Videoteks
Videoteks (Videotex) – abonentlərin telefon xətləri vasitəsilə müraciət etdikləri və yerli televiziya ekranında, yaxud terminalda əks etdirilən interaktiv informasiya xidməti. Videoteks informasiyanı (xəbərlər, hava, bank işi və ticarət də daxil olmaqla) bir çox verilənlər bazasından götürür və onları mətn və sadə qrafika şəklində ekranda əks etdirir. Abunəçi menyudan seçim etmək və xüsusi səhifələri çağırmaq üçün yardımçı klaviaturadan istifadə edir. İnformasiya baş kompüterdən dekoderə ötürülür, o isə verilənləri monitorda əks etdirən displeylə bağlanır.
- Minitel videoteks sistemi (Fransa)
- Alex videoteks sistemi (Kanada)
Ədəbiyyat
- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.