Veys Əfəndi
Veys Əfəndi (Təqribi 1865—?) — İlahiyyatçı alim. Azərbaycanın təsəvvüf alimi Hacı Mahmud Əfəndinin böyük oğludur. Veys Əfəndi Qaranilər soyunun Seyidovlar nəslindəndir.
Veys Əfəndi | |
---|---|
Veys Hacı Mahmud Əfəndi Qarani oğlu | |
Doğum yeri | |
Vəfat yeri |
Həyatı
Azəri türk əsilli Veys Əfəndi təqribi 1865-ci ildə Azərbaycanın Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Türkiyəyə yüksək İlahiyyat məktəbində təhsil almaq üçün getmişdir. Təhsilini tamamladıqdan sonra Türkiyənin Amasya şəhərində qalmışdır və ilahiyyat elmi ilə məşğul olmuşdur. Amasya şəhərində vəfat etmişdir. Məhəmməd Əfəndinin böyük qardaşıdır.
Ailəsi
Seyidovlar nəslindəndir. Hacı Mahmud Əfəndinin böyük oğludur. Atası Hacı Mahmud Əfəndinin 5 övladı olmuşdur. Veys (Veys Əfəndi), Məhəmməd (Məhəmməd Əfəndi, Əhməd adında 3 oğlu və Ayşə, Səyalı adında 2 qızı var idi.
Veys Əfəndinin 3 oğlu olmuşdur.
Mənbə
- Fikrət Seyidov. Aslanbəylidən başlanan xatirələr. Bakı: 2000, 350 səh.