Viktor Şarlaxov
Viktor Petroviç Şarlaxov (Lebedev) (rus. Виктор Петрович Шарлахов (Лебедев); 31 yanvar (12 fevral) 1898, Spasskoye[d], Tambov quberniyası – 31 oktyabr 1989, Moskva) — sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1943), "Stalin" mükafatı laureatı (1951).
Viktor Şarlaxov | |
---|---|
rus. Виктор Петрович Шарлахов | |
| |
Doğum tarixi | |
Doğum yeri | Spasskoye, Tambov quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (91 yaşında) |
Vəfat yeri | Moskva, Moskva vilayəti, RSFSR, SSRİ |
Dəfn yeri |
|
Vətəndaşlığı |
Rusiya imperiyası→ SSRİ |
Fəaliyyəti | teatr və kino aktyoru |
Fəaliyyət illəri | 1918–1980 |
Teatr |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Viktor Şarlaxov 31 yanvar (12 fevral) 1898-ci ildə anadan olmuşdur.[1] 1911–1917-ci illərdə Penzada kişi gimnaziyasında, 1915–1918-ci illərdə isə M. V. Zeninanın özəl dram məktəbində təhsil almışdır.[2]
Viktor Şarlaxov səhnə fəaliyyətinə 1918-ci ildə başlamış, 1918–1919 illərdə Penza "Azad teatrı"nda işləmişdir. 1919–1930-cu illərdə hər il Rusiyanın və SSRİ-nin müxtəlif — Saransk (1919–1920), Alatır (yay, 1920), Bryansk (1920–1921), Səmərqənd (yay, 1921), Aşqabad (1921–1922), Penza (1922–1923), Nijni Novqorod (1923–1924), Krasnodar (1924–1925), Qomel (yay, 1925), Tiflis (1925–1926 və 1929–1930), Sızran (yay, 1926), Yaroslavl (1926–1927), Xarkov (yay, 1927), Kazan (1927–1928), İjevsk (yay, 1928), Simferopol (1928–1929) şəhərlərinin teatrlarında çıxış etmişdir. 1930–1934-cü illərdə Samara, 1935–1937-ci illərdə Kalininsk, 1937–1938-ci illərdə Smolensk dram teatrlarında işləmişdir. 1934–1935 və 1938–1953-cü illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında, 26 avqust 1953-cü ildən 25 mart 1980-ci ilədək isə Moskvada Malı Teatrda fəaliyyət göstərmişdir.[2]
Aktyor 31 oktyabr 1989-cu ildə vəfat etmişdir.[3]
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940
- "Stalin" mükafatı (3-cü dərəcə) — 14 mart 1951 (ADRDT-da İmran Qasımovun "Xəzər üzərində şəfəq" əsərində Məmmədov roluna görə)
- "Əmək igidliyinə görə" medalı — 25 fevral 1946
- "Qafqazın müdafiəsinə görə" medalı — 19 yanvar 1945
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 16 aprel 1946
Teatrdakı əsas rolları
Viktor Şarlaxov müxtəlif xaraterli rolların ifaçısı olmuş, xüsusilə komediya və satira janrında uğurla çıxış etmişdir.[4] Onun ifa etdiyi əsas rollar:[3]
- "Ağıldan bəla", Aleksandr Qriboyedov — Famusov
- "Lyubov yarovaya", Konstantin Trenyov — Yelisatov
- "Xəzər üzərində şəfəq", İmran Qasımov — Məmmədov
- "Kabus", Henrik İbsen — Enqstrand
- "Meşə", "Cehizsiz qız", "Gəlir yeri", Aleksandr Ostrovski — Sçaslivtsev, Karandışev, Yusov
- "Antiqona", Jan Anuy — Kreont
- "Sülh adası", Yevgeni Petrov — Cozef Cekobs
- "Nikbin faciə", Vsevolod Vişnevski — Sipli
- "Üç bacı", Anton Çexov — Çebutkin
- "Xoşbəxtlər", Sabit Rəhman — Mirzə Qərənfil
- "Şöhrətpərəstlik yarmarkası", Uilyam Tekkereyin əsəri üzrə — Pitt Krouli
- "Nə yardan doyur, nə əldən qoyur", Lope de Veqa — Tristan
- "Belə də olacaq", Konstantin Simonov — Fyodor Vorntsov
- "Həyat yenidən başlayır", Vadim Sobko — Flyugel
- "Lyonuşka", Leonid Leonov — Mamayev
- "Evlənmə", Nikolay Qoqol — Koçkaryov
- "Nazirin xanımı", Branislav Nuşiç — Vasya dayı
- "Feldmarşal Kutuzov", Vladimir Solovyov — Fransız ordusunun kapitanı
- "Əzablı yollarla", Aleksey Tolstoy — Tetkin
- "Port Artur", İvan Popov və Aleksandr Stepanov — general Stessel
Filmoqrafiya
- 1943 — Sualtı qayıq "T-9" (rus. Подводная лодка Т-9) — Minayev
- 1943 — Bir ailə (rus. Одна семья) — evlər idarəsinin rəisi
- 1956 — Qanadlar (rus. Крылья) (film-tamaşa) — Soxa
- 1957 — Təkrarolunmaz bahar (rus. Неповторимая весна) — Qulyayev
- 1957 — Bacılar (rus. Сестры) — Nikolay İvanoviç Smokovnikov
- 1962 — Vaşinqton tarixi (rus. Вашингтонская история) (film-tamaşa) — şlyapalı adam
- 1964 — Port-Artur (rus. Порт-Артур) — general Stessel
- 1964 — Çəkmələr sıx olanda (rus. Когда жмут ботинки) (film-tamaşa)
- 1966 — Təqaüdə 40 il (rus. До пенсии - 40 лет) (film-tamaşa)
- 1969 — Yoxsulluq qəbahət deyil (rus. Бедность не порок) (film-tamaşa) — Afrikan Savviç
- 1969 — Böyük qaban otelində gecə (rus. Ночь в гостинице Большого кабана) (film-tamaşa)
- 1970 — Keçmiş və düşüncələr (rus. Былое и думы) (film-tamaşa) — Sergey Aleksandroviç Kokoşkin
- 1970 — Neva sahillərində (rus. На берегу Невы) (film-tamaşa)
- 1975 — Meşə (rus. Лес) (film-tamaşa) — Bodayev
- 1976 — Şöhrətpərəstlik yarmarkası (rus. Ярмарка тщеславия) (film-tamaşa) — ser Pitt Krouli
- 1978 — Qaranlığın hökmranlığı (rus. Власть тьмы) (film-tamaşa)
- 1979 — Xeyirxahlar (rus. Добряки) — Arkadi Qleboviç Anyutin
İstinadlar
- Шарлахов, Виктор Петрович // Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 5. Табакова — Яшугин. М.: Советская энциклопедия. 1967. стб. 825. 38 000 экз.
- "Шарлахов Виктор Петрович". kinosozvezdie.ru. 27 сентября 2007. 25 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2021.
- İlham Rəhimli. Viktor Şarlaxov // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. səh. 176–177. ISBN 978-9952-8306-3-7.
- Шарлахов Виктор Петрович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 467.
Xarici keçidlər
- "Шарлахов Виктор Петрович". maly.ru. 25 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2021.
- "Виктор Шарлахов". kino-teatr.ru. 25 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2021.