Vidadi Məmmədov (20 Yanvar şəhidi)
Vidadi Məmmədov (azərb. Məmmədov Vidadi Üzeyir oğlu, 1949, Bakı – 20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Vidadi Məmmədov | |
---|---|
azərb. Məmmədov Vidadi Üzeyir oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (40 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi. |
Həyatı
Vidadi Məmmədov 1949-cu ildə Şamaxı şəhərində anadan olub. Cənubi Xəzər Balıqçılıq hövzəsi idarəsində baş mühəndis işləmişdir. Ailəli olub. 2 uşağı var. 19-dan 20-nə keçən gecə Vidadi də XI Qızıl Ordu meydanına gəlmişdi. O, odlu silahla arxadan vurulub. Yanvarın 21-də Semaşko adına xəstəxanadan tapılıb. Şamaxıda dəfn edilib.
Ünvan
Bu ünvanda yaşamışdır: Bakı ş. 9-cu mikrorayon, Pişəvəri küç. ev 4, mənzil № 63.
Həmçinin bax
İstinadlar
- Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.