Viktor Hüqo
Viktor-Mari Hüqo (fr. Victor Marie Hugo; 26 fevral 1802[1][2][…], Bezanson[3][4] – 22 may 1885[1][2][…], Paris[3][4]) — fransız romantik şair, dramaturq, yazıçı, romançı və rəssamdır. 26 fevral 1802-ci ildə Bezansonda anadan olub və 22 may 1885-ci ildə Parisdə vəfat edib. Fransız dilinin ən mühüm yazıçılarından biri hesab olunur. Eyni zamanda fransız 19-cu əsr ədəbiyyatı tarixində qəti fikirli vacib ideoloq və siyasi şəxsiyyət kimi tanınıb.
Viktor Hüqo | |
---|---|
fr. Victor Hugo | |
Doğum adı | Victor-Marie Hugo |
Doğum tarixi | 26 fevral 1802[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 22 may 1885[1][2][…] (83 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Uşaqları | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, dramaturq, roman yazıçısı, boyakar[d], librettoçu, esseist, yazıçı, illüstrasiyaçı, yazıçı-səyyah[d], şair, sənətşünas, publisist, qrafika ustası[d] |
Fəaliyyət illəri | 1819–1883 |
Əsərlərinin dili | fransız dili |
Janrlar | roman, poeziya, teatr pyesi, pamflet |
Tanınmış əsərləri | |
Üzvlüyü |
|
Mükafatları | |
Viktor Hüqo Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Fransa teatr tarixində Kromvel və Hernani əsərlərini yazması, onu fransız romantizminin liderlərindən biri kimi təsdiqləyib. Xüsusi ilə Lureksiya Bordjiya və Ryu Blaz pyesləri onu bu sahədə daha da məşhurlaşdırıb.
Poetik yaradıcılığına bir neçə lirik şeir toplusu daxildir, bunlardan ən məşhurları 1826-cı ildə nəşr olunan Mədhiyyələr və Balladalar, 1831-ci ildə Les Feuilles d'automne və 1856-cı ildə Les Contemplationsdır. 1853-cü ildə nəşr edilmiş və 1859–1883-cü illərdə nəşr olunan "Əsrlərin əfsanəsi" tarixi poeması dünya ədəbiyyatına verilmiş ən önəmli epik əsərlərdən biridir.
Roman yazarı kimi 1831-ci ildə yazdığı Paris Notr-Dam kilsəsi və 1862-ci ildə yazdığı Səfillər əsərləri ilə dünya miqyasında böyük populyarlıq və uğur qazanıb.
Onun çoxsaylı işlərinə əsasən siyasi yazılar və çıxışlar, səyahətnamələr, qeydlər və xatirələr topluları, ədəbi şərhlər, çoxlu məktublaşmalar, əksəriyyəti mürəkkəblə çəkilmiş dörd minə yaxın rəsm əsəri, həmçinin daxili bəzəklərin dizaynı və fotoqrafiyaya töhfələr də daxildir.
İctimai müzakirələrdə sərt və qəti çıxış edərək fəal iştirak edən Viktor Hüqo İyul monarxiyası və İkinci və Üçüncü Respublikalar dövründə parlamentari olub. Sülh və azadlığa bağlı olan və insan səfalətinə həssaslıqla yanaşan bir çox sosial islahatların lehinə danışması, ölüm cəzasına qarşı çıxması və vahid Avropa ideyasını dəstəkləməsi, İkinci Fransa imperiyası dövründə imperatorun əmri ilə Cersi və Gernsidə təxminən iyirmi il sürgünə göndərilməsi ilə nəticələnib.
Ömrünün ikinci hissəsindəki qətiyyətli respublika öhdəliyi və nəhəng ədəbi yaradıcılığı onu simvolik bir xarakterə çevirə bilib. Onun üçün ölümündən on gün sonra 1 iyun 1885-ci ildə, Üçüncü Fransa Respublikası dövlət səviyyəsində dəfn mərasimi təşkil edilib və cənazəsi Parisdəki önəmli fransız intellektuallarının dəfn edildiyi fəxri Panthéon məzarlığına köçürülüb. Bu hadisə yazıçının dövlət səviyyəsində şərəfləndirilməsi mənası daşıyırdı.
Poeziyanın və teatrın yenilənməsinə böyük töhfə vermiş, öz dövrünü siyasi və ictimai mövqeləri ilə qeyd etmiş Viktor Hüqo bu gün də Fransada və dünyada gündəmdən düşməyən şəxsiyyət hesab edilir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Bioqrafiyası
Uşaqlığı və gəncliyi
Viktor-Mari Hüqo imperiya generalı Cozef Leopold Siqisber Hüqonun (1773–1828) və rəssam Sofiya Trebuçetin (1772–1821) ən kiçik oğludur. Onların həmçinin Yevgeni və Abel Cozef adlı iki övladı da var idi. Hüqo gizli olaraq və anasının istəyinin əksinə olaraq, uşaqlıq dostu Adele ilə evlənmişdir.[8]
Hüqo başlıca olaraq özünün poetik və dramatik əsərləri ilə şöhrət qazanmışdır. Nəzm əsərləri arasında "Düşüncələr" (Les Contemplations) və "Əsrlərin əfsanəsi" (Légende des siècles) kimi poemaları daha məşhurdur. Dünya oxucularının isə ən çox bəyəndiyi əsərləri yəqin ki, "Səfillər" (Les Misérables, epopeya) və "Notrdam kilsəsinin qozbeli"(Notre Dame de Paris), "Edam Məhkumunun Son Günü" romanlarıdır.
Fransa siyasi həyatında da olduqca aktiv olan Hüqo gənclik illərində mühafizəkar meyilli olsa da, sonralar siyasi sollara qoşulur və respublika ideyasının ən çılğın tərəfdarına çevrilir.
Əsərləri bir qayda olaraq yaşadığı dövrün və cəmiyyətin siyasi, sosial problemləri və mədəni həyatda baş verən hadisələri canlandırır.
Əsərləri
- "İsland Han" (1823) ilk romanı
- "Yeni mədhiyyələr" şeirlər toplusu (1824)
- "Büq-Jarqal" (1826) povesti
- "Kromvel" (1827) dramı
- "Mədhiyyə və balladalar" (1828)
- "Şərq poemaları" (1829)
- "Marion de Lorm" (1829) dramı
- "Ernani"(1829) dramı
- "Gənc Fransa" inqilabının himni olacaq mədhiyyə (1830)
- "Notrdam kilsəsinin qozbeli" (1831) romanı
- "Kral əylənir" (1832) dramı
- " Edam Məhkumunun Son Günü" (Le dernier jour d’un condamné) (1832) povesti
- "Klod Qö" (1834) povesti
- "İşıq və kölgə" (1840) şerlər toplusu
- "Bir cinayətin tarixi" (1852)
- "Cəzalar" (Les Châtiments) (1853)
- "Düşüncələr" poetik avtobioqrafiyası (1856)
- "Əsrlərin əfsanəsi" tarixi poeması (1856) (İkinci hissəsi 1877-ci ildə nəşr olunur)
- "Səfillər" roman-epopeyası (1852–1862)
- "Vilyam Şekspir" (1864)
- "Küçə və meşələrin nəğmələri" (1865)
- "Dəniz zəhmətkeşləri" (1866)
- "Gülən adam" (1869) romanı
- "Doxsan üçüncü il" (1874) romanı
Filmoqrafiya
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Victor Hugo (nid.).
- Archivio Storico Ricordi. 1808.
- Catalog of the German National Library (alm.).
- Венгерова З. Гюго, Виктор (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1893. Т. IXа. С. 956–959.
- artist list of the National Museum of Sweden. 2016.
- Victor Hugo // Académie française (fr.).
- "Arxivlənmiş surət". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-22.
Xarici keçidlər
- Viktor Hüqo. Paris Notr-Dam kilsəsi / Tərc. M. Rəfili.- Bakı: Şərq-Qərb, 2007.- 488 s.
- Viktor Hüqo. Səfillər: I-II hissələr, III-IV hissələr, V hissə.-B.: Öndər, 2005.