Viktor Yanukoviç

Viktor Fyodoroviç Yanukoviç (ukr. Віктор Федорович Янукович; 9 iyul 1950[1][2][…], Enakoyev[d], Donetsk vilayəti) — Ukrayna Respublikasının Siyasi və Dövlət Xadimi. Regionlar partiyasının sədri. 2002–2005, 2006–2007-ci illərdə Ukrayna Respublikasının Baş Naziri. 2010-cu ildə keçirilən prezident seçkilərinin ikinci turunda 48,95% səslə qalib gələrək Ukrayna Respublikasının 4-cü Prezidenti seçilmiş və 2010-cu il 25 fevral tarixindən vəzifəsinin icrasına başlamışdır.

Viktor Yanukoviç
ukr. Віктор Федорович Янукович
25 fevral 2010 22 fevral 2014
ƏvvəlkiViktor Yuşşenko
SonrakıAleksandr Turçinov
Ukraynanın xalq deputatı[d]
25 may 2006 12 sentyabr 2006
Ukraynanın xalq deputatı[d]
23 noyabr 2007 19 fevral 2010
Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi[d]
2 oktyabr 2006 21 yanvar 2008
Avropa Şurası Parlament Assambleyasının əvəzedici üzvü[d]
21 yanvar 2008 20 yanvar 2013
Şəxsi məlumatlar
Doğum adı Віктор Федорович Янукович
Doğum tarixi 9 iyul 1950(1950-07-09)[1][2][…] (73 yaş)
Doğum yeri
Fəaliyyəti mühəndis, iqtisadçı, siyasətçi, hüquqşünas, diplomat, mühazirəçi
Dini şərqi ortodoks xristianlıq
Elmi fəaliyyəti
Elm sahəsi siyasət
Elmi dərəcəsi

Təltifləri "Heydər Əliyev" ordeni gümüş "Olimpiya" ordeni
Order of Holy Prince Daniel of Moscow 1st class "Şəfəq" ordeni
"Fəxri legion" ordeninin Böyük xaçı
"Müqəddəs Sergey Radonejski" ordeni
1-ci dərəcəli "Şaxtaçı şöhrəti" döş nişanı 2-ci dərəcəli "Şaxtaçı şöhrəti" döş nişanı 3-cü dərəcəli "Şaxtaçı şöhrəti" döş nişanı
Fəxri dəmiryolçu
Grand Cordon of the Supreme Order of the Chrysanthemum "Payızgülü" ordeni 1-ci dərəcəli "Xidmətlərinə görə" ordeni "Xidmətlərinə görə" ordeni (Ukrayna) Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeni 1-ci dərəcəli "Dostluq" ordeni Xose Marti ordeni "Müqəddəs Mesrop Maştots" ordeni "Ananiya Şirakatsi" medalı Order of Independence "İsmayıl Samani" ordeni Order of the Crown of Brunei "Serbiya Respublikası" ordeni "Zaid" ordeni
Merited transport worker of Ukraine 1-ci dərəcəli "Müqəddəs Sergey Radonejski" ordeni Order of St. Nestor the Chronicler
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Donetskdə Enakoyev qəsəbəsində kömürçü fəhlə ailəsində anadan olub. 1967-ci ildə o, soyğunçuluğa görə mühakimə olunub. 1970-ci ildə onu başqasına orta dərəcəli xəsarət yetirməklə bağlı məhkəmə qarşısına çıxarıblar. Rəsmi məlumata görə, bu ittiham Viktor Yanukoviçin üzərindən qaldırılıb. 2006-cı ildə Ukrayna hakimiyyəti bu cinayət işində saxtakarlıq ehtimalını araşdırmağa başlayıb. Ancaq heç nə sübut olunmayıb. Viktor Yanukoviç özü etiraf edir ki, çətin uşaqlığı olub, ancaq gənclik səhvlərinə qalib gəlməyi bacarıb.

İş karyerasında isə Viktor Yanukoviç sürətlə irəliləməyə başlayıb. 1980-ci ildə Donbassda rəhbər vəzifədə işləyib. 1996–1997-ci illərdə Donetsk vilayətinin administrasiyasına rəhbərlik edib. Özünü yaxşı təşkilatçı kimi göstərib. 2002-ci ildə Leonid Kuçma gözlənilmədən Viktor Yanukoviçi baş nazir təyin edib, Ali Rada da əksəriyyət onu dəstəkləyir. Baş nazir olduğu dövrdə ÜDM artım tempi kəskin artıb, bir neçə vacib iqtisadi islahat keçirilib.

Viktor Yanukoviç 2003-cü ildən Regionlar Partiyasına rəhbərlik edir. Regionlar Partiyası yarandığı gündən onu böyük biznesmenlər dəstəkləyir. Onların içərisində ən nüfuzlusu milyarder Rinat Əhmədovdur. 2004-cü il prezident seçkilərinə Viktor Yanukoviç Leonid Kuçmanın davamçısı kimi qatılıb. O, seçki kampaniyasında ölkənin rusdilli əhalisinin maraqlarını müdafiə etməyə çalışıb, Rusiyayla xoş münasibətlərin tərəfdarı kimi çıxış edib. Nəticədə, Ukrayanın qərbində və mərkəzində yaşayan əhali ona səs verməyib. Rusdilli əhalinin yaşadığı Şərqi və Cənubi Ukraynada isə o, ən populyar siyasətçi olub. Mərkəzi və Qərbi Ukraynada Viktor Yuşşenkonun, Şərqi və Cənubi Ukraynda Viktor Yanukoviçin dəstəklənməsi ölkəni faktiki dil sərhədi ilə ayırıb.

Viktor Yanukoviç və tərəfdarları müxalifətə keçəndən sonra bir neçə dəfə mübarizə taktikalarını dəyişiblər. Bununla belə, göy-mavi rəngləri rəmz götürən Regionlar Partiyasının əsas dayağı yenə də Cənubi və Şərqi Ukrayna sayılır.[3]

Qayıdış

2006-cı il parlament seçkilərində Viktor Yanukoviç və onun partiyası parlament seçkilərində uğur qazanıb, Ali Radada ən böyük fraksiyanı yaradıb. Böhran əleyhinə koalisiyası yaradılıb və Viktor Yanukoviç yenidən baş nazir kürsüsünə əyləşib. Baş nazir dərhal prezident Viktor Yuşşenkonun elan etdiyi prinsiplərdən fərqli xarici siyasət kursu yürütməyə başlayıb. Brüsselə səfəri zamanı Viktor Yanukoviç elan edib ki, Ukrayna NATO-ya qəbul olmağa hazır deyil. O, paralel olaraq Moskva ilə əlaqələri genişləndirib. Bu fonda prezident və baş nazirin tərəfdarları arasında hakimiyyət daxilində çəkişmə güclənib. 2007-ci ildə Viktor Yuşşenko Ali Radanı buraxıb, deputatları Konstitusiyaya zidd hərəkətlərdə ittiham edib. 2007-ci il seçkilərində Viktor Yanukoviç baş nazir postunu itirib və yenidən müxalifətə keçib. Hökumətə Yuliya Timoşenko rəhbərlik etməyə başlayıb.

2010-cu il prezident seçkilərində Viktor Yanukoviç və Yuliya Timoşenko qələbə qazanmağa potensial namizədlər sayılırdılar. Nəticədə Yanukoviç seçkilərdə qalib gələrək Ukrayna Respublikasının 4-cü prezidenti olmuşdur.

22 fevral 2014-cü il tarixində baş vermiş əhalinin narazılığından sonra ölkədən qaçmış və parlament tərəfindən prezidentlik hüququndan məhrum edilmişdir.

Mükafatları

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.