Vestminster
Vestminster borosu — Vest-Endin əksər hissəsi, o cümlədən Böyük Londonun mərkəzi ərazisinin böyük hissəsini tutan, Londonun daxilində yaşayış məntəqəsidir. Bu boro qərbə tərəf qədim Siti ilə qonşudur, düz şərqə tərəf Kensinqton və Çelsi ilə, cənuba tərəf isə Temza çayı ilə hüdudlanır. Boro 1 aprel 1965-ci ildə Böyük Londonun əsasının qoyulduğu vaxt yaradılıb. Yaradılmasının ardınca, əvəllər daha kiçik olan Vestminster Metropoliten Borosu tərəfindən tutulmuş siti statusuna layiq görülüb.
London borosu, siti | |||
Vestminster borosu | |||
---|---|---|---|
ing. City of Westminster | |||
|
|||
51°30′00″ şm. e. 0°08′00″ q. u. |
|||
Ölkə | Böyük Britaniya | ||
İnzibati mərkəz | Vestminster | ||
Tarixi və coğrafiyası | |||
Yaradılıb | 1 aprel 1965 | ||
Sahəsi | 21,48[1] km² (318-ci-ci yer) | ||
Saat qurşağı |
UTC+0 yay vaxtı UTC+1 |
||
Əhalisi | |||
Əhalisi | 219 600[2] nəfər (2011) (72-ci yer) | ||
Əhalinin sıxlığı | 10.000 nəfər/km² | ||
Rəqəmsal identifikatorlar | |||
ISO kodu | GB-WSM | ||
Telefon kodu | 020 | ||
Poçt indeksi | NW, SW, WC, W | ||
Rəsmi sayt | |||
Vikianbarda əlaqəli mediafayllar |
Böyük parklar və açıq yerlər olmasına baxmayaraq, rayonun əhali sıxlığı yüksəkdir. Bir qayda olaraq Londonla əlaqəli olan bir çox yerlər Bukingem sarayı, Parlament binası , Dauninq-strit 10 rayonun ərazisindədir. Boro bir neçə yaşayış məntəqələrinə o cümlədən gecə əyləncə rayonu Soho, alış-veriş ərazisi yaxınlığındakı Oksford-strit , Ridjent-strit ,Pikadilli və Bond-strit və Vestminster sarayı yaxınlığındakı qədim siyasi Vestminster rayonuna bölünür. Boronun çox hissəsi yaşayış ərazisidir. 2008-ci ildə hesablamalara görə əhalinin sayı 236,000 nəfər olub. Yerli orqanı Vestminster Şəhər Şurasıdır.
Demoqrafiya
2011-ci ildə əhalinin siyahıyaalınmasına görə boronun əhalisi 219,396 nəfərdir. Əhalinin təxminən 61,6%-ni ağdərililər (Britaniyalılar: 35.2%, İrlandlar: 2.3%, və başqa ağdərili millətlərin nümayəndələri: 24.1%), 14.6%-ni Asiyalılar (o cümlədədən Çinlilər), 7.5% qaradərililər, 7.2%-ni Ərəblər, 5.2% qarışıq millətlərin, 3.9%-ni digər irqi qrupların nümayəndələri təşkil edir.
İstinadlar
- "Standard Area Measurements - Local Authorities - Dec 2010 (SAM_LAD_DEC_2010_UK)" Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine, 2, ONS
- "Table 8a Mid-2011 Population Estimates: Selected age groups for local authorities in England and Wales; estimated resident population;" Arxivləşdirilib 2013-10-02 at the Wayback Machine (ing.) İngiltərə və Uels əhalisinin siyahıya alınması, 2011-ci il, ONS