Vilçek Torpağı

Vilçek TorpağıŞimal Buzlu okeanında yerləşən, Frans-İosif Torpağına daxil olan ikinci ən böyük ada. Ada Avstriyalı Karl Veyprext və Yulius Payerin rəhbərlik etdiyi ekspedisiyanı maliyyələşdirən Hans Vilçekin şərəfinə adlandırılmışdır. Ada 1873-cü ildə kəşf edilmişdir. Frans-İosif Torpağı yasaqlığı ərazisinə daxildir.

Vilçek Torpağı
rus. Земля Вильчека
Ümumi məlumatlar
Sahəsi 2055 km²
Uzunluğu
  • 57 km
Eni 47 km
Hündür nöqtəsi 606 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
80°35′00″ şm. e. 60°30′00″ ş. u.
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Vilçek Torpağı xəritədə
Vilçek Torpağı
Vilçek Torpağı

Coğrafiyası

Arxipelaqın şərqində yerləşir. Qərb qrupunda yerləşən adalardan Avstriya boğazı ilə ayrılır. Qrehem-Bell adası ilə arasında Morqan boğazı yerləşir. Üzəri əsasən buzlaqlarla örtülü olur. Hündürlük 400-600 metr arasında dəyişir. Sahəsi 2055 km², ən hündür nöqtəsi isə 606 metrdir.

Ən yaxın yerləşən adalar

İqlimi

İqlimi sərtdir. İlin cəmi 18 günü temperatur 0 °C-dən yuxarı olur. İllik orta temperatur -12 °C, maksimal temperatur isə +12 °C, minimal temperatur -42 °C təşkil edir. İllik yağıntının miqdarı 280 mm-dir.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.