Veysəlli (Göyçay)

VeysəlliAzərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd.

Veysəlli
40°32′41″ şm. e. 47°54′35″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Veysəlli xəritədə
Veysəlli
Veysəlli

Tarixi

Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin, eləcə də bəylərin, din xadimlərinin siyahıya alınması sənədinə əsasən Çar Rusiyası dövründə Veysəlli adlı daha bir kənd 1832, 1849, 1864 illərdə Bakı quberniyasının, Şamaxı qəzasının, Bərgüşad mahalının kəndi kimi yazılmışdır. Bu kənd 1873, 1886 illərdə aparılmış əhalinin siyahıya alınması sənədlərində Bakı quberniyasının, Göyçay qəzasının, Bərgüşad mahalının kəndi kimi göstərilmişdir. Bu kəndin əhalisi Qarabağın Veysəlli kəndindən köçmədir.[1] 1832 ildə aparılmış əhalinin siyahıya alınmasına istinadən, 82 ailədən ibarət Veysəllinin 198 nəfər kişi sakini olmuşdur. Siyahıya alınmada qadınların sayı göstərilməmişdir.1849 ildə aparılmış siyahıya alınmaya görə, 33 tüstüdən ibarət Veysəllidə 99 kişi yaşamış, qadınların sayı göstərilməmişdir. 1864 ildə aparılmış siyahıya alınmaya istinadən, əhalinin ümumi sayı 180 nəfər olmaqla 35 tüstüdən ibarət Veysəllidə 94 kişi, 86 qadın yaşamışdır. 1873 ildə aparılmış siyahıya alınmaya görə, əhalinin ümumi sayı 160 nəfər olmaqla 36 tüstüdən ibarət Veysəllidə 86 kişi, 64 qadın yaşamışdır. 1886 ilin siyahıya alınmasına istinadən, əhalinin ümumi sayı 192 nəfər olmaqla 48 tüstüdən ibarət Veysəllinin 100 kişi, 92 qadın sakini olmuşdur.[1] Veysəllidə müxtəlif illərdə bəylərin və din xadimlərinin onların ailə üzvlərinin siyahıya alınması aparılmış, illərə görə yaşları göstərilmişdir.[1]

Toponimikası

Veysəlli. Göyçay r-nunun Mırtı i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsinin adı XIX əsrin ortalarında Göyçay qəzasında yaşamış veysəlli elatmın adı ilə bağlıdır.[2]

Şəxsiyyətləri

Novruz Vəli bəy oğlu (1781-...), Vəli bəy Əli bəy oğlu (1792-...), Rəsul bəy Məmmədəli bəy oğlu (1814-...), oğlu Mahmud bəy (1853-...), qardaşı Ələsgər bəy (1833-...), Mehdi bəy Məmmədxan bəy oğlu (1833-...), oğlanları Məmmədxan bəy (1861-...), Məmmədəli bəy (1837-...), Cəfərqulu bəy Əhməd bəy oğlu (1831-...), oğlanları Əlabbas bəy (1871-...), Səfixan bəy (1881-...), Molla Ağa Molla Məhəmməd oğlu (1838-...) Bərgüşad mahalının Veysəlli kəndinin bəylərindən, din xadimlərindən sayılmışlar.[1] XIX əsrin II rübündə Salman Məşədi Süleyman oğlu (1837-...) Veysəlli kəndinin yüzbaşısı olmuşdur. Onun oğlanlarının adı Zərbəli, Süleyman, qardaşının adı Həzrət idi.[1]

Mədəniyyəti

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 298 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

Həmçinin bax

Xarici keçidlər

Mənbə

  • Orxan Zakiroğlu (Baharlı).Veysəlli oymağı və Məhəmmədxan ağa nəsli. I kitab. Bakı, 2016

İstinadlar

  1. Orxan Zakiroğlu (Baharlı).Veysəlli oymağı və Məhəmmədxan ağa nəsli. I kitab. Bakı, 2016
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.