Vidadi Həsənov

Vidadi İsmayıl oğlu Həsənov (16 iyul 1958, Kirovabad) — Azərbaycan aktyoru, ssenari müəllifi, Azərbaycan Respublikasının xalq artisti (2019), "M. Teatr Production"un bədii rəhbəri (2016-cı ildən), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).[1]

Vidadi Həsənov
Doğum tarixi 16 iyul 1958(1958-07-16) (65 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı  — 2012 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı  — 2019

Həyatı

Vidadi Həsənov 1958-ci ilin iyulun 16-da Gəncədə anadan olub. Gəncə şəhər 37 saylı məktəbi bitirib. 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra Cəfər Cabbarlı adına Gəncə dövlət dram teatrında fəaliyyətə başlayıb. 1980-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət İnstitutunun dram və kino aktyoru ixtisasına daxil olub. İnstitutun Tədris Teatrında aktyor kimi iştirak edib.

Vidadi Həsənov 1986-cı ildə həmin universitetdə müəllim kimi fəaliyyətə başlayıb. Aktyor 1990-cı ildən isə YUĞ teatrında çalışır. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin "Estrada rejissoru" kafedrasının dosentidir. 2008-ci ildə "Şair olmaq istəmirəm" adlı şeirlər kitabı çıxıb.

Avropa kinematoqrafçılar Assosasiyasının xətii ilə 2009-cu ildə Tiflis,2010-cu ildə Moskvada ssenaristlər kursunu keçıərək beynəlxalq sertifikat alıb. Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi münasibətilə 2011-ci ildə Almata şəhərində keçirilən tələbələrin I beynəlxlaq teatr festivalında rəhbəri olduğu kursun tələbələri "Qran-pri" mükafatı alıb.

2016-cı ildə "Media Company"-nin nəzdində yaradılmış "M. Teatr Production"un bədii rəhbəridir.[2][3]

Mükafatları

31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.[4]

7 may 2021-ci ildə[5] və 10 may 2022-ci ildə[6] Prezident Mükafatına layiq görülmüşdür. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[7]

Teatr fəaliyyəti

Rolları

  1. N. Gəncəvi "Bişir və Məlixa" — Bişir (Gəncə Dövlət Dram Teatrı)
  2. M. Şatrov "Göy otlar üstündə qırmızı atlar" — Matros (GDDT)
  3. S. Vurğun "Komsomol poeması" —Zalımoğlu (GDDT)
  4. F. Şiller "Qaçaqlar" — Frans Moor (Tədris Teatrı)
  5. Q. Qorin "Herostratı inudun" — Kleon (TT)
  6. V. Şukşin "Diribaş adamlar" — Qaraşın (TT)
  7. N. Şəhriyar "Salam" — Qırmızı paltarlı (Yuğ)
  8. Kitabi Dədə Qorqud "Oğul" — Dəstəbaşı (Yuğ)
  9. N. Gəncəvi "Açar" — Mürid (Yuğ)
  10. A. P. Çexov "Albalı bağı" — Qayev (Yuğ)
  11. V. Şekspir "Afinalı Timon" — Lyutsiy, Senator, Quldurbaşı (Aktyor Evi)

Rejissor işi

  1. R. Rövşən — "Dünya mənə tanış gəlir" (TT)
  2. A. Şaiq — "Tıq-tıq xanım" (BŞUT)
  3. Y. Səmədoğlu — "220 nömrəli otaq" (BŞUT)
  4. Kitabi Dədə Qorqud — "Müqəddimə" (Yuğ)
  5. R. Rövşən — "Bir qarış" (Yuğ)
  6. C. X. Cəbran — "Sur" (Yuğ)
  7. C. Məmmədquluzadə — "Məsəl ya əməl" (Yuğ)
  8. M. Süleymanlı — "Köç"(Azradio)
  9. M. Füzuli — "Həqiqətüs süəda" (Azradio)

Filmoqrafiya

  1. Bəyin oğurlanması (film, 1985) — Musa
  2. Burulğan (film, 1986) — Adil
  3. Dərvişin qeydləri (film, 2013)
  4. Fatehlərin divanı — Atilla
  5. Hökmdarın taleyi (film, 2008) — Cavad xan
  6. İşarəni dənizdən gözləyin (film, 1986) — Adyutant
  7. Qala (film, 2008) — Əbil müəllim
  8. Şeytan göz qabağında (film, 1987) — Brokonyer
  9. Təxribat (film, 1989) — Polis mayoru
  10. Yalan (film, 2005) — Yavər
  11. Yuxu yaddaşı (film, 2008)
  12. Yumruqlarla solo — Qarabəniz
  13. Güruh-Meksikalı
  14. Leyli və Məcnun — Leylinin atası
  15. Çölçü (film, 2012) — Ulu Çölçü (ssenari müəllifi)
  16. 220 nömrəli otaq (ssenari müəllifi)
  17. Qağayı (2012)
  18. Tək olanda qorxma... (teleserial, 2013)
  19. İçəri şəhər (film, 2015)
  20. İşıq yolu (film, 2015)
  21. İkinci güllə (film, 2017)
  22. Ata ocağı (serial, 2017)
  23. Sonuncu pərdə (film, 2019)
  24. Olimpia (film, 2021)

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.