Veymar Respublikası

Veymar Respublikası (alm. Weimarer Republik) və ya rəsmi olaraq Almaniya İmperiyası (alm. Deutsches Reich) – 1919–1933-cü illərdə Almaniyada mövcud olmuş respublika dövrü.

dağılıb
Veymar Respublikası
Deutsches Reich
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
Himn: Das Lied der Deutschen
1930-ci ildə Veymar Almaniyası
1930-ci ildə Veymar Almaniyası
 
 

Paytaxt Berlin
Dilləri alman dili
Rəsmi dilləri Alman
Dövlət dini Dünyəvi dövlət
Ərazisi 468,787 km²
Əhalisi 62,411,000
İdarəetmə forması Respublika
Prezident
  1919 — 1925 Fridrix Ebert
  1925 — 1933 Paul fon Hindenburq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Veymar Konstitusiyası

1919-cu il 31 iyulda Veymarda Almaniya respublikasının Konstitusiyası qəbul edildi və 11 noyabrda qüvvəyə mindi. 1933-cü ilə qədər Almaniya respublikası eyni zamanda "Veymar Respublikası" kimi də tanınır. Veymar Konstitusiyasına görə Almaniya parlamentli federal quruluşlu prezident respublikası elan edildi. Almaniya parlamenti iki palatadan ibarət idi. Yuxarı palata reyxctrat adlanır və lantaqların, yəni Almaniyada federativ dövlət quruluşu vahidi kimi qəbul edilən torpaqların nümayəndələrindən təşkil edilirdi. Aşağı palata isə reyxstaq, yəni ölkə məclisi adlanırdı. 20 yaşına çatan Almaniya vətəndaşları seçki hüququna malik idi. Reyxstaq, dörd ildən bir ölkə əhalisinin ümumi sayına görə seçilirdi. 1871-ci il konstitusiyasından fərqli olaraq, Veymar Konstitusiyasında demokratik azadlıqlar öz əksini tapmışdı. Prezident ümumi səsvermə yolu ilə yeddi il müddətinə seçilirdi. Reyxstaqın 68 nəfər üzvündən 27 nəfəri prezident tərəfindən təyin edilirdi. Konstitusiya prezidentə xüsusi səlahiyyətlər verirdi. Konstitusiyanın 25-ci maddəsinə əsasən prezident parlamenti buraxa bilərdi. 48-ci maddəyə əsasən prezident ölkədə fövqəladə vəziyyət elan edə bilərdi. Konstitusiyaya görə Almaniyanın muxtar dövlətlərə — torpaqlara bölünməsi saxlanıldı. Landlar, yəni torpaqlar, muxtar dövlət hüququ ilə Almaniyanın tərkibinə daxil olurdular. Landların qanunverici orqanları landtaqlar idi. O zaman Almaniyada landtaqların sayı on yeddi idi. Konstitusiya xüsusi mülkiyyəti qorumağa təminat verirdi. Bu Konstitusiya nəticəsində Almaniya yunker-burjua Almaniyasından burjua-yunker Almaniyasına çevrildi. Veymar Konstitusiyasının qəbul edilməsi 1918-ci il noyabr inqilabının böyük nailiyyəti və Almaniyada burjua-demokratik prinsiplərin inkişafı və möhkəmləndirilməsi yolunda mühüm addım oldu.

Tarixi

1918-ci il Noyabr inqilabı nəticəsində yaranmışdır. 1933-cü ilin yanvarında nasional sosialistlərin hakimiyyətə gəlməsi ilə Veymar Respublikası III Reyxlə əvəzlənir.

Mənbə

  • S. Mustafayeva. Avropa və Amerika ölkələrinin ən yeni tarixi. I hissə. Bakı,2010.

Daxili keçid

  1. Vera A. Von der 'Polizei der Demokratie' zum 'Glied und Werkzeug der nationalsozialistischen Gemeinschaft'. Nomos, 2019. S. 104. ISBN 978-3-8452-9797-2
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.