci ildə "Dünya Qranpiri"sində tarixinin ən yaxşı nəticəsini əldə edən asiyalı elə həmin il 6 komanda yoldaşı ilə birlikdə İqtisadçıya imza atdı.[5][6] 2013–14 idman mövsümündə ilk dəfə olaraq Çempionlar Liqası təcrübəsi yaşayan voleybolçu Azərbaycan çempionatında da adından söz etdirməyi bacara bilmişdir.

Uğurları

Şəxsi mükafatları

  • 2011 "Asiya Klublar Çempionlar Liqası"nın "Ən dəyərli oyunçusu"
  • 2013 "Asiya Çempionatı"nın "Ən dəyərli oyunçusu"

Milli komanda ilə

Asiya çempionatları

Asiya kubokları

  • 2008 Asiya kuboku — Bürünc medal
  • 2010 Asiya kuboku — Gümüş medal
  • 2012 Asiya kuboku — Gümüş medal

Klublar ilə

  • 2010 Asiya Klublar Çempionlar Liqası — "Federbrau" ilə
  • 2011 Asiya Klublar Çempionlar Liqası — "Chang" ilə

İstinadlar

Xarici keçidlə r

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.