Qırışvariyarpaqlı başınağacı
Qırışvariyarpaqlı başınağacı (lat. Viburnum rhytidophyllum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü.
Qırışvariyarpaqlı başınağacı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Campanulids Dəstə: Fəsilə: Cins: Növ: Qırışvariyarpaqlı başınağacı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
Vətəni Mərkəzi və Qərbi Çindir.
Botaniki təsviri
HÜndürlüyü 3 m-ə çatan, yarpağını tökən, həmişəyaşıl ağac və ya koldur. Yarpaqları qalın, yumurtavari-uzunsovdan, uzunsov lansetvariyədək dəyişir, parlaq, qırışlı, qalın, boz və ya sarımtıl keçə ilə örtülmüşdür, kənarları bütöv, uzunluğu 19 sm-ə çatan, aydın görünən damarcıqlıdır. Çiçəkləri sarımtıl-boz, uc qalxanvari çiçək qruplarında yerləşib, diametri 20 sm-dək olur. May ayında çiçəkləyir. Çiçək çətrində olan giləmeyvələri müxtəlif vaxtlarda yetişir. Meyvələri yumurtavari, xırda, əvvəlcə qırmızı, sonra qara, parlaq olur. Uzunluğu 0,8 sm-ə çatır.
Ekologiyası
Tez böyüyür, kölgəyə, şaxtaya, quraqlığa davamlıdır. Torpağa tələbkar deyil.
Azərbaycanda yayılması
Azərbaycanın bir çox rayonlarında yaşıllaşdırmada mədəni şəraitdə rast gəlinir.
İstifadəsi
Bağ və parklarda geniş istifadə olunan, gözəl yarpaqlı, həmişəyaşıl başınağacıdır. Yaşıllaşdırmada tək-tək və ya qrup halında əkilir.